Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanət nədir?
Xəyanət nədir?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 4269
Səs ver:
Xəyanətin mənasına baxaq əvvəlcə. Xəyanət, xainlik, bağlı olduğu müdafiə etdiyi düşüncələrdən imtina edərək onlara tərs düşməkdir. Sevgidə aldatma, sədaqətsizlik, bir -  biri ilə, ölkəsinə pislik etmə. Lazım olduğunda kömək də et, bir kimsənin etibarını yox etmə. Evlilikdə, sevgi də aldatma, sədaqətsizlik..
Baxınca əslində lüğət mənası özünü çox müəyyən edir. Yəni sədaqətsizlik yerində bir söz. Əslində axtardığım tam söz, "əskiklik". Əskikliyini tamamlamaq üçün edilən hərəkətdir xəyanət. Bir insan niyə sevdiyinə xəyanət edər deyə soruşsam kimsə doğru cavab verə bilməz əslində. Eynilə məni niyə sevirsən kimi içdən gələn birhiss düşünərəm. Bəzi insanlar xəyanətdən zövq aldığı üçün edərlər. Bəziləri üçün xəyanətsiz bir dünya yox ikən, bəziləri üçün xəyanətli bir dünya yox. 
Xəyanət həyatımda o qədər çox olub ki... Məsələn, mənim etibarımı yox edən o qədər çox insan var ki.. İnamın yox olması əslində çoc ağrılıdır. Artıq kiməsə inanmamaq üçün o qədər səsbəb var ki.. Yaxşı xəyanətin sərhədləri vardırmı? 
Əlbəttə var.  Məsələn mənim üçün xəyanət, sevdiyim insanın başqasına canım deməsindən başlar. Əslində məndən başqasını düşünməsi xəyanətdir mənim üçün. Mənəmmi həddindən artıq qısqanc yoxsa həqiqətən xəyanət budurmu bilmirəm. Başqası ilə diqqətsiz danışması belə narahat edər məni. Ya da hər hansı bir yoldaşına məndən bəhs etməmişsə də xəyanətdir. Məni saxlayırsa.. Sinəsini gərə-  gərə  bu mənim xanım demirsə, xəyanətdir.
Bunların hamısını etdi, başqası ilə öpüşərkən gördük. Bax bu  bu aşkar xəyanətdir. Amma xəyanət fikri olaraq başlar, kimyəvi olaraq davam edər, fiziki olaraq sona çatar. Ogördüyünüz son səhnə əslində xəyanətin son halıdır. Beyninizin içinə yazılan ən ağrılı və bir daha silinməsi mümkün olmayan aşkar tək can alan nöqtədir ki, məncə sonrası yoxdur. 
Yəni bir adamı başqa qadınla yataqda görməklə, bir cafe də öpüşərkən görmək arasında çox bir fərq yoxdur. Təpik zamanı gəlmişdir.. Xəyanətin bağışlanılması vardırmı desən, məncə yoxdur. Bu anlayış da nisbidir. Bağışladım zənn edərsən amma heç vaxt bağışlamazsan. Heç vaxt unutmazsan. O həmişə qanayan yara olar içində.. O həmişə ağrıyar. O sənə hər toxunduğunda hiss edərsən. Əslində pisliyə toxunmuş kimi olarsan. Əslində bitsə də xilas olsam deyərsən hər dəqiqə.. Bağışlamaq məcburiyyətində qalanlar ola bilər məsələn.. Bağışlanılması güc bir vəziyyətdir, bağışlanılmaz..
Aldatmayın, xəyanət etməyin! Saniyəlik, dəqiqəlik zövqlər üçün özünüzü çətinə salmayın.. Etibarını itirməyin kimsənin..  Kimsənin həyatı oyun sahəniz deyil! Məntiqli olun.. İstəmirsinizsə, tərk edin amma aldatmayın!

/Mənbə: Qadınlar.biz/




Şərhlər:
Baxılıb: 4269
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz