Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınların xəyanət etməsinə səbəb nədir?
Qadınların xəyanət etməsinə səbəb nədir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3664
Səs ver:
Qadın xəyanəti

Qadınların xəyanət etməsinə səbəb nədir? Vəfalı qadını, qayğıkeş ananı bu addımı atmağa nə vadar edir? Bəlkə ailəsində tapmadığını kənarda axtarır bu qadın? Əslində, səbəblər çox deyil.
Emosional dəstəyin çatışmazlığı. Hər qadının diqqət və qayğıya ehtiyacı vardır. Kişilər isə çox vaxt bir dəfə dediyi xoş sevgi sözlərini niyə dəfələrlə təkrar etməli olduqlarını anlamırlar. Bundan əlavə ev işlərində məsuliyyətin böyük qismi qadının üzərində olur və kişilər bunu adi hal kimi qəbul edir. Belə alınır ki, qadın bütün gün işdə olur, daha sonra evdə yemək bişirir, uşaqların dərsi ilə məşğul olur - və qarşılığında bir kəlmə minnətdalıq eşitmir.
Kişilər "Nəyə görə təşəkkür etməliyəm – deyəcəklər. Bu onun işidir” Amma bu məqamda həmin qadının qarşısına başqa diqqətli, həssas, səliqəli biri çıxacaq. Qadının yeni saç düzümünü, təzə geyindiyi paltarı diqqətindən qaçırmayacaq, onun dərdinə ortaq olacaq, özünə olan inamını artıracaq. Məhz həyatına romantikanı qaytarmaq üçün qadın xəyanət edəcək, seksual münasibətlər isə onun üçün ikinci yerdədir.
Elə bu məqamda qadın xəyanət edərkən kişilərin verdiyi ilk sual "Sən onunla yatmısan?”, kişilərin xəyanət etdiyini öyrənən qadın isə "Sən onu sevirsən?” olacaqdır.
Seksual münasibətlər. Bu səbəb də qadını xəyanətə sürükləyə bilər. Bunun günahı isə həm qadın, həm onun həyat yoldaşındadır. Əgər kişi qadının seksual tələbatını ödəməsə, qadın gec-tez ona xəyanət edəcəkdir. Lakin çox zamana qadın bu şəraiti özü yaradır, çünki həyat yoldaşına bu haqda heç nə demədən problemi başqa yolla həll etməyə çalışır.
Qisas – xəyanətin səbələrindən biridir. Bu addımı kişinin xəyanətindən xəbər tutan qadınlar atır. Öz hisslərində yanıldığını anlayan qadın "Sən mənə necə, mən də sənə elə” deyib xəyanət edir. Bu addımı atan qadınlar daha sonra həyatlarının bu epizodunu utancla xatırlayırlar.
Yeni məhəbbət. Qadın özü də bilmədən başqasını ürəkdən sevir, lakin ailəsini tərk etmir.
Daha bir neçə səbəb gətirmək olar: həyat yoldaşının patoloji qısqanclığı, onun pis vərdişləri, psixoloji təziq, yenilik axtarışı. Məhəbbətsiz qurulmuş ailə həyatı da xəyanət üçün səbəb ola bilər.

Xəyanəti yalnız iradəsi zəif olan qadınlar edir.

1. Ərini sevmir, bu sevgini başqasında tapır;
2. Kişi qadının güvənc yeridir, güvəncini itirir;
3. Ərinin ona xəyanət etdiyini eşidir, heyif çıxmaq qərarına gəlir;
4. Maddi çətinliyə dözmür;
5. Ehtirası güc gəlir (əri uzun müddət yanında olmadıqda);
6. Əri tərəfindən hər gün zorakılığa və həqarətə məruz qalır (cinsi zorakılıq, fiziki zorakılıq, saymamazlıq... ər qadınına məhəl qoymur, evə gec gəlir, ailəsinə diqqət ayırmır, sərgərdan həyat keçirir, uşaqlarına kobudluq edir);
7. Rəfiqəsinin şirin söhbətlərinə uyur, aldanır;
8. Əri cinsəl həyatını normal yaşaya bilmir;
9. Ər arvadına həddindən artıq sərbəstlik verir;
10. Qadın evlilikdən öncə normal cinsəl həyat yaşamır (müxtəlif üzlər görür);
11. İşi, qazancı, vəzifəsi ərindən yüksək olur...
12. Əsil-nəslində xəyanətə meylli kimsə olur və genetik olaraq keçir (təsdiqini tapmış həqiqətdir);
13. Və adicə maraq, yaxud da harınlamış həyat tərzi.

Yuxarıda sadalananlar əlbəttə, xəyanətə sadəcə bəhanədir. Belə bəhanələri isə adətən sevmədən ailə quranlar gətirir.
Qaldı sevib evlənmək məsələsinə, düzdür, cəmiyyətimiz hələ buna hazır deyil. Amma zaman gələcək, sevgi o qədər yüksəkdə olacaq ki, onun evlilik kimi bəsit bir münasibətlə sonuclanmasına ehtiyac qalmayacaq. Sevəndə evlənməyi düşünmək sevgini küçüldəcək. Evlilik ağılın gəldiyi nəticədir, sevgi isə ürəyin. Bunların ikisi bir arada çox nadir hallarda olur. Odur ki, sevmək üçün evlənməli, ya evlənmək üçün sevməli fikirlərindən uzaq olaraq sevmək və sevilmək gərəkdir. Tanrı sənə sevib-sevilməyi bəxş edibsə, artıq bu, səadətdir.


Şərhlər:
Baxılıb: 3664
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz