Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanət gördükdə həyata küsmək olmaz!
Xəyanət gördükdə həyata küsmək olmaz!
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 3929
Səs ver:
Ərinizin sizə xəyanət etdiyini öyrəndiniz. Əlbəttə bu vəziyyət hər qadın üçün bir faciədir. Ancaq əsla həyata küsməyin və yalnız nə edəcəyinizə qərar verin.
Gec saatlara qədər uzanan iclas və tədbirlər, əl telefonlarına gələn gizli zənglər, birdən dəyişən vərdişlər... Bütün bunlar bir böhranın işarəsidir yoxsa əlaqənizdə bir üçüncü adammı var? Heç kim qəbul etmək istəməsə də, bir çox insan aldadan və ya aldadılan olaraq, xəyanətin bir tərəfində iştirak edər. Əgər aldadılan qadın tərəfindəsinizsə, bunu həyatın real hadisələrindən biri olaraq qəbul etməyi öyrənməyiniz lazımdır. Bunu qəbul etmək istəməsəniz, başınıza bu hadisə gəldikdə uzun müddət acı çəkməyə məhkumsunuz deməkdir.

Son olaraq dərin bir nifrət hissi
Xəyanətə məruz qalan qadınlar ümumiyyətlə bənzər reaksiyalar verərlər. Əvvəl böyük bir hirs, ardından xəyalın puç olması və son olaraq dərin bir nifrət hiss edər. Çox vaxt digər qadının tanış olması, yoldaşının əlaqəsinin hər kəs tərəfindən bilinməsi, ya da uzun müddətdir davam etməsi vəziyyəti ağırlaşdıran faktlardır. Yaşananlar nə qədər acı olsa da əhəmiyyətli olan artıq sizin qərar verməyiniz lazım olan həqiqətdir. Ya münasibət davam edəcək, ya da bitəcək. Seçim hansından yana edilirsə edilsin, əvvəlcə sakit davranmalı və çarələr axtarılmalıdır.

Qətiyyətlə təzyiq etməyin
Ayrılmaq istəmirsinizsə, yoldaşınızın və özünüzün səhvlərini nəzərdən keçirin. İrəlidə nəyi daha yaxşı edə biləcəyinizi danışın. Bütün gün ərzində sakit qalmağa çalışın. Yoldaşınızla yaxın olmağa diqqət edin. Onu hələ də sevdiyinizi və ona ehtiyacınız olduğunu bilməsinə icazə verin. Ona təzyiq etməyin. Dostu olduğunuzu və keçmişdə yaşanan gözəl günlərə geri dönə biləcəyinizi ona hiss etdirin.

Qadınlar niyə ayrılmaz?
Bir çox qadın yoldaşının xəyanətinə baxmayaraq əlaqəsini davam etdirməyi seçir. Xüsusi ilə maddi asılılıq, çox vaxt qadınların boşanmamalarının ən əhəmiyyətli səbəbləridir. Bunun xaricində təsirli olan səbəblər isə:
- Uşaqların gələcəyi ilə əlaqədar qayğılar.
- Yoldaşından müstəqil bir şəxsiyyətə sahib ola bilməmək.
- İctimai statusu itirməmək istəyi.
- Hər kişi xəyanət edər düşüncəsi.

Hədələmək çox yalnışdır
Barışmaq niyyətində olan bir çox qadın, hirsinə məğlub olub, hiss etdiyi əsəblə yoldaşını müxtəlif vasitələr istifadə edərək hədələyər. Bunların başında uşaqlar gəlir. "Uşaqları bir daha görə bilməzsən" kimi hədələr sizə dönmək istəyən bir kişini daha çox uzaqlaşdıra bilər. Uşaqlarınızı və ya ətrafınızı yoldaşınıza qarşı qışqırtmayın. Bu vəziyyət həm yoldaşınızın dönməsini çətinləşdirər, həm də irəlidə əlaqəniz düzəldikdən sonra sizi narahat edər. Özünüzü bir az geri çəkin. Kartlarınızı açıq oynayın, amma, sirrli bir tərəfinizin qalmasına diqqət edin. Kişilər kəşf etməyə meyillidirlər. Keçmiş sevginizə və ya uşaqlara baxmayaraq qərarınız ayrılmaqdan yanadırsa, mal paylaşmasını və uşaqların (əgər varsa) kimdə qalacağı mövzusunda razılaşmağa çalışın.

Bəhanələr var, şərh yox!
Psixiatriya mütəxəssislərinə görə əlaqənin pis getməsi aldatma səbəblərindən yalnız biridir. Çünki kişilər xoşbəxt olduqları halda belə xəyanət edə bilərlər.
- Kişi hiperintimual ola bilər və bundan ötəri davamlı yoldaş dəyişdirər.
- Asılılıq yaradan maddələrlə çətinliklərini aşmağa çalışanların yanında eşqbazlıq edənlər də var.
- Həyatının daxilində müvəffəqiyyətsiz olan kəslər, yoldaşlarını aldadaraq özlərini bu şəkildə ovutmağa çalışarlar.
- Başqalarına həsəd aparmaq, paxıllıq etmək xəyanətə səbəb ola bilər.
- Yaşın irəliləməsi ilə birlikdə andropoz dövründə aldatmağa meyl arta bilər.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 3929
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz