Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gedəcək bir adamı sevirəm
Gedəcək bir adamı sevirəm
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1431
Səs ver:

Siz heç gedəcəyinə əmin olduğunuz birini sevdiniz? Yalnız sevdiyiniz üçün yanınızda olmasını istəmənin haqsızlıq olacağını, sizinki qədər olmasa da, onun ürəyində yeriniz olduğuna inandığınız bir adamı sevmənin, nə qədər çətin olduğunu bilərsiniz? 

Nə mənə, nə başqasına aid olan: bir çinar kimi tək yaşayan, azadlığını əllərinə qandal etmiş bir adamı sevirəm. Hər düşündüyümdə ürəyimi sızladır sevgim. Necə izah etməliyəm ki, bu duyğunu?Həkimlərin, öləcək dediyi xəstənin başında gözləmək kimi, əlinizdən bir şey gəlməz, yalnız yaxşı baxarsınız, başında gözləyərsiniz. Bir tərəfdən özünüzü hazırlayarsınız, nə qədər hazır ola bilər ki insan?
Ayrılığın çox uzaq olmadığını bilə-bilə sevmək, ürəyin qaldıracağından ağır bir yük kimi amma elə dayanıqlı ki bu ürək, sanki ətdən, qandan deyil də dəmirdən. Onu seyr etdim yatarkən, qırılacaq kimi dayanırdı. Elə zərifdir ki, gözümdə pambıqlara qucaqlayaraq saxlamaq gəlir içimdən... Kişi adam zərif olar? deyə düşünməyin, olur! Ən zərif qadın belə onun yaninda kobud qalır.
Vaxtı gəldiyində gedəcəyini bildiyim bir adamı sevirəm. Halbuki qalsın istəyərdim. Bir ömürü birlikdə keçirək. Yaşlanaq kreslonun üzərində,Çiyin çiyinə dayanaq ayaqda, çətin bu yükü həyatın, hər künc başı keçənə badalaq atmaq üçün gözləyənlərlə doyuşürkən, saxlanaq bir-birimizə. Çöldə fırtına çıxmış, günəş çıxmış, vulkanlar partlamış, bizə nə? Amma elə olmayacaq! Onun gedib baş tutması gərək həyata, bütün sakitliyinə baxmayaraq, qızmar bir günəş altında qışqırması lazım qan tər içində.
Birinə, sən sevirsən deyə qal deyilmir. Bilirsən, hiss edirsən, indi olmasa sabah, mütləq gedəcək.Onsuzda sevgi, sevən ürəyi bağlar, qarşı tərəf məsul deyil ki!. Sevməsəydin əzizim deyərlər adama. Nə vaxt könülünə eşq atəşi düşsə, bil ki canın yanacaq. Elə böyük alov topları partlayacaq ki içində, hər yan kül, tüstü olacaq. Gözündən yaş yerinə ömürün axacaq. Birinə tutuldunsa, söz keçirə bilmirsənsə ürəyinə, özünü yanğınlara hazırlayacaqsan. Önünü, sonunu görməyi öyrənəcəksən. Eşq dediyin, bir növ dəlilik halı, ağıllı insan aşiq olarmı heç? Əslində, ağılı olan sevər. Bilsən ki bu bədənlər qocalacaq, büzüşəcək, geriyə heç bir şey qalmayacaq gözəllikdən, əvvəl ağılı sevərsən.
Gedəcək bir adamı sevirəm. Özünə zülm etmək belə olmalı amma bu, zülmün ən zadəgan olanıdır. Qarşılıq gözləmədən sevməyi öyrədirəm ürəyimə. Bütün insani istəklərimə baxmayaraq, olduğu qədəriylə kifayətlənərək dadını çıxarıram. Ruhumdakı yabani otları qoparıram. Eqomu, qürurumu, şeytan yanımı, mənfəətləri, yalnız istəməyi, bildiyim bütün eşq oyunlarını yolaraq sökürəm. Bir daha heç çıxmasınlar deyə atəşə verirəm. Sevgi tarlasına yaraşmayan nə varsa təmizləyirəm. Çirklənmiş hara varsa, köhnəlmiş hansı könül yarasının artıqlarını tutursam, hamısını qaldırıb atıram. İçimdə böyük bir bahar təmizliyi var. Layiq olduğuna inandığım bir kişiyə, daha əvvəl kimsəyə baxmamışam kimi baxıram.
Sonu ayrılıq olacaq bir eşqə qaçıram. Üstüm başım nə qədər çirkli olsa da, sevgimi yudum, gümüş bir nimçədə təqdim edirəm. İstər alib götürər, istər götürməz amma mən eşqə inancını itirənlərə inad olaraq dimdik sevgimin arxasında dayanıram. Hər həyat xoşbəxt bitəcək deyil ki? Qoy mənimki də bu qədər olsun.Mən payıma düşəni alib götürdüm, gedəcək bir adamı sevdim və sevirəm!


/Mənbə:Qadınlar.biz/



Şərhlər:
Baxılıb: 1431
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz