Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanlara olan güvənin itməsi
İnsanlara olan güvənin itməsi
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 730
Səs ver:
İnsanlarla gözəl ünsiyyət içində olan; ana-atasından və digər insanlardan yaxşı niyyət, fədakarlıq görən insanlar güvən içində olarlar. İnsanları sevməkdə və yeni əlaqələr başladıb davam etdirməkdə çətinlik çəkməzlər. Müxtəlif səbəblərlə güvən duyğusu zədələnərkən insanlar mənfi bir vəziyyətlə qarşılaşmamaq üçün insanlarla aralarında həddindən artıq məsafə qoyarlar. Bu da adamın təklik duyğusuna qapılıb mənfi duyğular içinə girməsinə səbəb olur.
Ünsiyyət problemlərinin ən əhəmiyyətli səbəblərindən biri mükəmməllik axtarmaqdır. Bu vəziyyətdə olan adam səhvli davranışlarla qarşılaşdığında ümumiləşdirmələr apararaq gördüyü gözəl davranışları unudur. Onlar üçün ya "həmişə" ya da "heç" sözü vardır. Həyatı ya ağ ,ya da qara olaraq görərlər. Sevdiyi adamı əvvəl qüsursuz olaraq qəbul etdiklərindən qüsurları qarşısında əzilərlər. Halbuki qüsursuzluq Allaha məxsusdur.
İnsanlara olan güvənin itməsi
İnsanlar dini və əxlaqi xüsusiyyətləri baxımından fərqlidir. Adamda bəzi zəifliklərin olması şəxsiyyət, alınan təhsil və keçmiş həyatı ilə əlaqədardır. Bu səbəblə bəzi insanların etdikləri səhvləri bütün insanlar aid etmək  doğru deyil. İnsanın müəyyən bir yaşa qədər tərbiyəsində ana-ata, müəllim və digərləri məsuliyyət daşıyır. Daha sonra da insan özünü həyat boyu inkişaf etdirib tərbiyə etməlidir.
İnsanlara olan güvənin itməsi
Bir insan nə tamamilə yaxşı nə də tamamilə pisdir. Eyni adam ata və ya ana olaraq çox yaxşı, həyat yoldaş olaraq yaxşı olmaya bilər. Bunun səbəbi, bir rol üçün lazımlı xüsusiyyətlərə sahibkən digər rol üçün lazımi xüsusiyyətlərə  sahib ola bilməməkdir. Bu əksiklikdə adamın şəxsiyyət xüsusiyyətləri, bioloji xüsusiyyətlər və uşaqlıqdan bəri gördüyü modellərin kafi olub olmaması və həyat boyu etdiyi seçimlər müəyyən olunar.
İnsanlara olan güvənin itməsi
Bir insana həddindən artıq güvənmək onun zəiflikləri səbəbiylə səhv etməsinə səbəb olar. Məsələn yaxşı niyyətli bir gəncin yoldaşlarına çox tez borc verməsi, çox pul xərcləmə zəifliyi olan insanların gərəkdiyindən çox borc pul alması və sonra da bu çətinliyi çəkmələrinə yol aça bilər. Adam öz sərhədlərini yaxşı bilərək qarşı tərəfin haqsız gözləmələr içinə girməsinə mane olmalıdır. Qarşı cinslə əlaqələrdə də sərhədləri yaxşı bilmək və məsafəli olmaq səhvləri maneələr. Başqasının məsuliyyətlərini yerinə yetirməsinə fürsət verməyərək və sərhədlərini tam ifadə etməyərək ölçüsüz davranmaq və həddindən artıq fədakarlıq etmək qarşı tərəfin səhv etməsini asanlaşdırar.
İnsanlara olan güvənin itməsi
Bir insana qarşı həddindən artıq şübhəçi davranmaq onun özünə güvən duyğusunu təsir edəcəyindən əlaqəyə zərər verər. Bütün insanları  səhvləri ,qüsurlarıyla və gözəl xüsusiyyətləriylə sevməyə hazır bir insan olmanız qarşı tərəfə müsbət enerji verəcək.
Tərcümə Etdi:NİGAR_CAVAD



Şərhlər:
Baxılıb: 730
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz