Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevənlərin davranış mədəniyyəti
Sevənlərin davranış mədəniyyəti
Göndərən: Tomris Müslümova
Şərhlər: 15
Baxılıb: 585
Səs ver:
Məhəbbət elə bir hissdir ki, o, yaşından, cinsindən asılı olmayaraq hər kəsin könül qapısını açır. Sizin aranızda da elələri var ki, bu hiss artıq onun varlığına kövrəkcəsinə qədəm basmışdır. Sən də gec-tez məhəbbəti xoş bir duyğu kimi salamlayacaqsan. Budur, artıq nəsə səni narahat edir, gecələr yuxun qaçır, baxışlarını tavana zilləyib fikrə gedirsən. Yadına həmin qız (oğlan) düşür. Axı niyə onunla danışanda səsin titrəyir, üzbəüz gələndə özünü itirir, görməyəndə darıxırsan?Hərdən oğrun-oğrun baxışırsınız, qəflətən nəzərləriniz toqquşur, yanaqlarınız xəfifcə allanır..... Bəlkə bu məhəbbətdir?
Əlbəttə, sevirsən. Amma yadında saxla ki, məhəbbətinizin uğurlu olması əsasən özünüzdən asılıdır. Hisslərinizin möhkəmliyindən, qarşılıqlı münasibətlərinizin xarakterindən asılıdır.
Yüksək davranış mədəniyyətinə yiyələnmək, ünsiyyət prosesində müəyyən əxlaq qaydalarına əməl etmək sevgililərin bir-birinə münasibətini daha da yaxşılaşdırır. Qıza qarşı kobudluq oğlan üçün bağışlanılmaz səhvdir. Oğlan başa düşməlidir ki, bu gün onunla eyni parta arxasında oturan qız sabah ər evində bir anadır!
İlk gənclik məhəbbətində hiss əsas rol oynayır, gənclər sevgilini çox vaxt gözəl olduğu üçün seçib bəyənir. Yetkin məhəbbətdə tərəflər çox vaxt ölçüb-biçir, götür-qoy edir.Bu dövrdə onların seçicilik duyumu və tənqidi yanaşma qabiliyyəti, məntiqi təfəkkürü formalaşır.
Sevənlər bir-birinə qarşılıqlı tərbiyəvi təsir göstərirlər. Biri digərinə öz nöqsanını düzəltməkdə, çətinlikləri aradan qaldırmaqda lazımi məsləhət verir. Bir sözlə, oğlan və qız seçdiyi şəxsin xatirinə özünü təkmilləşdirir. Buna görə də deyirlər ki, məhəbbət insanı nəcibləşdirir, xeyirxah və səmimi edir.Lakin bəzən oğlan və qız sevgilisinin haqlı iradlarından nəticə çıxartmır, öz qüsurlarını aradan qaldırmaq istəmir.
Məhəbbətdə mühüm cəhətlərdən biri öz hissini qorumağı bacarmaqdır. Oğlan sevgilisi ilə küçədə, kinoteatrda, nəqliyyatda və digər yerlərdə müəyyən həddi, normanı gözləməklə rəftar etməlidir. Yersiz hərəkətlərə yol verilməməlidir. Bəzən parklarda, dənizkənarı bulvarda hamının gözü qarşısında qızla oğlanın bir-biri ilə qol-boyun olduğunun şahidi olursan.
Əlbəttə, bir-birinə həqiqətən könül vermiş gənclər belə iş tutmaz, pak və ülvi bir hissi təhqir etməzlər. Lazım gələn təqdirdə oğlan qızın, qız oğlanın şərəf və ləyaqətini qorumalıdır. Həqiqi məhəbbət əxlaqsızlıqla, əks cinsə hörmətsiz münasibətlə bir araya sığmır. O, « gün keçrmək » zövqünə sığınan yalançı məhəbbətdən əsaslı fərqlənir. Həqiqi məhəbbət əbədi, sönməz, yalançı məhəbbət ötəri, aldadıcı və mənafegüdəndir. Belə məhəbbətdə tərəflərdən biri digərini şüurlu aldadır, vədlər verir, şirin sözlər söyləyir. Qız yalan vədlərə inanır, şirin sözlərdən xoşlanır və səhv edir.
Gənclər münasibətin mahiyyət etibarilə nə ilə nəticələnəcəyini qabaqcadan təsəvvür etməyi bacarmalıdır. Fiziki yaxınlıq, xüsusilə qızlar üçün ağır nəticələr törədə bilər. Qızlar nikah bağlanana və gərdək qurulanadək öz ismətlərini qorumalıdır.Ər evinə qızların pak və alnıaçıq getməsi, ailə həyatının pozulmaz qanunu, gələcək ailə təməlinin mohkəmliyinin rəmzidir.


Şərhlər: 15
Baxılıb: 585
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
HAPPY_EYES
Sitat: Akkuw)
Gercek sevgi cox goel hissdir allah hamiya xeyirlisini qismet etsin

amin
1 avqust 2016 01:18
# 15
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
hazal♡
Sevmek gozeldi...hemde mekdeb illerinde yada sevilmey...

Eyer heqiqeten sevirsense ezablara dozersen....
31 iyul 2016 21:39
# 14
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Akkuw)
Gercek sevgi cox goel hissdir allah hamiya xeyirlisini qismet etsin
31 iyul 2016 14:21
# 13
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
lale.veliyeva19
sevmək çətindir sevdiyin zaman xoşbəzt olusan amma ayrılanda...bax onda həyatın mənasını anlayırsan.... ciyy
31 iyul 2016 13:58
# 12
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

kiraz mevsimci kiz
sevirsense ezablara da qatlasmalisan menim kimi
31 iyul 2016 13:34
# 11
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
evli.mutlu.cocuklu
Sevmək ən gözəl hissdi ama zulumlarıda çoxdu
31 iyul 2016 12:43
# 10
narmiwka_15
sevmek dunyadaki en gozel hissdir heart
31 iyul 2016 12:23
# 9
Be Happy))
Mrs.Kemale
mence sevenler bir birin tanimalidir en esasi 01
31 iyul 2016 11:52
# 8
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
31 iyul 2016 11:14
# 7
Totu
Sevgili insanlarçun xeberdi.
31 iyul 2016 10:53
# 6
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
31 iyul 2016 09:56
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
fikir verilse davranisa medeniyyete milli deyerlere yaxsidir
31 iyul 2016 09:32
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
MODABAZ
Heqııqı sozdurrr belede olmalıdııı
31 iyul 2016 08:35
# 3
Heyata daim gulmek lazimdii
Onun_Mələyi
Sitat: _Qanadsız_Mələk_
Sitat: seh damlasi
Şox yazıdır.heqiqeten beyendim...olduqca düzgün yazılıbdır....herkel ♡_den seve bilmez..ve ne yazıq ki bezileri aldanır eşq sanır..sora xeyanetle, yalanlrla üzlrşir..yenede sevgili vaxt Qarşı terefi yaxından tanımaq
Xasiyetnə bələd olmaq lazımdır ki sora ciddi problemlerlə üzləşmiyələr...təşəkkürlər bacı

Bacı sənlə razıyam düzgün qeyd etmisən))

Cox saqol ureyim))
31 iyul 2016 02:40
# 2
Bir duam var,səndən amin gözləyirdua09123
Onun_Mələyi
Şox yazıdır.heqiqeten beyendim...olduqca düzgün yazılıbdır....herkel ♡_den seve bilmez..ve ne yazıq ki bezileri aldanır eşq sanır..sora xeyanetle, yalanlrla üzlrşir..yenede sevgili vaxt Qarşı terefi yaxından tanımaq
Xasiyetnə bələd olmaq lazımdır ki sora ciddi problemlerlə üzləşmiyələr...təşəkkürlər bacı
31 iyul 2016 01:43
# 1
Bir duam var,səndən amin gözləyirdua09123
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz