Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənə məsləhət verin. Siz olsanız nə edərsiniz?
Mənə məsləhət verin. Siz olsanız nə edərsiniz?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 9645
Səs ver:
Bu yazdıqlarım yaxın rəfiqəmin başına gəlib.  Sona qədər oxumağınızı və siz olsanız nə edərdsiniz? Fikirlərinizi tam aydı şəkildə paylaşmağınızı istəyirəm.
  Bir gün atam öz otağında  televizora baxırdı. Anam isə atam üçün çay süzərək, məndən çayı atama aparmağı istədi. Otağa girmək istəyəndə atamın telefonla danışdığını eşitdim. O bir qadınla danışırdı və deyirdi: get çörək ye, sən mənim balamsan axı və buna bənzər başqa şirinləkdirici sözlər deyirdi. Əlim, ayağım titrəməyə başladı. Özümü itirdim bilmədim ne edim. Girdim otağa məni görən kimi telefonu məşğula verdi.  Çayı verdim və telefonunu atamdan zəng edəcək yerim var bəhanəsi ilə istədim.  Telefonu götürüb otaqdan çıxarkən, atamın ona yenidən zəng etdiyini, uşaq gəldi otağa. Sən yeməyini ye sonra danışarıq. Getdim girdim hamam otağına atamın telefonunda son danışılan nömrəyə zəng etdim. Telefonu götürən qadın: Hay can deyə cavab verdi. Mən isə düşünmədən ağzıma gələni ona dedim. Dedim: Sən mənim anamın dırnağı da ola bilmərsən. Utanmırsan evli bir insanı yoldan çıxartmağa? O, da cavabında atamın ona özünü subay kimi tanıtdığını dedi. Dedim: O yaşda subay kişi olur, gəlib səni biyabir edəcəm. O isə cavabında get nə istəyirsən et dedi. Bir az keçdi atama zəng etdi, mənim ona zəng etdiyimi və nələr dediyimi dedi. Atam gəldi mənimlə dalaşdı sənin nə ixtiyarin var ki, mənim telefonumdan kiməsə zəng edirsən? Mən sözümü deməkdən çəkinməyən biriyəm. Dedim, utanmırsan, bu nə hərəkətdi? Özümüz ona buna lağ edirik. Sən isə belə bir hərəkətə yol verirsən. Dedim, dünyanın işini bilmək olmaz yatağa düşəsi olsan, sənə heç kəs yaxın gəlməyəcək. O danışdığın da nə isə çıxarı var deyə danışır. Yoxsa ki, gözü atlanmır səndən yana. Anam səsimizi eşidib,otağa gəldi. Nə olub. deyə soruşdu. Dedim, heç nə kimsə səhv düşmüşdü. Atamda onunla deyib gülürdü mənim də acığım tutdu. Anam şübhələndi. Mənə sən nə isə gizlədirsən dedi. Mən isə məcbur qalaraq yalandan and içdim. Qardaşıma da danışdım bu olanları qardaşım da dalaşdı atamla. O da mənim kimi atamla küsülü qaldı bir həftə. Sonra anam dedi: bu hərəkətiniziz düzgün deyil. O sizin atanızdı barıçın onunla. Biz də məcbur qalı barışdıq. Elə düşündüm ki, atam o qadınla danışmayacaq. Amma elə olmadı. Atamın telefonuna tez-tez zənglər gəlirdi. Ad olaraq isə bir iş yoldaşının adını yazmışdı. Yenə də danışırlar. Anama demək istədim amma söhbət əsnaında,əgə belə bir şey olsa ayrılaram demişdi.  Atamla, anam bir-birilərini dörd il sevib sonra isə evləniblər. Bilirəm ki, anam çox fikir çəkəcək. Özünə dərd edəcək. Çünki, anamı çox gözəl tanıyıram. Buna görə də atamı o qadından ayırmaq istəyirəm. Evdə heç bir problemimiz yoxdur. Amma ele hallar olur ki, atam anamla dalaşanda səni boşuyub, səndən yaxşısıni alaram kimi sözlər işlədir. Atamı görməyə gözüm yoxdur. Bir zamanlar anamdan çox istədiyim, atamın o hərəkətlərini görəndə, atama qarğış blə tökdüm. Allah keçsin günahımdan. İndi bilmirəm nə edim. Həmin qadının telefon nömrəsi var məndə. Amma çıxılmaz vəziyyətdəyəm. Nə edəcəyimi bilmirəm. Çox xaiş edirəm sizdən. Məsləhət verin. Nə edim mən, necə ayırım onları?  Bu yaxınlarda toyum olacaq atamın o hərəkətlərindən sonra anamı evdə qoyub getmək istəmirəm. Cünki, bilirəm mən gedəndən sonra atamla anam arasında, hər hansısa problem yaşansa anam bunu mənə deməyəcək.
Allah razı olasun hər birinizdən. 


Şərhlər:
Baxılıb: 9645
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz