Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu gecə
Bu gecə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1493
Səs ver:

 

alt
 
Bu gecə…

Bu gecə yenə bir başqayam...

Bu gecə yenə coşdu dəli könlüm…

Bu gecə yenə sərxoşam...

Səni içdim doyunca…meyxoş oldum xatirələrinlə...

Səni danışıram…

Dodaqlarımın altında səni oxuyub,kölgənlə rəqs edirəm...

Əksinlə deyib gülürəm…

Bu gecə yenə fırtına gəldi dənizimə...

Yenə ləpələndi sahilim...

Bu gecə…

Səni istəyirəm bu gecə...

Eşidirsənmi?!..səni istəyirəm...

Yenə qanım dondu damarlarda…yenə yaşlar axdı yanaqlarıma…

Qorxuram….

Səni geri istəyirəm bu gecəden…

Əllərini istəyirəm yenə isticə toxunsun əllərimə…

Gözlərini istəyirəm baxsın yenə sevgiylə gözlərimə...

Gəl dur qarşımda sevgindən düşdüyüm hallara bir bax…

Toxunma bir başqasına..mənə gəl..

Baxma bir başqasına…mənə gəl...

Gözləyirəm yenə səni sonsuz istəklə…

Ümid dolu baxışlarla dikdim gözlərimi yollarına...

Gözləyirəm…

Yenə xatırlayıram sənli günləri,gülüş qonur dodaqlarıma...

İzləyərkən səni sanki varmışsanmış kimi hər yerdə titrəyir həyəcandan bütün vücüdum...

Boylanıram dörd_bir yanıma...

Baxarkən sağıma soluma,çevrilirkən geriyə,dikərkən baxışlarımı irəliyə,sanki səssizcə otağımdaymışsan  kimi gülümsəyirəm boş divarlara…                                               

Təbəssüm edirəm soyuq yatağıma...

Bəlkə də gəlmisən,amma,mən görə bilmərəm qorxusundan pərvanə olmuşam öz ətrafıma…

Səni istəyirəm…

Sonsuz arzularda…sonsuz xəyallarda..sonsuz ümidlərdə…

Sevgin ağrıdır ürəyimi…

Yoxluğun yandırır canımı…

Nəfəsini hiss etmədən aldığım hər nəfəs buz bağlayır içimdə…

Gözlərini görmədən açdığım hər səhər qaranlığa məhkum edir gündüzlərimi…

Varlığını ən yaxınımda hiss etmədən inciyir qəlbim…

İncitmə onu…geri,gəl…

Sən olmadığın hər açılan aydınlı gün,zülmət dolu gecə oldu..

Sən olmadan yaşadığım hər saniyə əzab dolu saatlara bərabər oldu...

Sən olmadığın hər yer susuz səhralıq kimi quru və kimsəsiz oldu...

Doğmalar yad oldu...

Ayaq basdığım hər məkan zindan oldu yanımda sən yoxdun deyə...

Sən olmadan nəfəs almaq işgəncə,yaşamaq kabus oldu...

Sənsiz nitqim qurudu...

Canıma çəkdirdiyin ağrılardan gücsüz,taqətsiz düşdü bədənim...

Sənsiz yaşlar həkk oldu göz bəbəklərimə,silinmədi..qurumadı sən toxunmadan...

Sənsiz sonsuzluğa qərq oldu baxışlarım...

Dolaşığa düşmüş ip kimi başlığımı itirdim...

Ürək parça_parça oldu sənsiz...

Qırıldı hər yerim...hissələrə bölünmüş şüşə kimi səpələndim yerlərə...

Kəsib,doğradım hər toxunanı,qanatdım hər birləşdirmək istəyəni...

Nəfəsinə çəkmək istəyən hər kəsə zəhər oldum...

Sənsiz ziyankar,sənsiz qəddar oldun...

Hər kəsə zülümkar,hər kəsə qənim oldum...

Ögey gəldi mənə ən yaxınlar...

Sənsiz yadlaşdı həyatım...

Sevməz oldum özümü belə sənsizəm deyə...

Heç kəsi,heç nəyi istəmirəm sən olmadan...

Yaşayıram sənsiz həyatı ölü ruhla...

Gəl....rəng qat bozarmış ömür yollarıma...

Yoruldum...

Darıxıram...

Boğuluram...

Ağır yük qoyuldu sanki sinəmə..nəfəs alışım çətinləşir...

Gəl..asand et sənsiz çətin olan hər şeyi...

Gəl..kədərimə sevinc ol…

Gəl..çarəsizliyimə çarə ol…

Gəl..sənsizliyimə sənli həyat ol...

Yenə mənim ol..yenə məndə ol..yenə mənimlə ol…


Şərhlər:
Baxılıb: 1493
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz