Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
O, məni həqiqətən sevirmi?
O, məni həqiqətən sevirmi?
Göndərən: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 562
Səs ver:
Münasibətləriniz çox yaxşıdır. Tez-tez görüşürsünüz, birlikdə maraqlı vaxt keçirirsiniz. Onun haqqında dostlarınıza, ailə üzvlərinizə bəhs etmək istəyirsiniz. Sevgilinizlə birlikdə olduğunuz anların bitməsini istəmirsiniz. Hətta onunla bir ömür yaşamağa hazırsınız. Lakin hərdən beyninizdən belə bir sual keçir: “Görəsən, o, məni həqiqətən sevirmi?” Bu şübhə sizi rahat buraxmır. Sevginizin “qalıcı” olduğunu öyrənmək çətin deyil. Bunun üçün sadəcə bir neçə məqama diqqət etmək kifayətdir. Aile.lent.az münasibətlərinizin ciddi olduğuna işarə verən 15 əlaməti təqdim edir.

1. Dostlarınızla tanış olmaq, onlarla dost olmaq istəyir. Sizi yaxın dostları ilə tanış etməyə tələsir, ortaq planlar qurub həmişə birlikdə vaxt keçirmənizi təmin etməyə çalışır.

2. Keçmişdə bəhs etdiklərinizi xatırlayır, söhbətlərinizi yada salır. Nə zamansa söylədiyiniz kiçik bir detalı unutmur və yeri gəldikdə, bu barədə sizə deyir. Sizi həqiqətən dinləyir və söylədiklərinizə əhəmiyyət verir.

3. Sizi düşünməsinə səbəb olan yazıları sizinlə paylaşır. Bir jurnalın səyahət hissəsində gördüyü Yunanıstana səfər hissəsində ağlına sizi gətirir və bunu sizə deyir.

4. Ailənizə ondan bəhs etmək üçün tələsir. Ailəsinə bu cür mövzulardan dərhal bəhs etməyən, əvvəlcə münasibətin necə getdiyini görmək istəyən bir insan olmağınıza baxmayaraq, bu dəfə münasibətlərinizin yalnız ikinizin bilməsini istəmir və hətta xoşbəxtliyinizi bütün dünyaya bildirmək istəyir.

5. Kitabxanası az da olsa, sizinlə üst-üstə düşür. Hətta bəzi stolüstü kitablarınızın oxunmaqdan köhnəldiyini fərq etmisiniz.

6. İşinizlə həqiqətən maraqlanır. Tamamilə fərqli bir sektorda çalışmağınıza baxmayaraq, sizin tam olaraq nə işlə məşğul olmağınız, gündəlik iş fəaliyyətiniz və karyera planlarınızla maraqlanır.

7. Sizi narahat edən mövzulardan ona bəhs edərkən rahat olursunuz. İş yerində bir problem və ya dostlarınızdan birilə mübahisə etmisinizsə, ona güvənə biləcəyinizi və bütün mövzularda danışa biləcəyinizi hiss edirsiniz.

8. Sizə laqeyd yanaşmır. Bütün həftə çox gərgin olacağınızı, həftə sonundan əvvəl görüşə bilməyəcəyinizi də bilir. Lakin sizi axtarır, tez-tez zəng edir, mesaj yazır və hər şeyin yolunda olub-olmadığına nəzarət edir.

9. Sizi mütəmadi olaraq axtarır, maraqlanır. Səsinizi eşitməyi sevir və yalnız mesaj və ya mail yolu ilə xəbərləşmək onu qane etmir.

10. Sizi görmək üçün səbirsizlənir. Həftənin əvvəlindəykən həftə sonunu iplə çəkdiyini deyir və bunu ürəkdən edir. Üstəlik, xasiyyəti olmadığı halda, sizi güldürə bilmək üçün mesajına əlavə məzəli sözlər qatır.

11. Dostlarınıza onun çox yaxşı biri olması haqqında bəhs edirsiniz. Onun fərqli və qiymətli olduğunun fərqindəsiniz və bunu paylaşmaqdan zövq alırsınız.

12. Yalnız onunla tək qalaraq çətin bir günün öhdəsindən gəlirsiniz. Arzuedilməz bir gündə yalnız onunla güclü ola biləcəyinizi bilirsiniz və onun yanınızda olmasını arzulayırsınız.

13. Hər həftə ən azı iki dəfə sizi görəcəyi dəqiqdir. Sizinlə birlikdə uzun zaman keçirməyə çalışır, bunun üçün fürsət yaradır.

14. İllərdir yaşadığınız şəhərdə yeni məkanlar axtarıb tapır. Şəhərinizi sizinlə birlikdə kəşf edir, daha əvvəl xəbəriniz olmayan yerlər görürsünüz və bu, onun səyləri sayəsindədir.

15. Ad gününüz üçün planları var. Sizin xüsusi olduğunuzu düşünür və doğum gününüzü qeyd etməklə bunu dəyərləndirir. Üstəlik, qeyd edilən günün əvvəlkilərdən fərqli olması üçün səy göstərir.


Şərhlər: 7
Baxılıb: 562
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
menlik movzu deyil
5 sentyabr 2016 13:45
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
baby baku
Sitat: lale.veliyeva19
Dünən bir birimizlə dərdləşirdik neçə vaxtdır ürəyimdə qalanları dedim ona bir xeyli rahatladım onunda ürəyində olanları öyrəndim şükür Allahıma sevib sevilirəm Allah hər kəsə nəsib etsin belə sevgili))


Sitat: lale.veliyeva19
Dünən bir birimizlə dərdləşirdik neçə vaxtdır ürəyimdə qalanları dedim ona bir xeyli rahatladım onunda ürəyində olanları öyrəndim şükür Allahıma sevib sevilirəm Allah hər kəsə nəsib etsin belə sevgili))

AMİN
5 sentyabr 2016 11:51
# 6
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
qaranliq1
menede aid deyil sevgilisi olanlar oxusun
5 sentyabr 2016 11:00
# 5
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
lale.veliyeva19
Dünən bir birimizlə dərdləşirdik neçə vaxtdır ürəyimdə qalanları dedim ona bir xeyli rahatladım onunda ürəyində olanları öyrəndim şükür Allahıma sevib sevilirəm Allah hər kəsə nəsib etsin belə sevgili))
5 sentyabr 2016 10:33
# 4
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

MODABAZ
Day mene lazım deyıl ((
5 sentyabr 2016 10:11
# 3
Heyata daim gulmek lazimdii
Cindrella
Sevib sevilenlercun lazimli melumatdir
5 sentyabr 2016 09:36
# 2
Totu
Tesekkurlər)))))
5 sentyabr 2016 09:13
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz