Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hüzünlü sevgi hekayəsi
Hüzünlü sevgi hekayəsi
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 6822
Səs ver:


 

Gənc bir qiz agir bir xəstəliyin öhtəsində son günlərini yaşayırdı.Yaralı qəlbi bu dünyada dözə bilmirdi.Qızın çox varlı olan ailesi bütün qəzetlərə qızın qəlbini sağaldacaq adamı tapmaq üçün elan vermişdi.Qızı üçün canını qurban verəcək birini axtarırdılar.Çünki,qızın ürəyini dəyişdirmək lazım idi.Gənc qızın xəstəxana otağında həyatə günü gündən solurdu.Yenə xəstəxana otağında tək idi.Gözü yaşlı,boynu bükük ölümü gözləyirdi.Gözlərini bağlayıb bu kişik otaqda göz yaşı tökməkdən yorulmuşdu.Sevgilisi düşdü yadına,kasıb amma onu dəlicəsinə sevən sevgilisi.Hər gün eyni şeyləri fikirləşib keşmişi bir film kimi gözləri önünə gətirirdi.

"Pulum yoxdur amma sənə verə biləcəyim sevgi dolu bir qəlbim var"demişdi sevdiyi oğlan.Gənc qız da basqa bir şey istəmirdi.Sevgiyə möhtac olan biri ,sevdiyinin sevgisindən başqa nə istəyə bilərdiki.Amma olmamışdı,dünyalar qədər istədiyi bir -birlərini sevən sevgililərin arasına girən pul,var-dövlət onları ayıra bilmişdi.Amma indi var-dövlətin kecmədiyi bir vaxt gəlmişdi.Nə mənası vardı artıq???Bu son günlərdə,sevdiyi oğlan yanında olsaydı hec bu qədər aglamazdı.Ayrıldıqları gündən indiyə qədər 5 il keçmişdi.Amma amma hər gün həsrət çəmiş ürəyini kimsəylə paylaşmamışdı.Elə həmin vaxt sevdiyini fikirləşirdi ki,görəsən nələr etmişdi bu bir il müddətində sevdiyi oğlan...Kim bilir bəlkə də evlənmişdir.
Gözlərindən bir damla yaş daha damladı qurumuş dodaqlarına.Əllərinə baxdı.Bir zamanlar əllərinin ,sevdiyinin əllərindən tutduğunu xəyal edib hər gün saatlarca əllərinə baxardı.Ən çox saçlarının tökülməyi onu ağladırdı.Çünki bir zamanlar o saçları sevdiyi oölan öpmüşdü.Hər gün gözlərindən bir damla yaş axanda qəlbinə sanki bir ox batırdı.Qəlbi yenə sızlamağa başladı.Bəlkə sevdiyi oğlan yanında olsaydı,qəlbi bu qədər yorulub əlvida deməzdi həyata.Qız artıq ölümdən qorxmurdu.Sevdiyindən ayrı yaşamağın ölümdən nə fərqi varıydıki.
"Kaş yanımda olsa" dedi gənc qız.Gözlərini son dəfə öpsə,rahatca gözlərini əbədi yuma bilərdi artıq.Yenə gözləri bulaq kimi çağlamağa basladı.Sevdiyini son dəfə görməmiş ölmeək istəmirdi.Az da olsa ondan bir xatirə almamış bu dünyadan köçmək istəmirdi.Amma sevdiyi kim bilir kiminlə birlikdə idi.Qız öz sevgi dolu qəlbini heç kimlə paylaşmamışdı,görəsən oglan kiminlə paylaşmışdı qəlbini?Onun sevgisini silib atdımı görəsən qəlbindən?Qızın içi birdən  nifrətlə doldu.Üstünə bir ağırlıq cökdü.Onu düşünəndə  hər dəqiqəsinin hüzünlü keçməsi çətin gəlirdi gənc qiza.Ölmək istədi,artıq yaşamaq istəmirdi bu dünyada.Amma sevdiyinden xatirə almamış bu dünyadan köçməyəcəyinə and içmişdi gənc qız.
Kim bilir bəlkədə sevdiyi oğlan onu unudub artıq.Təkrar gözlərini açdi.Birdən qızın atasi içəri girdi.Və qıza ürəyini vermək istəyən könüllü tapıldığını dedi.Qız bu xəbərə heç sevinmədi.Gözləri artıq yaşla dolmuşdu.Həmin gecə biri gözlərini əbədi olaraq yumdu və gənc qız ceərrahiyyə əməliyyatı olundu.Eməliyyatı bir həftə sonra qız sağaldı.Amma dünya daha başqa gəldi qıza.Sanki nəsə catmırdı həyatında.Aradan aylar keçmişdi, gənc qız artıq təmiz sağalmışdı.Amma içindəki həsrət,körəklik qurtarmamışdı.Sevdiyi yadına düşəndə ürəyi əvvəlkindən daha cox ağrıyırdı.Bir dəfə görə bilsəydim deyə  öz-özünə danışırdı.Qəlbi yenə ağrımağa başlamışdı.Amma nəyə görəsə qəfildən güclənir və onu yuxudan oyadırdı və bərk oyadırdı.
Qızın dibçəkdə yetişdirdiyi güllər var idi ,hər gün onlarla danışırdı.Ən cox sevdiyi gülü isə qızılgül  idi.Çünki qızılgülün yeri onun üçün ayrı idi.Çünki o güldə qızla gülüb ağlayırdı.Amma qız bu qızılgülü sevdiyinə verəcəyinə and içmişdi.Bu gülü ona görə saxlayırdı.Birdən qapı döyüldü.Qız qapını açdı amma heç kim yox idi.Birdən gözü yerdəki ağ məktub zərfinə sataşdı.Yavaçca geəlib zərfi yerdən götürdü.Bu an qəlbi həyəcanla döyülməyə başladı.Nə olduğunu başa düşmürdü qız .Zəfin üstündə nə ad nə də adres var idi.Qız zərfi açdı.İçindən ağ bir kağıza yazılmış məktub çıxdı.Qəlbi daha güclə döyünməyə başladı.Çünki ,sevdiyi oğlanın qoxusu var idi məktubda.Başı fırlanmağa başladı.Gedib yavaşca divanda oturdu.Kağızı açdı və əlləri titrəyərək oxumağa başladı.Sevdiyi oğlan məktubda bele yazmışdı:
 
Sevgilim səndən ayrılandan sonra bir üreye iki sevginin sığmayacağını başa düşdüm.Səndən sonra mən  nə birini sevdim nə də birinə baxdım.Sənsiz gullerimin hər biri o birindən daha cətin keçirdi.Hər gün daha çox darıxırdım.Sənə bir şier yazdım,hər gün oxudum.Hər gecə səhərə qədər səni düşündüm.Hər gecə sənin yanında olmağı istədim və hər gecə sənsizliyə lənət elədim.Yuxuları haram etdim özümə .Sənsizliyin acığın gözlərimdən aldım və bir gün hər şeyi dəyişdirəcək bir fürsət düşdü əlimə.Bunu fürsət hesab etməyibözümə haqsızlıq edə bilmədim.Və  bu fürsət məni səndən çox uzaqlara apardı.Mən səndən çox uzaqlara getdim,bəlkə səni unudaram dedim.Amma əksi oldu.Səndən uzaqlardaydım,amma səni görmək üçün uzaqlardan səni görməyə gəlirdim.Həm də hər gecə gəlirdim.Gəlib sənə baxırdım,səni sevirəm və əyilib hər gecə yanağından öpürdüm.Sən isə gecə gözlərini acib baxarkən gəldiyimi zenn edirdin.Amma məni görməyib yenidən yuxuya gedirdin.Sabah bir-birimizin sevmeyimizin 6-ci ilidir.Sənin heər dəfə qəlbin döyünərək ağrıyanda mən sənin yanında olurdum.Sinəndə daşıdığın mənim qəlbimə yaxşı bax.Çünki,göz yaşlarımla adını yazdım ora.Səni səndən çox sevən bir sevgi var qəlbinin içində .Gələndə qızılgülü də yaddan çıxartma.Səni sevirəm yanıma gələnə qədər də sevəcəm sevgilim.
Bu sözləri oxuyandan sonra qız sinəsində daşıdığı ürəyin sevdiyi olana aid olduğunu və cərrahiyyəə məliyyatından çıxanda gördüyü üzü bağlı cansız gəncin öz sevgilisi olduğunu başa düşdü.Elə həmin vaxt qız ölüm yuxusuna getdi.Amma qızın üreyi döyünür.Aradan 20 il keçdi.Amma üreyi döyünsə də qız ölüm yuxusunda xəstəxana otağında yatır,sonsuzadəkdə yatacaq.

 



Şərhlər:
Baxılıb: 6822
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz