Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
++++++++Boşanmaların Fakturasını Uşaqlar Ödəyir
++++++++Boşanmaların Fakturasını Uşaqlar Ödəyir
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 837
Səs ver:
Ana atanın boşanması, uşaqların inkişaflarını ciddi şəkildə təsir edə biləcək, ən sarsıdıcı hadisələrdən biridir. ABŞ-da edilən bir araşdırmada, boşanmış ana və atanın uşaqlarının, riyaziyyat dərslərində və ictimai bacarıqlarda sinif yoldaşlarının gerisində qaldığı təsbit edildi. Bu da göstərir ki boşanmalar uşaq müvəffəqiyyətini doğrudan təsir edir.

Boşanmaların yükünü ən çox uşaqlar çəkir. Çünki uşaq ümumiyyətlə boşanmadan ötəri özünü günahkar hiss edir. Hal belə olunca uşaq daha o yaşda yaşaya biləcəyi ən böyük zədəyə məruz qalır. Mütəxəssislər, boşanma müddətində uşağın günahkarlıq hissi yaşamaması, bu səbəbdən hər hansı bir zədəyə məruz qalmaması üçün, "hər şey yetkin biriylə danışılır kimi uşağa izah edilməli" xəbərdarlığını edir.
Uşaqların fiziki və psixoloji inkişafını ən yaxşı ailəsinin içində tamamladığına diqqət çəkən Üsküdar Universiteti Rektoru Prof. Dr. Nevzat Tarhan, uşaqların həm ana həm də atanın əlaqəsinə, sevgisinə, şəfqətinə möhtac bir varlıq olduqlarını söylədi. Uşağın ruhi və zehni baxımdan sağlam olmasının ən başda gələn şərtlərindən birinin, şəxsiyyətinin ideal bir ailə tərəfindən yoğurulması olduğuna vurğu edən Tarhan, indiki vaxtda bir çox uşaq ailəsi yıxıldığı üçün inkişafını tamamlaya bilmir. Boşanmanın, uşağın heç istəmədiyi lakin qaçınılmaz olaraq nəticələrinə dözmək məcburiyyətində qaldığı bir vəziyyət olduğunu ifadə edən Prof. Dr. Nevzat Tarhan, boşanan yoldaşların kifayət qədər məsul davranmadıqları təqdirdə uşaqda uyğunlaşma və davranış problemlərinə səbəb ola biləcəyini dilə gətirdi. Tarhan, boşanmanın yükünü ən çox uşaqların çəkdiyini də sözlərinə əlavə etdi.

Boşanmalarda Uşaq Özünü Günahkar Hiss edir
Boşanmaya uşağın pəncərəsindən baxan Rektor Tarhan, uşaqların boşanmadan ümumiyyətlə özlərini günahkar hiss etdiyini ifadə etdi. Uşaqların, ana və atasının özü üzündən razılaşa bilmədiyini, onun üzündən boşandıqlarını zənn etdiyini vurğulayan Tarhan, ana və atanın aralarındakı problemləri uşağa əks etdirməkdən diqqətlə qaçınmaları lazım olduğunu da dilə gətirdi. Tarhan boşanmanın uşağın zədə yaşamasına səbəb ola biləcəyini söyləyir.
"Ana atası boşanan bir uşaq onsuz da o yaşda yaşaya biləcəyi ən böyük zədələrdən birini yaşamaqdadır. Boşanma əvvəlində davamlı didişən ana ata, uşağı depressiyaya itələyən bir səbəbdir. Ailələr boşanma əvvəlində və sonrasında aralarındakı problemləri uşaqlarına əsla əks etdirməməlidir."

Cütlər Ayrılsalar da Ana və Ata Olduqlarını Unutmamalılar
Boşanan ailələrdə uşaqlıq depressiyalarına çox sıx rast gəlindiyinə diqqət çəkən Prof. Dr. Nevzat Tarhan, uşaqların kiçik yaşda olsalar belə problemləri hiss etdiklərini söylədi.
"Uşaq çox kiçik belə olsa ətrafında olan bitəni izləməkdə, problemləri hiss etməkdədir. Problemləri hiss edən uşaq çətinliyini söz diliylə izah edə bilmədiyi üçün bunu fərqli şəkillərdə çölə əks etdirər. Bu vəziyyət dırnaq yemə, altını islatma şəklində ortaya çıxa bilər. Uşaqda psixosomatik xəstəliklər müşahidə edilə bilər; tez-tez xəstə olar, qusar, bağırsaqları pozular. Evdən, məktəbdən qaçma, özünə aid olmayan şeyləri alma, narkotikə yönəlmə kimi vəziyyətlər yaşana bilər. Yıxılan ailələrdə uşaqlıq depressiyalarına da çox sıx rast gəlirik. Ailələr nə edib edib uşağın özünü boşanmanın məsulu olaraq görməsini maneə törətməli və uşağın psixoloji ehtiyaclarını qarşılamağa diqqət göstərməlidir. Ana ata ayrılsa da analıqdan və atalıqdan istefa verməməlidir."

Boşanma Uşağa Necə İzah edilməli?
Boşanmanın uşaqdan saxlanılacaq bir vəziyyət olmadığını vurğulayan Tarhan, vəziyyətin uşağa izah edilməsi lazım olduğunu qeyd etdi.
"Valideynlər uşaq əlaqəsində təməl bir qanunumuz vardır: Uşağı böyük insan yerinə qoyub ona olan bitəni anlaya biləcəyi bir dillə izah etmək, lakin qarşılığında böyük bir insan kimi reaksiya verməyə biləcəyini qəbul edib səbirli və anlayışlı olmaq. Bu qanun uşaq üçün aşılması çətin bir mane olan ana ata ayrılığında da tətbiq olunmalıdır. Ana atalar nə edib edib uşağı öz aralarındakı problemlərdən uzaq tutmalı, qaldıra bilməyəcəyi problemləri uşağa əks etdirməməlidir. Boşanma uşaqdan gizlənilməyəcək bir vəziyyətdir. Problemləri uşağa əks etdirməmək üçün olan bitəni ondan saxlamaq həll deyil. Uşaq onsuz da  ailəsində yaşananları izləyəcək, ana ata onu bu mövzudan xəbərdar etməzsə hadisələri zehininin əlverişli olduğu ölçüdə şərh edəcək.
Uşağın yaşananları doğru qəbul etməsi üçün hadisəni ona bizim izah etməmiz faydalı olacaq. Əks halda uşaq zehin tutumunun üstündə olan bu vəziyyəti səhv anlar və böyük bir ehtimalla günahı özündə axtarar."
Tarhan bu müddətdə seçiləcək dilin də əhəmiyyətin vurğu etdi.
"Ana və ata boşanma vəziyyətini uşağa izah edərkən çox açıq və dəqiq bir dil istifadə etməlidirlər. Valideynlər uşağa yaxınlaşarkən belə bir tutum sərgiləyə bilərlər: ‘Biz sənin kədərlənəcəyini, bir müddət bədbəxt olacağını bilirik. Bir müddət bu vəziyyətə dözməyin lazımdır amma sənin bu vəziyyətlə əlaqədar heç bir günahın və məsuliyyətin yoxdur. Bu tamamilə bizdən qaynaqlanan bir hadisə.' Ana ata uşağa bu mesajı verə bilsə uşaq bu vəziyyətdən ən az zərərlə çıxmış olar."

Tərcümə etdi: PRETTY_GİRL


Şərhlər:
Baxılıb: 837
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz