Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanət nədən yaranır?
Xəyanət nədən yaranır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3069
Səs ver:
Sevgi qarşılıqlı yaşansa da, tərəflər bir-birini nə qədər çox sevsələr də bəzən istədiyimiz kimi sonacan olmur. Bu o deməkdir ki, ya aldadırıq, ya da aldanırıq. Belə münasibətlərdə ya qadınlar xəyanətə məruz qalır, ya da əksinə. Bəzi insanlarda belə bir fikir var ki, "kişi" xəyanət etsə də olar ,o "kişidir". Xəyanətdə "qadın" "kişi" fərqi qoymaq düzgün deyil, çünki nəticədə hər ikisi insandır və hər ikisi aldadır. Bəs bunun səbəbi nədir görəsən?
Xəyanət müxtəlif səbəblərdən yaranaır. Yəni xəyanətin konkret səbəbi yoxdur. Qadınlara nisbətən kişilər daha çox xəyanət edirlər. Yəni qadınlar daha çox aldanır.

Qadının səliqəsizliyi kişi xəyanətinin səbəblərindən biri ola bilər. Elə xanımlarımız var ki, ancaq özləri ilə məşquldur. Ev işlərinə önəm vermirlər. Evdə heç nə öz qaydasında deyil, ətraf darmadağındır. Kişi işdən gəldikdə isə ürəkaçan mənzərə ilə qrşılaşmır. Və kişi evə gəlmək istəmir. Unutmamalıyıq ki, kişilər səliqəli xanımları sevirlər.
Bəzi xanımlar isə çox yaxşı ev xanımlarıdır. Evləri səliqəli, təmiz, hər şey qaydasındadır. Bununla yanaşı özlərinə fikir vermirlər. Həyat yoldaşı isə belə xanıma ancaq, ev təmizləyən, yemək bişirən biri kimi baxır. Belə hallarda kişinin gözü daim ətrafda olur. Buna görə də gözəlliyimizə fikir vreməli, onu qorumalı və hər zaman baxımlı olmalıyıq.

Elə xanımlar var ki, həmişə nədənsə narazı olurlar. İstədikləri arzuların həyata keçməsinə ,gözəl ailəyə sahib olmaqlarına baxmayaraq, yenədə nədənsə deyinirlər, hər şeydən narazı olurlar. Xanımların belə səbəbsiz yerə deyinmələri kişiləri bezdirir. Kişilər belə halda öz dərdlərini xanını ilə bölüşə bilmirlər. Belə olan halda kişinin gözü başqasını axtarır və təbii ki, tapır. Buna görə də çox deyinib özümüzü kişilərin gözündən salmayaq.
Bütün xanımlar diqqəti və qayğını sevirlər. Həmişə həyat yoldaşımızın diqqətində olmağını istəyirik. Unutmamalıyıq ki, qadınların diqqətə, qayğıya ehtiyacı olduğu qədər, kişilərin də buna ehtiyacı var. Qadın həyat yoldaşına onun necə lazım olduğunu kişiyə hiss etdirməli və ona qayğı göstərməlidir. Kişinin uğurlarını qiymətləndirməli və onu hər işdə həvəsləndirməliyik. Kişilərə onların kişi olduqlarını hiss etdirmək vacibdir.

Qadın hər zaman gözəl, baxımlı, arzu olunan və həyat yoldaşının istədiyi kimi olmalıdır.

Kişi ya qadın fərqi yoxdur, xəyanət yolverilməzdir. Əgər təmiz, saf sevgi varsa, heç bir tərəf xəyanət haqqında düşünməməlidir. Allah bütün sevənləri pis əməllərdən, pis insanlardan qorusun və sonunu aydın eləsin.


Şərhlər:
Baxılıb: 3069
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz