Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
O qəhvəyi gözlər mənimdir
O qəhvəyi gözlər mənimdir
Göndərən: Angela7
Şərhlər: 11
Baxılıb: 512
Səs ver:
Gözlər... Sadəcə baxmır, eyni zamanda danışır, ürəkdə olanları bir muncuqtək düzür öz gilələrinə... Sanki o qəhvəyi gözlər rahatlayır sevdiyini izlədikcə. Bəlkə özü belə fərqinə varmır bunun, ya bəlkə də fərqinə varır, amma qadağa qoya bilmir, çünki gözlər ağıl, məntiq nədir bilmir, gözlər sırf hislərlə hərəkət edir.  Gözlər hislərin yönləndirdiyi istiqamətə baxır, heç bir qanun bilmədən, qadağalara məhəl qoymadan. Gözlər ən pis sirdaşdır, onlar ürəyin bütün sirlərin açıq- aşkar üzə çıxarar, heç qorxmadan, çəkinmədən, sonunu düşünmədən təslim edər özünü aid olduğu və ya olmaq istədiyi gözlərə. İçindəki atəş söndü deyə hiss etdiyin an qəfildən çıxar qarşına və gözlərin səni yenə ələ verər. Nə qədər gözlərinə əsəbiləşsən də, kaş gözlərimi çəkə bilsəydim desən də, sonunda sən də qəbul edərsən yaşadığının nə qədər gözəl olduğunu, saniyələr də olsa onun gözlərinin dərinliyinə varmanın, hislərin kulminasiya nöqtəsinə çatmasının əvəzolunmaz olduğunu. Saniyələr ərzində də olsa ona aid olduğunu hiss etməyin nə qədər möhtəşəm olduğunu... O qədər istəyərsən ki, o gözlər bütünlüklə sənə aid olsun, yalnızca sənin gözlərində birləşsin, tam qürürla o qəhvəyi gözlər mənimdir deyəsən. O gözlərin dərinliyində qeyb olasan, sənə bəxş etdiyi hüzurun kölgəsində dincələsən. Daldıqca dalmaq, izlədikcə izləmək istədiyin, amma yenə də doymadığın bir dəniz biləsən o gözləri. Amma səbr etməkdən başqa çarə qalmaz, gözləməkdən başqa çarə qalmaz, əslində vardır bir çarə, amma qürur daha önəmlidir prinsipi ilə addımlayan biri olaraq səbr ən gözəlidir.
 Müəllif---- Angela7



Şərhlər: 11
Baxılıb: 512
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
qaranliq1
Gözlər ən pis sirdaşdır, onlar ürəyin bütün sirlərin açıq- aşkar üzə çıxarar, heç qorxmadan, çəkinmədən
29 may 2016 11:56
# 11
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
Barbaris
Gözlər ən pis sirdaşdır,
29 may 2016 11:45
# 10
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Angela7
Sitat: vipbetul
maraqli yazi deyyildi

Təşəkkürlər, nə də olsa belə bir söz var, kim olursan ol, qarşındakının anlayacağı qədərsən.
29 may 2016 00:22
# 9
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
vipbetul
maraqli yazi deyyildi
28 may 2016 22:54
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
28 may 2016 16:49
# 7
Narın Yağış
O açıq qəhvəyi gözlər mənim idi ))))

Bugün mənim dəliliyim tutub ciddi ola bilmirəm 23 Təşəkkür əllərinizə sağlıq.
28 may 2016 15:32
# 6
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Dj_Vampir
-Məndə ona qəvə gözlüm deyərdim..Yoxluğundaa,İndi yenə yoxdu
28 may 2016 14:41
# 5
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
heyatim_menim
Gözlər... Sadəcə baxmır, eyni zamanda danışır, ürəkdə olanları bir muncuqtək düzür öz gilələrinə
28 may 2016 14:04
# 4
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
qanadli melek
O qehveyi gozler menimdi,bawqasina baxarsa cixarib yerine duz basaram)
28 may 2016 11:28
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
___Jasmin___
Sitat: BARBI
O gozeler yalniz mene baxsin.. Yalniz meni sevsin... Yalniz menim olsun

28 may 2016 11:26
# 2
وكنت للتو في الحب
BARBI
O gozeler yalniz mene baxsin.. Yalniz meni sevsin... Yalniz menim olsun
28 may 2016 11:18
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz