Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Əclaf, mənə xəyanət edirmiş..."
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 10038
Səs ver:
Müasir dövrümüzdə çox tez-tez ifadə edilən bir söz var – xəyanət. Bu kəlmənin ardında isə neçə-neçə mübahisələr, təhqirlər, hətta fiziki təzyiqə qədər gedib çıxan münaqişələr və nəhayət, ailənin süqutu – yeni günümüzün xoşagəlməz dəbi adını alan boşanmalar durur. Geridə qalan xəyanətə uğrayanın sarsıntısı, aşağılanmaq hissi, insanlara, xüsusilə qarşı cinsə inamsızlıq və zaman keçdikcə nifrət hissinin yaranması, stress, depresiyyadır. Nadir hallarda isə xəyanət edənin müvəqqəti və ya bir anlıq çılğınlıqla ailəsində yaratdığı narahatlıq və əksər hallarda boşanma peşmanlığı.
Qadinlar.Biz sayti bu dəfə əksər ailələrin dağılmasına səbəb olan kişi xəyanətindən danışacaq.
Samirə Quliyevanın 29 yaşı var. 7 ildir ki, ailə həyatı quran Samirə həyat yoldaşının ona xəyanət etdiyini deyir. "Cəmi 3 il xoşbəxt yaşadıq. Yəni bu müddətdə onun xəyanətini hiss etməmişdim. Bəlkə də o qədər inanırdım ki, ağlıma gətirmədiyim üçün başa da düşmürdüm. Amma ikinci övladımız dünyaya gələndən sonra yoldaşım mənə qarşə əməlli-başlı soyudu. Aylarla mənə yaxın durmur. Nə olsun hər gecə evdədir. Bütün gecəni əlində telefon, nə yazır, nə edir bilmirəm. Danışanda da deyir ki, "sənin başın xarab olub, oyun oynayıram”. Artıq rahatlıq mənə haram olub. Sanki hər an tərk ediləcəyəm hissini yaşayıram. Gecələri ağlamaqdan bezmişəm. Nə etməliyəm bilmirəm. Axı mən nə etdim ki, o, məndən bu qədər soyudu?”.
Maraqlıdır, sədaqət, vəfa olduğu halda kişilərin xəyanət etmələrinin səbəbləri nədir? Ümumiyyətlə, kişi xəyanəti nədən yaranır?
Psixoloq Rəvanə Quluzadənin sözlərinə görə, xəyanət ilk öncə ailədə sevginin azalması və itməsindən irəli gəlir. Bu səbəb ailəni kişi üçün maraqsızlaşdırır və kişi kənarda ehtiyacı olan sevginin axtarışına çıxır. İkinci səbəb isə qadının yoldaşına olan diqqətsizliyindən irəli gəlir. Bu diqqətsizlik nəticəsində ailədə psixoloji soyuqluğun baş qaldırması və kişinin ailəyə bağlı olan tellərinin yavaş-yavaş donması prosesi yaranır. Psixoloqun fikrincə, kişi xəyanətinin üçüncü səbəbi qadının çox danışmasıdır. Təbii ki, bu danışıqda mehribanlıq, nəvaziş və minnətdarlıq dolu sözlərdən istifadə edilmir.
Hər birimizin bildiyi və qəbul etdiyi, el arasında işlənən tam mənalı bir fikir var: "Subaylıq sultanlıqdır”. Bu, kişilərin az qala səcdə etdiyi fikirdir. Bu sadə fikrin arxasında əks cinsin bəlkə də faciə kimi qəbul etdiyi problemlər tüğyan edir. Məişət qayğıları, günlük problemlər, ailənin maddi təminatında olan natamamlıqlar, övlad tərbiyəsinin çətinlikləri, hər dövrdə öz aktuallığını itirməyən gəlin-qayınana çəkişmələri və s. Nəhayət, qadın günün sonunadək çarpışdığı bu böyük və kiçik problemlərin nəticəsi kimi mənfi emosiyalarla yüklənir. Axşam işdən yorğun gələn həyat yoldaşınn qarşılaşdığı üz mimikasını isə təsvir etməyə ehtiyac yoxdur. Kişi bu mimikanın ardınca nələr olacağını təxmin edir və zehnində bircə reaksiya - "yenə?” şikayət dolu bir sual yaranır. Qadın imkan tapan kimi ərinə, gün ərzində yaşadığı sıxıntıları bir-bir şikayət və qınaq formasında dilə gətirməyə başlayır. Kişilərin deyingənlik kimi qəbul etdiyi bu qınaq forması onu qadındandan bir qədər də uzaqlaşdırır. Və kişi bu qarışıqlıqdan uzaqlaşmaq üçün qurtuluşu başqa qadında, daha dəqiq desək, onun üzərinə heç bir məsuliyyət qoymayan, sevimli, qayğıkeş, gülərüz, dərd-sərdən uzaq bir xilaskarda axtarır və əksər hallarda tapır.
R. Quluzadə deyir ki, kişi xəyanətinin dördüncü səbəbi kişinin eqosundan irəli gələn bir haldır. Bildiyiniz kimi, kişilər qadınlar tərəfindən arzu olunmağı sevirlər. Hər hansı bir qadın ona onu arzu etdiyini ifadələr, mimika və ya jestlərlərlə ifadə etsə, o kişinin həmin qaıdnla xəyanəti qaçılmazdır: "Digər bir səbəb isə qadın və kişi arasında intim münasibətin monotonlaşması və ya bu münasibətin tamamilə pozulmasıdır. Bu isə kişini sıxar və yeni münasibətlər axtarışına çıxarar. Kişi xəyanəti xarakterik səbəblərdən də meydana gələ bilir. Macəra, adrenalin ehtiyacı duyan əks cins, böyük ehtimalla gizli münasibətlər arxasınca düşəcək və bu hissləri ailədən gizli, yasaq münasibət kimi yaşamaq ona həyat eşqi gətirəcək. Necə deyərlər, bir növ özünü cavan saxlayacaq”.
Xəyanətin digər bir səbəbi isə kişinin nə vaxtsa etdiyi xəyanətin qadın tərəfindən bağışlanmasıdır. Bağışlanmaq kişidə yenidən xəyanət etmək cəsarəti yaradır. Qadını inandıra biləcəyinə inan kişilərdə də xəyanət etmək üçün cəsarət yaranır. Kişilərin fikrincə, gözün görmədiyini qəlb də hiss etməz. Bu anlayış isə daha sonra öz təsdiqini tapmır və edilən xəyanət qadın tərəfindən aşkarlanır. Bəzi hallarda xəyanət edən insanın valideynlərini, hansı şəraitdə böyüdüyü araşdırıldıqda çox vacib və əsas bir nüans ortaya çıxır. Uşaq ailədə valideynlərindən birinin digərinə xəyanətini bilərək böyüyürsə, bir müddət sonra sədaqətsizliyi, xəyanəti normal bir əxlaq forması olaraq qəbul edir. Müəyyən bir zamandan sonra isə o da doğru, normal bildiyi yanlışı təkrarlayır.
Psixoloq qeyd edir ki, bütün bu səbəblər xəyanətdən uzaq, səqadət içində yaşaya bilməyin açarıdır. Xəyanət nə səbəblə olursa olsun haqq qazandırılması mümkün olmayan, dinimizə, insanlığımıza və əxlaq çərçivəmizə heç cürə sığmayan böyük bir yanlışdır. Bu yanlışa yol verməmək və görməmək üçün isə edəcəyimiz çox şey öz əlimizdədir.
Xəyanət şirin görünən zəhərli bir təam kimidir. Yeyərik ağzımız şirinlənər. Bir də baxarıq ki, zəhəri qanımıza işləyib, artıq məhvimizə yaxındır.
Maraqla, həyacanla , xoş hisslərlə başlayan xəyanətin sonu yalnız peşmanlıqdır…


Şərhlər:
Baxılıb: 10038
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz