Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bacısını əmisi oğlu ilə yataqda tutdu - ŞOK
Bacısını əmisi oğlu ilə yataqda tutdu - ŞOK
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 10637
Səs ver:
1997-ci ildə Lənkəranın Seyidəkəran kəndində anadan olan Mirsəməd Əliyev 2013-cü il yanvar ayının 23-də əmisi oğlu Mehdi Əliyevdən borc pul istəyib. Mehdi pul vermək istəməyəndə onlarında arasında mübahisə yaranıb. Mirsəməd  Mehdini öldürmək qərarına gəlib.

O, yanvarın 24-də, saat 21.00-da evdən balta götürüb Kənarmeşə kəndinin mərkəzinə gəlib və orada olan Mehdi Əliyevlə görüşüb. O, əmisi oğlunu söyəndən sonra münasibətlərinə aydınlıq gətirmək üçün kəndin yaxınlığında olan meşəyə getməyi təklif edib. Meşəyə gedən yolun üstündə olan Kənarmeşə kənd orta məktəbinin qarşısında Mirsəməd əmisi oğlundan arxada qalıb və bu zaman balta ilə Mehdi Əliyevin başından bir zərbə vurub hadisə yerindən qaçıb. Mehdi Əliyevi ora gəlmiş kənd sakini Seyran Əkbərov Lənkəran Müalicə Diaqnostika Mərkəzinə aparıb. Mehdiyə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Mirsəməd Əliyev bildirib ki, yanvarın 23-də, saat 18.00-da Mehdi Əliyevlə sağollaşaraq ayrılıb: "Şəxsi işim ilə əlaqədar əvvəl qonşu kəndə, sonra yaşadığım evə getdim. Həmin vaxt evdəkilər qonşudakı hüzr məclisində idi. Bacım Sərvərin otağına keçmək istəyərkən qapının bağlı olduğunu gördüm və yenidən o biri otağa qayıtdım. Lakin narahat oldum və 10 dəqiqədən sonra yenidən bacımın otağına keçmək istədim. Qapını açdıqda bacımın başı ağrıdığını gördüm. Otaqda ətrafa baxdım və həmin vaxt çarpayının altında kiminsə olduğunu hiss etdim. Ora baxarkən əmim oğlu Mehdini çarpayının altında gördüm və onu çarpayının altından çıxardım. Mehdi yalvarmağa başladı ki, ona heç nə etməməyim. Mehdi ailəli olmasına baxmayaraq, Sərvəri sevdiyini, bacımla ailə quracağını dedi və cəld otaqdan çıxaraq getdi".

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir qədər sonra balta götürərək Mehdinin maşınını saxladığı yerə gedib: "15-20 dəqiqədən sonra Mehdi maşının yanına gəldi. Baş verənlərə aydınlıq gətirmək üçün Mehdiyə yaxınlıqda olan meşəyə getməyi təklif etdim. Meşə istiqamətində hərəkət edərkən özümdə olan balta ilə Mehdini vurdum. Həmin vaxt orada heç kim olmayıb. Hadisə əmim oğlundan pul istəməyimlə bağlı olmayıb. Çayçıda işləmişəm, qazancım yaxşı olub və Mehdinin puluna ehtiyacım olmayıb".

Mirsəməd Əliyev ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu deyib. Mehdi Əliyev məhkəməyə teleqrama vuraraq xəstəliyi ilə bağlı prosesdə iştirak edə bilməyəcəyini və istintaqa verdiyi ifadəsini təsdiqlədiyini qeyd edib. Adı cinayətdə hallanan Sərvər Əliyeva bildirib ki, yanvarın 23-də, saat 20:30 radələrində Mehdi Əliyev onların yaşadıqları evə zəng vurub: "Həmin vaxt Mehdinin zənginə bacım Sevinc cavab verib. Həmin gün Sevinc yaşadığımız evin həyətində yemək hazırlayarkən öz otağıma keçdim və otaqda Mehdini gördüm. Ondan otaqda nə etdiyini soruşdum. Mehdi əmisinin evinə gəldiyini dedi. Daha sonra otaqdan çıxarkən qardaşım Mirsəməd otağa girdi. Həmin vaxt Mirsəmədin əlində bıçaq var idi, Mehdi isə çarpayının altında gizlənmişdi. Mirsəməd otağa girəndə çarpayının üstünün səliqəsiz olduğunu görüb və çarpayının altına baxdı. Orada Mehdini gördü. Mehdi oradan çıxaraq "mən Sərvəri istəyirəm, onunla evlənəcəyəm",-dedi. Bundan xeyli sonra eşitdim ki, qardaşım Mehdini balta ilə vurub".

Mehdinin arvadı Ülviyyə Əliyeva Sərvərin ərinə sevgi məktubları yazmasını açıqlayıb: "Hətta Sərvərin ərimə göndərdiyi sevgi məktublarından birini Mehdinin maşınından tapmışam".

Məhkəmənin hökmü ilə Mirsəməd Əliyev 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.


Şərhlər:
Baxılıb: 10637
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz