Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mən ərimin qardaşını, qaynımı sevirəm!
Mən ərimin qardaşını, qaynımı sevirəm!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 32870
Səs ver:
Bu hadisə mənim rəfiqəmin həyatı ilə bağlı olan bir həqiqətdir. Rəfiqəmin adını və bəzi şəxsi məlumatları dəyişdirəcəyəm, qalan hər şeyi olduğu kimi yazıram...

Sevinclə mənim atam lap çoxdan dostluq edirlər.Biz, uşaqlıqdan bir-birimizin evində gedib-gəlirik.Gah dərs hazırlamaq bəhanəsilə, gah da darıxdığımızı deyərək birlikdə vaxt keçirmək üçün... Ya mən onlara gedirdim,ya da Sevinc bizə gəlirdi.Bir sözlə, uşaqlığımız birlikdə keçib.Sevincin çox gözəl xasiyyəti var idi.Heç vaxt heç nədən inciməzdi.Nə deyirdinsə hamısını başa düşür,can qulağı ilə sən dinləyərdi.Bizim bu qədər isti münasibətimiz, mən kollecə daxil olana qədər davam etdi...
Mən kollecə daxil olduğum ili, Sevinc daxil ola bilməmişdi.Mən həm qiyabi oxuyur, həmdə işləyirdim deyə, çox əlaqə saxlamağa,gedib-gəlməyə vaxtım olmurdu.Bir gün atamın telefon danışığına şahid oldum.Atam təəccüblənmiş vəziyyətdə "Axı necə oldu?" deyə soruşdu və qarşı tərərfin ona nəsə anlatdığına görə başını tərpədirdi.Atam danışıb qurtarandan sonra öyrəndim ki,Sevincin atası rəhmətə gedib.Müdürümə zəng edib işdən icazə aldım, bir neçə gün Sevincgilə  getdik.Sevinc çox pis olmuşdu,rəngi sapsarı saralmışdı,elə axırıncı dəfə Sevinci atasının il məclisində gördüm.Sonra nə biz getdik onlara,nə də onlar gəldilər,yalnız bir neçə dəfə zəng etmişdik telefona, cavab verməmişdilər.Belə-belə ailələrimiz arasındakı münasibət soyumuşdu.Əgər təsadüfən hardasa rastlaşırdıqsa, bir-birimizi görürdük.

Mən artıq 3 il idi ki,işləyirdim.Bir gün işdən çıxanda, Sevinci yaxınlıqdakı bir mağazanın qarşısında gördüm,qardaşım maşını saxladı,Sevinci çağırdım,yaxınlaşdı,maşına əyləşməsini təklif etdim, amma razı olmadı,həmin məkana yaxın olan bir restoranda oturub şam etməyi qərara aldıq.Sevinc piyada,biz isə maşınla sözügedən restorana çatdıq.Amma məncə, Sevinc piyada deyil taksi ilə gəlmişdi, çünki mən məkana çatandan bir neçə dəqiqə sonra Sevinc də gəldi.Qardaşım foyedə dayanıb məni gözləyirdi, çünki atam məni tək heç yerə buraxmırdı.Sevinc bu 3 il ərzində çox dəyişmişdi.Sifət cizgiləri,baxışları,hətta mənə elə gəlirdi ki,Sevincin səsi belə dəyişib başqa cürə olmuşdu.Söhbətə keçirdiyimiz uşaqlıq illərindən başladıq,ordan-burdan olub keçənlərdən,həyatımızdan danışdıq,söhbət əsnasında Sevincin ailəli olduğunu öyrəndim.Anasını soruşdum,o da mənim anamın əhvalını soruşdu.Ailəsindən sual verdim "ailən necədi,xoşbəxtsənmi,yoldaşın,qaynanan...?"...Bu sualların cavabları mənə çox maraqlı idi, çünki Sevincin dəbli geyim tərzi,makiajı mənə onun sərbəst,heç nədən çəkinməyən bir qadın olduğunu deyirdi.Sevinc bu suallarıma verəcəyi cavaba "ah" çəkərək başladı...

"Atam rəhmətə gedəndən sonra anam işləməyə başladı.Evlərdə qulluqçuluq edərək məni kurslara qoydu,getdim,oxudum,universitetə daxil oldum,bununla yanaşı tibb bacısı kimi işə qəbul oldum,daha anamı işləməyə qoymadım,evdə ikimiz olduğundan normal dolanırdıq.Bir gün işdə olarkən bir qadın mənə yaxınlaşdı və pediator həkimin yerini soruşdu,mən də istiqaməti göstərdim,qadının yanında yaxşı geyimli,amma qaraqabaq bir cavan qadın və yaraşıqlı gənc bir bəy var idi.Bir uşaq da bu bəyin əlindən tutmuşdu, düşündüm... çox güman ki,cavan qadın gəlini idi,bəy isə uşağın atası,bu yaşlı qadının oğlu idi.Onlara baxa-baxa fikirləşirdim ki,görəsən necə olub ki,belə sadə,ilk baxışdan yumşaqxasiyyət olan bir bəy belə qaraqabaq qızı alib?Onlar həkimin yanından çıxıb,qadının əlində dərman siyahısı getdilər."

Sevinc danışdıqca mən onun mənə danışdıqlarının həyat yoldaşı ilə olan tanışlığının olduğunu təxmin etmişdim,amma Sevincin niyə belə soyuq,sanki maraqsızmış kimi danışması məni çaşdırırdı.Çayımızı içə-içə Sevincin gözlərinə diqqətlə baxırdım, amma elə bil gözlərini məndən qaçırırdı,utanırmış kimi."Bəs sonra?"-Gözlərini içdiyi çay fincanına zilləmiş,Sevincin fikrini yayındırdım.

"Hə,sonra elə oldu ki,mən bu oğlanı tez-tez bizim xəstəxanada görürdüm,əvvəldən onun hansısa yaxınını gətirdiyini düşünsəm də, sonradan tək gəldiyini və uzaqdan mənə olan baxışlarını görüncə fikrimi dəyişdim,hətta fikirləşdimdə ki,buna bax öz qadını ola-ola gəlib bütün günü dayanıb mənə baxır.

Bir gün işdən evə gəldim,qapıda bir neçə ayaqqabının olduğunu gördüm və bildim ki,qonağımız var.Mən içəri gələn kimi anam qabağıma çıxdı,qonaqlarımızın kim olduğunu soruşdum mənə elçi gəldiyini dedi və qonaqların yanına keçdi.Ellərimi yuyub qonaq otağına keçəndə həmin xəstəxanadakı yaşlı qadın,həmin qaraqabaq gəlin və birdə başqa bir cavan bəyin qonağımız olduğunu gördüm.Xəstəxanada gördüyüm,mənə dayanıb baxan bəy deyildi bu bəy...Xoş gəlmisiniz deyib əyləşdim...

Anamla yaşlı qadın danışan müddət ərzində ilk baxışdan bəyəndiyim bu oğlanı gələcək həyat yoldaşım kimi təsəvvür edirdim artıq əsl istədiyim,zövqümdə olan biri idi,onun da mənə diqqət yetirdiyi gözümdən yayınmadı,amma mənə çox maraqlı idi ki,bu oğlan məni harada gormüşdü,çünki mən həmin bəyəndiyim bu gənci ilk dəfə idi görürdüm.Daha nə bilərdim ki,evimizə gələn bu oğlan əliuşaqlı gəlinin əridir.Bunu anam mənə qonaqlarımız gedəndən sonra dedi.Qonaqları yola salandan sonra anam "Deməli sənə bir oğlan göz qoyur,sən də bunu anandan gizlədirsən?" dedi,əvvəlcə heçnə başa düşməsəmdə sonra anladım ki,sən demə, mənə dayanıb bütün günü baxan,gəlinin əri zənn etdiyim bəy bu yaşlı qadının subay oğlu imiş.Bizə gələnsə gəlinin əri imiş.Hər şeyi yalnış anladığımı anama da başa saldım.Anam onlardan düşünmək üçün bir neçə gün vaxt istəmişdi .Mənim rəyimi öyrənəndə anama "necə məsləhət bilirsə elə et" dedim.Çünki,anamın ürəyinə yatmışdı bu ailə.Sözün açığı mən də laqeyd deyildim onlara qarşi.Yenə həmişəki kimi Xəyal(mənim yoldaşım,yaşlı qadının subay oğlu) gəlirdi mənim arxamca, mən evə gələndə yola salırdı sonra çıxıb gedirdi,mənə yaxınlaşmadığından tərbiyəli,hörmətcil olduğunu bilirdim.Bir həftə keçdi,onlar yenə cavab almaq üçün bizə gəldilər anam da cavabımızın "hə" olduğunu onlara açıqladı. Şirin çay içdilər və həri oldu.Mən artıq hərili bir qiz idim,hər gün işə gedəndə Xəyal məni ötürürdü,artıq utanmırdı,işə gedənə qədər bir-iki kəlimə danışırdıq.

Söhbətimizi mənə gələn zəng böldü. Sevincdən üzr istədim, zəng edən qardaşım idi söhbətin şirinliyindən saatın 22:00 olduğunun fərqinə varmamışdım.Qardaşım "əgər gec olacaqsa gedim sonra gələrəm" dedi,məndə söhbətimizin uzun olacağını bildiyimdən getməyini dedim.

Sevinc:"Əgər narahatçılıq olarsa get səni gözlətməyim"dedi.Heç bir problemin olmayacağına əmin edib, söhbətinə davam etməsini xahiş etdim.O da xahişimi qəbul edib, davam etdi.

"Beləliklə,biz nişanlandıq hər gün bir-birimizə daha çox bağlanırdıq,mən çox xoşbəxt idim,hətta mebellərimizi də ikimiz seçmişdik.Toy günümüzü özümüz təyin etmişdik.Nəhayət biz evləndik,qaynanam da anam kimi olmasa da ümumi cəhətddən yaxşı insandır,çox incitmir məni,işə gedirəm danışmır,uşağa baxmağa kömək edir,və.s.
"Nə?Uşağa?Senin uşağın da var?" sevinc dolu təəccüblə soruşdum.
"Hə var,bir qizim var adı Aişədi"dedi .

"Sevinc,bu qədər xoşbəxtsən bəs niyə belə həvəssiz danışırsan?" deyə soruşdum.


"Eh Arzu,sən nə bilirsın ki,xoşbəxtəm?Nə olsun ki,ailəm var,Xəyal nə istəyirəm edir mənimçün, heç nəyə ehtiyacım yoxdu,hətta anam da bizimlə qalır Xəyal anama ana deyir, qoymur onu çox iş görsün amma xoşbəxt deyiləm"...

"Aa,niyə nədir səni bu xoşbəxtlikdən ayıran, nədir səni belə danışmağa məcbur edən?". Artıq əsəbləşməyə başlamışdım,çünki "Sevinc çox insanın,çox qadının həsəd apara biləcəyi,arzuladığı kimi bir ailəyə sahib idi.Bu artıq tamahkarlıqdı deyə düşünürdüm" ta ki, Sevinc sualıma cavab verənə qədər...

"Bilirsən niyə?Çünki mən Xəyalı sevmirəm,onunla aramizda möhkəm bir bağ
Aişəmiz olsa da sevmirəm onu,özümü nə qədər məcbur edirəm vallah sevə bilmirəm onu,sən məni başa düşməzsən bəlkədə qınayarsan amma nə edim,sevmirəm onu."
Sevinc bu sözləri özündən ixtiyarsız elə bərkdən və ağlayaraq dedi ki,yan stollarda oturan insanlar da dönüb bizə baxdılar.Sözünə göz yaşlarını silərək davam etdi.
"Mən həmin gün, bizə elçi gələn gün Xəyalın qardaşını sevmişdim, ilk dəfədən sevmişdim, onu öz ərim kimi təsvir etmişdim bir neçə dəqiqəlik. Əvvəllər Xəyalla nişanlı olduğumuzda çox hiss etmirdim, bilmirdim, amma indi, onlarla bir evin içində yaşadığım andan anladım ki, mən Xəyalı deyil, onun qardaşını, öz qayınımı sevirəm, hərdən özümə nifrət edirəm, amma hərdən də özümə haqq qazandırıram ki, sevgi azaddır. Bilirəm ki, o da məni sevir hətta Aişə doğulan günü Xəyal işdə idi, qaynım qucağında aparmışdı məni, maşına qədər. O, məni xəstəxanaya çatdırmışdı. Xəyal onun qabağında mənimlə zarafat edəndə və ya mənə xoş söz deyəndə çox pis olur, tez yanımızdan ayrılır. Xəyalın mənə toxunduğunu görməmək üçün"...

Növbəti deyəcəyi söz üçün Sevinc əvvəlcədən üzr istədi və davam etdi.


"Mən də onun kimiyəm, arvadı ona toxunanda,əlindən tutanda, ya qoluna girəndə elə bilirəm mənim ərimə toxunur,bilirsən bu necə pis bir duyğudur Arzu? Mən hətta gecə həyatımda da onu düşünürəm, Xəyalla bir yastığa baş qoyanda da... Xəyal deyil yanımda yatan,məni sığallayan qayınımdır deyə təsvir edirəm...İndi de mənə, mənəmmi günahkar, mən kiməm, necəyəm, niyə varam Arzu? Bəlkə də o gün qayınım elçiliyə bizə gəlməsəydi bütün bunlar baş verməyəcəkdi. Mən necə xoşbəxt olum indi?"

Sözünü bitirib,Sevinc əlindəki dəsmalla yayılmış makiajını sildi. Mənsə nə deyəcəyimi, hətta nə düşünəcəyimi belə bilmirdim, elə bil, bir neçə saat bundan əvvəl əda ilə mağazadan çıxan həmin Sevincdən əsər-əlamət yox idi artıq... Sadəcə Sevincə "Allah sənə səbr versin" deyə bildim, əlimdən başqa nə gəlirdi ki?

Evə gəlmək üçün qardaşıma zəng etdim, qardaşım gəldi. Sevincə hörmət əlaməti olaraq yenə maşına əyləşməyi təklif etdim, ilk dəfə ədasından maşına əyləşməkdən imtina edən Sevinc, heç tərəddüd etmədən bizimlə birlikdə evinə qədər getdi. Sağollaşdıq, yenə görüşmək üzrə ayrıldıq. Amma o gündən bu günə qədər Sevinci görmədim. İndi hər dəfə Sevincin həyat hekayəsi yadıma düşəndə, yenə seçim qarşısında qalıram. "Sevinc haqlımı, haqsızmı"? Fikirlərimə aydınlıq gətirə bilmirəm.

PS: Sizcə Sevinc haqlıdırmı?
Ümumiyyətlə, sevgisi üzündən ailəsi dağılan ailələrə haqq qazandırırsınızmı?

***
Biz isə bu cür qadınları kəskin şəkildə pisləyir!
Sevgi qarşısı alınmaz hisdir, amma "mümkün deyil" fikri yalnız axmaqlara məxsusdur! Bu cür bütün ailəni məhvə aparacaq iyrənc hissi ürəkdən, beyindən təcili çıxarıb atmaq lazımdır! // menbe: bizimbakuws 



Şərhlər:
Baxılıb: 32870
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz