Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Anamı yataqda lüt vəziyyətdə gördüm" [Hadisə]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 23338
Səs ver:
Əlindəki bıçağı sağa-sola yelləyərək geri çəkilərkən bıçaq qəflətən Aygün İbrahimovanın qarın nahiyəsinə dəyib. Bundan sonra Elmir İbrahimovla Nizami Abdullayev əlbəyaxa dalaşıblar. Anasının vəziyyətinin ağır olduğunu görən Elmir İbrahimov Nizami Abdullayevin köməyi ilə anasını maşına qoyaraq Müşfiq qəsəbəsi Təcili Tibbi Yardım stansiyasına aparıb. Oradan yaralıları təcili yardım maşınları ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzə apararkən Aygün İbrahimova aldığı xəsarətdən yolda dünyasını dəyişib.
"Anama Quran oxumağı öyrətmək adıyla bizə gəlib-gedirdi”

Təqsirləndirilən şəxs qismində dindirilən Elmir İbrahimov ona elan olunmuş ittihamla özünü tam təqsirli bilib. O, ifadəsində Nizami Abdullayevlə yaxın dost olduğunu göstərib: 
"Nizamini təxminən 5 il olar ki, tanıyıram. Ailəvi tanışıq. Əvvəllər heç bir ədavət və ya düşmənçiliyimiz olmayıb. Həm özüm, həm də qardaşım Elçin Nizami ilə dost idik. Son vaxtlar Nizami əsasən qardaşımla mən evdə olmayanda bizə gəlirdi. Anama din, Quran oxumağı öyrədirdi. Nizaminin anamla yaxın münasibətdə olmağından şübhələnmişdim.
"Elə bildim ki, anam namaz üstədir...”


"4 mart 2012-ci il idi. Günorta saatlırında iş axtarmağa Bakı şəhərinə getmişdim. Axşamçağı evə qayıtdığım zaman həyətimizin qarşısında tanımadığım "VAZ-2107” markalı avtomobilin dayandığını gördüm. Həyət darvazasını döysəm də, qapını açan olmadı. Anamın namaz qıldığını düşünüb darvazanın üstündən aşaraq həyətə düşdüm. Giriş qapısı açıq olduğu üçün evə girdim”. 


"Anamı yataqda lüt vəziyyətdə gördüm

"Öz otağımın qapısını açıb içəri keçdikdə anam Aygünlə Nizamini yataqda lüt vəziyyətdə gördüm. Hər ikisi yataqdan qalxaraq əyinlərinə paltar geyindikdən sonra, Nizami mənə, "sən fikirləşdiyin kimi deyil!”,- dedi. O, hərəkət edə bilməyim deyə əynimdəki paltardan tutub dartdı. Aşağı əyildiyimdən əynimdə olan paltarlar çıxıb yerə düşdü. Bu vaxt gözüm şkafın qapısından asılmış xəncərə sataşdı. Tez xəncəri götürüb qınından çıxartdım. Nizaminin üstünə doğru gedib sinəsinə bir dəfə zərbə endirdim. Nizami bir an duruxduqdan sonra üstümə gəldikdə, yumruqla ağzına vurdum. 

Anam, "Elmir bəsdi!” deyərək, üstümə gəldiyindən əlimdəki bıçağı sağa-sola yellədim. Bir-iki addım geri çəkilərkən bıçaq qəfildən anamın qarın nahiyəsinə dəydi. Əslində anamı vurmaq istəməmişəm. Bıçağı yellədiyim vaxt ehtiyatsızlıqdan ona dəydi. Bundan sonra bıçağı yerə tulladım, daha sonra Nizami ilə əlbəyaxa dalaşmağa başladım.

Nizami məni tutub divana, ordan da yerə ataraq, üzümə sillə-yumruq vurdu. Vəziyyətin həqiqətən ağır olduğunu görüb, anamı Nizaminin köməyi ilə sonuncuya məxsus olan, həyətin qarşısında dayanan "VAZ-2107” markalı avtomobillə Müşfiqabad qəsəbəsi təcili tibbi yardım stansiyasına apardım. Ordan da təcili tibbi yardım maşınları ilə hər ikisi Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzinə aparıldı”.


"Müəlliməm məni sevdiyini deyirdi”


Zərərçəkmiş şəxs qismində dindirilən Nizami Abdullayev ifadəsində Aygünü və onun ailəsini məktəbdə oxuduğu vaxtdan tanıdığını göstərib: 

"Aygün məktəbdə mənim tarix müəlliməm olub. Onun övladlarının üçü ilə də dostam. 2009-cu ilin sonlarında Aygün məni sevdiyini bildirsə də, bunun mümkün olmayacağını özünə dedim. Təxminən 2011-ci ilin əvvəllərində isə Aygünlə intim münasibət quraraq həmin vaxtdan hadisə gününə kimi sonuncu ilə mütəmadi olaraq cinsi əlaqədə olmuşam”.


"Evdə Aygündən başqa kimsə yox idi”

"4 mart 2012-ci ildə saat 20:30 radələrində Müşfiq qəsəbəsindəki məsciddə namaz qıldıqdan sonra bir az ərəb əlifbası ilə məşğul olmaq üçün Aygünün evinə getdim. Həmin gün məscidə getməzdən əvvəl Aygünə zəng edərək hal-əhval tutarkən, onlara gəlməyimi xahiş etmişdi. Saat təxminən 20:45 radələrində atama məxsus avtomaşınla Aygünün yaşadığı Aşağı Güzdək qəsəbəsinə getdim. Evdə Aygündən başqa kimsə yox idi. Əvvəlcə Elmir və Elçinin otağında olan kompüterin qarşısında oturaraq bilmədən kompüteri yandırdım. Bu vaxt Aygün gələrək yanımda oturub pis olduğunu, sıxıldığını dedi. Bundan sonra Aygünlə cinsi əlaqəyə girdim.

Birdən evin dəhlizinə girən qapının açıldığını eşitdiyimiz üçün hər ikimiz əynimizə paltar geyindiyimiz vaxt Elmir içəri girdi. Bizi bu vəziyyəti görüb, əsəbiləşərək qıpqırmızı oldu. Elmirə kəbinli olduğumuzu dedim, Aygün də bunu təsdiqləyərək kəbin kağızını gətirib ona göstərdi. Elmir də kağızı cırıb yerə tulladı. Elə bu an Elmir divanın yanındakı şkafın qapısından asılmış suvenir tipli bıçağı götürüb üstümə doğru gəldi. Həmin bıçaqla sinəmə bir dəfə zərbə vurdu. Bir anlığa özümü itirib "vurdun məni!" deyə qışqıraraq, Elmirin üzərinə gedib ağız nahiyəsinə bir dəfə yumruqla vurdum. Aygün də, "Bəsdi! Elmir, nə edirsən?!” deyərək onun üzərinə yeridi.


"Dedim ki, anan da, mən də yaralıyıq”


Elmir əlindəki bıçağı sağa-sola yelləyərək geri çəkilməyə başladığından bıçaq qəfildən Aygünün qarnına dəydi. Anasına bıçaq dəyən kimi Elmir bıçağı cəld yerə atdı, Aygün arxaya çəkilib yerə yıxıldı. Elmiri tutub divana, oradan da yerə salaraq üzünə sillə-yumruqla vurduqdan sonra, Elmir sanki ayılıdı "yaxşı, yaxşı, Nizi, nə oldu?”, - dedi. Dedim ki, anan da, mən də yaralıyıq, təcili xəstəxanaya getmək lazımdır. Elmirlə birlikdə Aygünü qucağımıza götürüb avtomaşına qoyduq. Müşfiq qəsəbəsi Təcili Tibbi Yardım Stansiyasına, oradan da təcili yardım maşınları ilə Bakı şəhər 1 saylı Klinik Tibbi Mərkəzə getdik”.


"Qardaşım anamı yataqda tutduğunu söylədi”

Zərərçəkmiş şəxs qismində dindirilən Elçin İbrahimov (mərhumun oğlu) ifadəsində Nizami Abdullayevi, eləcə də onun ailəsini təxminən 4 ildir yaxından tanıdığını göstərib: 

"Qardaşım Elmir Nizami və onun böyük qardaşı Raufla birlikdə qəsəbədə "Cui-citsu” idman növü ilə təxminən 1-2 il məşğul olublar. 4 mart 2012-ci ildə saat 11:00 radələrində iş axtarmaq üçün Bakıya getmişdim. Evdən çıxarkən anam Aygün İdman Universitetində imtahan gedişatında nəzarətçi kimi iştirak etməyə getmişdi. Son günlər Elmir də iş axtarırdı. Axşam saat 18:00 radələrində qəsəbəyə gəlib, marketdən evə zəng vurub anamın halını soruşduqda, o, bir az əvvəl təzyiqi olduğunu, amma indi daha yaxşı olduğunu bildirdi. Bundan sonra dostlarımla birlikdə qəsəbədəki çayxanada çay içdim. Saat 22:00 radələrində qardaşım Elmir mobil telefonuma zəng vuraraq, tez təcili yardım çağırıb evə gəlməyimi dedi. Anamın yenə təzyiqi qalxdığını düşünərək təcili yardım çağırıb, özüm də evə getdikdə, orada heç kimin olmadığını, evin isə dağınıq olduğunu gördüm. Təcili yardım xəstəxanasına, qardaşımın yanına getdim. Elmir mənə anamla Nizamini evdə bir yataqda gördüyündən Nizamini bıçaqla vurduğunu, anama isə bıçağın qəfildən dəydiyini dedi”.


"Elmirə anası barədə heç nə deməmişəm”


Şahid qismində dindirilən Eldəniz Məmmədov isə ifadəsində qeyd edib: 

"Müşfiq qəsəbəsinin girəcəyində atama məxsus meyvə-tərəvəz dükanında satıcı işləyirəm. Aygünü təxminən 3-4 aydır dükandan alver edən müştəri kimi tanıyıram. Onun tarix müəlliməsi olduğunu bilirəm. Nizamini təxminən 2007-ci ildən məşqə getdiyim yerdən tanıyıram. Nizami mənim məşq yoldaşım olub. 5 mart 2012-ci ildə Elmirin evdə anasını və Nizamini bıçaqladığını eşitdim. Amma bu hadisənin necə və nə üstündə olduğu barədə heç bir məlumatım yoxdur. Verilən suallara cavab olaraq bildirirəm ki, Elmir İbrahimova anasının Nizami ilə yaxın münasibətlərindən şübhələndiyim barədə heç nə deməmişəm, ümumiyyətlə, bu barədə heç nə bilmirəm. Elmir ilə də yaxın dostluq münasibətimiz yoxdur”.
"Onlardan şübhələnmişdim”
Şahid qismində dindirilən Rauf Abdullayev ifadəsində Nizaminin onun kiçik qardaşı olduğunu göstərib: 

"Elmiri və onun ailəsini 2005-ci ildən tanıyıram. Onlarla ailəvi gediş-gəlişlərimiz olub. Nizami də, mən də Elmir və onun qardaşları Elçin və İlkinlə dost olmuşuq. Elmirin anası Nizaminin tarix müəlliməsi olub. Nizami ilə Aygünün arasında hər hansı intim münasibətin olması barədə heç nə bilməmişəm. Yalnız bu yaxınlarda bu barədə şübhələnsəm də, dəqiq bilmirdim. 4 mart 2012-ci ildə səhər saat 09:30 radələrində evdən çıxıb Bakıya getmişdim. Həmin vaxt Nizami evdə idi. Saat 23:00 radələrində Müşfiq qəsəbəsinə qayıdarkən atam mənə zəng edərək təcili Elçinə zəng etməyimi tapşırdı. Elçinə zəng etdikdə o, telefonda Elmirin anasıyla Nizamini bıçaqladığını dedi. Nə üçün bıçaqladığını soruşduqda, bilmədiyini deyib telefonu bağladı. Sonra atamla bir yerdə Bakı şəhəri 1 saylı Klinik Tibbi Mərkəzə getdim. Orada Nizaminin ağır yaralı vəziyyətdə olduğunu, Aygünün yolda keçindiyini öyrəndik”.

Hazırda bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Anasını dostu ilə bir yataqda tutan Elmir İbrahimovun cinayət işi üzrə araşdırmada şahidlər dinlənilir, sübutlar təhlil edilir.



Şərhlər:
Baxılıb: 23338
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz