Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevməyi bacarmırsansa...
Sevməyi bacarmırsansa...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1472
Səs ver:


 
O, gecə məni çox əsəbiləşdirdi. Deyir “sevgi yoxdur, sadəcə, öyrəşmək var”.

Bunlar heyvani hisslərdir!

Necə yəni sevgi yoxdur?

Sevgi yoxdursa, sən, mən, digərləri, insanlar, kainat nə üçün mövcuddur?! ALLAH bizi öyrəşmək üçün, ya məcburiyyət ucbatından yaradıb?!

Vəhşi heyvanından tutmuş, ağlı və şüurlu insanadək bu canlıları sevdiyi üçün yaratmadımı Tanrı?

Hələ dağlar, çaylar, meşələr, təbiət... Yazı zamanı qoyulan nöqtə, gördüyün və görmədiyin hər şey sevgi ilə yaradılıb…

İnsan oğlu şüurunu dərk etməyə başlamamışdan qabaq sevgini hiss edib… Hətta o, sevginin törətdiyi qısqanclığı da duyub.

Özümü tanıyandan sevgi qoxusu ilə böyümüşəm. Nənəm çox tez itirdiyi həyat yoldaşını sevdiyi üçün başqa kişi ilə izdivacı ağlının ucundan belə keçirmədi. Anam tez-tez savaşdığı həyat yoldaşı ilə illərdir evlidir. Qonşum yataq xəstəsi olan həyat yoldaşına bezmədən qulluq edir. Başqa bir qonşum gecə yuxu yatmadan sevdiyi Vətəninin keşiyini çəkir. Eloğlum yad məmləkətdə Vətən sevgisi uğrunda adam doğrayır. Bunlar sevgi deyil bəs nədir?

Eləcə də sən və ətrafındakılar…

Heç -həyatda niyə varsan - deyə özünə sual verdinmi? Kiməsə öyrəşmək üçün? Ya sadəcə, yeyib, yatıb, işə getmək üçün? Bəlkə elə bilirsən yad planetli, ya da robotsan? Oxuduğun kitablar sənə sevginin yoxluğunu deyir? Yoxsa çox ağıllı görünmək üçün nəyisə danmaq lazımdır?

Sevgi var, sadəcə, bu hissin bir xoşagəlməzliyi var. Yaradanın da, yaradılanın da ən zəif nöqtəsidir sevgi..

Elə olmasaydı, ALLAH bu qədər günahların və sitəmlərin qabağında insanı bağışlamazdı. Elə olmasaydı, doğma insanlar törətdikləri günahlara, etdikləri səhvlərə rəğmən yaxınlarının yanında olmazdılar.

Bəlkə sənin ən böyük qorxun da budur elə… Sevmək… Sevmək və zəif olduğunu düşünmək… Amma məncə, elə bunu düşünürsənsə, artıq sən zəif olduğunu qəbul edirsən...

Nəticə olaraq sənə deyim, yaddaşına həkk et: “Özün sevməyi bacarmırsansa, imkan ver sevgi yaşasın!”...


Aynurə Asimqızı



Şərhlər:
Baxılıb: 1472
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz