Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxudan oyanmaq
Yuxudan oyanmaq
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1712
Səs ver:
Cəhənnəm də yaşayıb anlamamaq, qulaqların kar, gözlərin kor olması, ürəyin isə heç danışmaması. Ürəyiniz sanki küsər sizə. Danışmağı buraxar. Yanarsınız amma yandığınızın belə fərqində olmazsınız. Sanki yuxudasınız dərin bir yuxuda həm də. Hisssizləşmiş, kor, kar və hətta vicdanınızın səsini belə eşidə bilməyəcək qədər kar olmusunuz.
Əgər şanslısınızsa, yuxu halınız sonsuza qədər çəkməz. Ya da kimiləri üçün bu yuxu halı sonsuzluqdur. Başqa alternativ yoxdur. Heç bir müəllim heç bir mesaj ya da hadisə oyandıra bilməz onları. Bu kimilər ömür hətta ömürlər boyu yatmağa məhkumdurlar. Həyat onlar üçün təkrardan ibarətdir. Eyni filmə baxarlar davamlı olaraq. Tək bir fərqlə, film eynidir ancaq izlənilən məkan və izlənililən adam fərqlidir o qədər. Bəzilərimiz üçün edilə biləcək heç bir şey yoxdur. İş o nöqtəyə gəldisə, buraxın yatmağa davam etsinlər. Hər kəs oyansa heç yatmayanların nə qiyməti qalar ki….
Dərin bir yuxudan hətta bitki mənşəli yuxudan oyanmaq… Əslində çətin çox  bir vəziyyət. Yeni doğulmuş bir körpə kimi olursunuz. Amma canı yanan bir körpə.
Oyandığınız an özünüzə gəldiyiniz andır. Və gözlərinizi açdığınızda yaşadığınız həyata siz belə inana bilməzsiniz. Heyrətlər içində uzun bir müddət qarışıqlıqla özünüzü izlərsiniz. İllər sürətlə keçər və o sürətlə canınızı da yandırmağa davam edər. Əslində canınız yeni yanmağa başlamamışdır amma siz ağrısını yeni yeni hiss etməyə başlarsınız. Bax tam bu nöqtədə "niyə, necə" kimi suallarla özünüzə yüklənəcəyiniz an gəlir. Amma o nöqtədə durun. Yalnız izləyin və buraxın canınız yansın hətta sizi ağrılar içində qıvrıldıracaq qədər yansın. Ağrını dindirmək üçün bir şeylər ilə məşğul olmağa qalxmayın. Hiss edilən duyğuları sonuna qədər bitənə qədər yaşayın. Yenidən ayağa qalxmaq üçün edilən bir ön hazırlıqdır bu əslində. Özünüzdən qaçmayın. Bu edilə biləcək ən böyük səhvdir. Hər nə oldu isə hər nə, üzləşin.
İnsanın özüylə üzləşməsi ən çətin qarşılaşmalardan biridir. Hər gün dəfələrlə aynada baxdığınız üzə bu dəfə baxmaq cəsarət istəyəcək.
Dünya üzərində var olan duyğuları bir-bir arxa arxaya hiss edəcəksiniz. Saniyələr içində hissdən - hissə düşəcəksiniz. Təbii bir müddət nə hiss etdiyinizi necə hiss etdiyinizi bilməyəcəksiniz. Uzun bir müddət "necəsən?" sualının cavabı olmayacaq sizdə. O an üçün ən mənasız və gərəksiz suallardan biri kimi gələcək sizə. Buraxın gəlsin. Hər kəs və hər şey bir müddətə mənasız olsun. Doğum əvvəli yaşanan gözləmə müddəti olaraq düşünün…
Arxaya baxmayın əsla. Keçmişi olması lazım olduğu yerdə buraxın. Sizinlə gəlməsinə icazə verməyin. Yatırdan deyil yatırdılan olmağı seçin. Aldadan deyil aldadılan olmağı seçin. Bu şəkildə keçmiş sizinlə gəlməz. Sizə yaşadılanları unutmaq qeyri-mümkün deyil yalnız zaman alar. Amma yaşadanlar üçün vəziyyət çox fərqli olacaq. İstədiyiniz intiqam isə heç maraqlanmayın hər kəs layiq olduğu həyatı tapar və sonuna qədər yaşar. Bu mövzuda için rahat olsun.
Əhəmiyyətli olan bundan sonrasıdır. Dərin bir yuxudan oyananlar üçün yenidən yatmaq çox çətindir. Artıq doğru yerə baxmasını bilir olacaqsınız yalnız bir az zaman tanıyın özünüzə. Və görəcəksiniz o müddət bitdiyində siz daxil hər şey fərqli olacaq…
/Mənbə: Qadınlar.biz


Şərhlər:
Baxılıb: 1712
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz