Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Eşq sandığımız yalnızlıqlar(hamı oxusun sona kimi)
Eşq sandığımız yalnızlıqlar(hamı oxusun sona kimi)
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1239
Səs ver:

 



 

  Gəl döyüşək! Qırıb tökək nə varsa əllərimizlə qurduğumuz. Ən asanı bu deyilmi? Parçalamaq, buraxmaq, ən sadə və asan yol bu. Nə olacaq ki? Biri gedərsə, digəri gəlir elə deyilmi? 

 

Eşq sandığımız yalnızlıqlar(hamı oxusun sona kimi)

Eşqin yalnız adımı qaldı? Bu qədər ucuzlaşdımı ürəyə sevda satmaq? Alış verişe gedər kimi çıxıb gedə bilirikmi eşq tapmağa? Hər bədəndə və ürəkdə satılıq sevgi varmı? Yaxşı, qarşılığında nə ödəyirik, ruhumuzumu? 
İtirik məncə, həm də özümüzü tapdığımızı sanaraq. Qadın və kişi olmanın dadını bilmirik. Cinsi şəxsiyyətimizi və haqqımızı alıb deyə dibinə qədər istifadə edirik. Azadlaşmaq belə olmaz ki, olmamalı! Sevişdiyimiz kəslərin sayı artdıqca, daha müasirləşdiyimizimi sanırıq? Böyük səhv!
Eşq sandığımız yalnızlıqlar(hamı oxusun sona kimi)

 Əslində özüdür azadlıq, ürəyi sərbəst buraxmaqdır. İnsan sevməyi bacara bildiyi müddətcə həqiqətən azaddır. Bir Gecəlik əlaqələrdə, keçici və anlıq həyəcanlarla yığılan, yalnız bir az daha itməkdir.Neçə eşq sandığımız insan buraxdıqsa geridə, o qədər artıq yığmışıq ürəyimizdə, bizə ağrıdan başqa fayda verməyən hissləri. Hər gələnin apardığı parçalardan əskik qalan yanımızı, fərqli biriylə doldurma səyi isə, ürəyin ətrafını dərin bir dəhlizə çevirməkdən başqa işə yaramayacaq.
Eşq sandığımız yalnızlıqlar(hamı oxusun sona kimi)

Nə axtarırıq? Həqiqətən tam olaraq nə axtardığını bilən neçə adam var? Bir şəhəri əhatə edər kimi əhatə etmiş ruhumuzu naməlumluq. Mükəmmələmi çatmağa çalışırıq? Elə bir insan olmadığını bilmirikmi? Dönüb özümüzə baxmadan, iynələri başqasına batıraraq, tənqid edib tənqid edərək, hər kəsdə bir qüsur taparaq, hara qədər davam edə bilərik ki? Əlimizdəki hekayələrin eyniliyidəmi bir az düşündürmür bizi? Özümüzü eşq deyə aldatdığımız hər yeni toxunuşla, bir az daha içimizin boşaldığını görə bilmirikmi?
Eşq sandığımız yalnızlıqlar(hamı oxusun sona kimi)

Bu şəhərin bir yerlərində, tam da bu yazının yazıldığı gecə yarısında, neçə məqsədsiz və içi boş sevişmə yaşanır? Qaranlığın, yox oluşun üstünü örtdüyü bu gecə səhərə çatdığında, neçə yastıqda makiyaj izindən başqa bir xatirə qalmayacaq? Bir-birlərinin adını belə unudacaq insanlar, indi ağıllarında bəlkə də başqa birinin xəyaliylə vəhşicəsinə sevişir?
Eşq sandığımız yalnızlıqlar(hamı oxusun sona kimi)

Eşqin o gözəl səfərindən niyə imtina etdik? Hansı anında qırıldıq biz həyatın? Üstəlik zaman olaraq da ən çox eşqə yaraşacaqkən! Köhnəsi kimi çətin deyil biri ilə qarşılaşmaq, tək yaşamaq və artıq cəmiyyət üstündəki boğnaq düşüncə quruluşundan sıyrılırkən, çalışıb, ictimailəşib, çıxararaq böyüyürkən daha rahat deyilmi aşiq olmaq, aşiq qalmaq? Hər kəsin istədiyi anda sevdiyinin səsini eşidə bildiyi, qısa bir səfərlə hər yerə çatıla bilən, hətta internet, kamera kimi bir çox texnoloji təchizatla, həsrəti, h xərcləyə bilirkən, əsl indi eşqə sahib çıxmaq, doya doya yaşamaq zamanı deyilmi? 
Eşq sandığımız yalnızlıqlar(hamı oxusun sona kimi)

Bir gənc cüt yolda əl-ələ verib yeriyir deyə ayıblanılmır, tək və ya boşanmış qadınlar ev kirayəyə götürə bilir, gecə yarısı insanlar küçəyə çıxa bilir, artıq məhəllələrdə namus qonşu cavanlar tərəfindən müşahidə olunmurkən, insanı bir əlaqə yaşamaqdan, sərhədsiz olaraq aşiq olmaqdan saxlayan bir şey yoxkən, niyə eşqi əlimizlə itələyirik? İtirik və gunlər keşdikcə daha çox yox oluruq! İçimizdə yaşadığımız qaranlıq quyulara başqalarını da çəkirik

 Eşq sandığımız yalnızlıqlar(hamı oxusun sona kimi)

Dərhal ayağa qalxıb silkələnməzsək, irəlidə uşaqlarımıza buraxacağımız dünyanın halı heç də xoş olmayacaq. Təəssüf ki, eşqi itirən bir cəmiyyət, tükənməyə məhkumdur çünki ÜRƏYİNİ İTİRƏN İNSAN YAŞAYIR OLA BİLMƏZ!..

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 1239
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz