Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanətin acısı bu qədər ağırdır?
Xəyanətin acısı bu qədər ağırdır?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1505
Səs ver:
Bu yaxınlarda bir mübahisə mövzusu qulağıma çatdı. Sual belə idi: Aşiq olduğunuz, çox sevdiyiniz bir adamın hansı şəkildə həyatınızdan çıxması canınızı daha çox yandırar? Ölümlə itirməkmi,  yoxsa sizə xəyanətini öyrənməkmi? 

Öz içimdəki cavabı gizli tutaraq, verilən cavabları izlədiyimdə çaşdığımı açıqca  etiraf etməliyəm. Çünki mübahisə qatılanlardan bir çoxu xəyanət ağrısının ölümdən daha iti və zədədik olduğunu müdafiə etdi. Belə ki, heç düşünmədən verdilər cavablarını; bütün üz mimikaları və bədənsəl hərəkətləri ilə də  sözlərinin arxasında olduqlarını göstərdilər.

Mən  özümü yaşadığım illər boyunca həmişə şanslı bir qadın olaraq görənlərdənəm. Əlimin altındakılarla kifayətlənməsini bilməm və hamısına hər dəfə şükr etməm bir tərəfə, həyatın hamımıza gözəl bir hədiyyə olduğunu və hər cür çətinliyinə baxmayaraq yaşanılası olduğunu müdafiə edənlərdənim. Üstəlik həyatımda heç xəyanətə uğramadım; çox sevilib çox sevdim və eşqi doya - doya yaşayıb dadına vardım. Hal belə olunca da mənə görə aşiq olub, ürəyinizi bağladığınız və hər şeydən çox sevdiyiniz insanın ancaq ölümlə ayrılığı içinizi daha çox yandırar deyə düşünənlərdənəm.

Ölüm bu çarəsi yox, geri dönüşü heç yox. Getdimi gedir, kompensasiyası, zamana buraxılıb bağışlanılması kimi heç bir duyğuyla geri gəlmir. Üstəlik keçən zamanla birlikdə içinizdəki təklik hissi daha da dərinləşir.

Halbuki bir çox adam xəyanətə barmaq basdı və  heç düşünmədən bu ağrının insanın içini yandırıb qovurduğunu söylədi. Cavabı verənlərin bir çoxu xəyanət ağrısını birə-bir yaşadıqlarını da sözlərinə əlavə edərkən bu duyğunun ölümlə itirməkdən də çətin olduğunu vurğuladı. Xəyanətin aradan nə qədər zaman keçsə keçsin unudulmadığını, həmişə içdən içə qanadığından da dəm vurdular. Amma bu tezisi müdafiə edənlərin neçəsi ölümlə ayrılıq ağrısı yaşadı və xəyanətlə müqayisə etmə vəziyyəti tutdu görəsən işdə bunu bilməyirəm.

Amma mən sevdiyim adamın məndən ayrı olsa da, hətta məni bir başqası üçün tərk etsə də yaşayır olmasını istəyərəm. Nəfəs aldığını bilmək mənə yetər. Hələ hələ xoşbəxt olduğunun da fərqindədirsəm mən də ən az onun qədər xoşbəxt olaram. Gerçək sevgi və eşq də bunu tələb edir mənə görə. Cananınızın canınızdan daha qiymətli olması halı. Eqoizmdən uzaq, naif, sevginin ən üst layı bəlkə də.

Xəyanət, qısqanclıq, o böyük yanardağ partlaması zamanla unudular kimimə gəlir. Amma ölümlə gələn ayrılıqda nə edə bilərik ki? Heç bir şey. Əliniz, qolunuz bağlanar sanki. 
Geriyə yalnız yaşanan gözəl xatirələr qalar, təbəssümlə xatırlanacaq bir çox anı/xatirə, qara ağ şəkillər kimi zamanla unudulmağa məhkum. O adam yoxdur artıq, canınızın bir parçası bir bilinməyənə getmişdir. Əsl təklik o zamandır. Gücünüzün tükəndiyi, dözmə sərhədlərinizin bir yay kimi gərildiyi, kəslərə dərdinizi tökə bilmədiyiniz, töksəniz də aydın ola bilmədiyiniz anlar.

Kənar yandan edilən araşdırmalar xəyanətə uğrayan xüsusilə qadınların, girdikləri depressiyanın onların bütün tarazlıqlarını alt-üst edən ən çətin psixoloji depressiya olduğunu göstərir. Asan asan dilə gətirilmədiyi, paylaşılmadığı üçün də insanın içində bir vulkan kimi partlamalar edib ən ağır təxribata uğradır. Özünüzə küskünlüyünüz, həyatda heç bir şeydən dad ala bilməyəcək qədər bezgin olduğunuz, özünüzü sevmədiyiniz, hətta zaman - zaman günahlandırdığınız ağır bir müddət.

Amma mən yenə də insanın içini yaxan ən ağır ağrının ölüm ağrısı olduğunu müdafiə edirəm. ‘'Xəyanət edən insan da ölüdən fərqsizdir mənim üçün'' deyənlər əlbəttə çıxacaq. Onların fikirlərinə də hörmət edərəm. Yenə də o kəslərin həqiqətən yaşayır olmasının rahatlığı ilə bunları söyləyir olduqlarını da düşünmədən edə bilməm.

Bir tək ölümə çarə yox bu qəribə dünyada. O səbəblə sevdiklərinizə, eşqinizə,yoldaşınıza möhkəm  sarılın, fürsət tapdıqca sevginizi nümayiş etdirin, vaxt  hələgec olmadan. Eşqinizi yaşayın və yaşadın kül halına gəlmədən. Müddətinə, qısa ya da uzun sürüb sürməməsinə başınızı qatmadan, doya -  doya dadın. Xəyanət də olmasın həyatınızda digər ayrılıqlar da… çünki hər ayrılıq çətindir öz diametrində.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1505
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz