Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgini ogurlatma
Sevgini ogurlatma
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 1018
Səs ver:

alt

 

Bir gün şəhərin küçələrində gedərkən sevgimi oğurladılar, qaçmadım arxasından, qovmadım, polisə də getmədim, qəzetə də elan vermədim; eləcə qaldım, dayandım, susdum. Sevgimi oğurlayan oğrunun arxasından qaçmaq istədim, amma ürəyim "xeyr"-dedi, "getmə , məni yenə üzmə, yaralama, hələ ağrılarım keçmədi"-dedi. Ağlayırdı. Gedə bilmədim, yenə üzə bilmədim və susdum, bir zamanlar çox danışırdım, belə susqun olduğuma baxma. Danışdım, amma heç bir faydasını görmədim, susdum. İndi gəzirəm sevgisiz, ümidsiz bir ürəyim var yaralı.
Sən çox təmiz olma, inan hər kəsdən daha çox çirklənərsən, baxma indi bu saatdan sonra çirkinliyi göstərmərəm sənə. Bir zamanlar mən də təmiz idim sənin kimi, sonra çirklətdilər. Həyata ümidlə baxırdım gözlərimi kor etdilər. Toxunacaqdım xoşbəxtliyə, əllərimi bağladılar. Təmiz oldum, nə oldu? Söylə.. İndi sənə təmiz olma deməyimin səbəbi budur. Üzərlər, ağladarlar, sevgini oğurlayarlar. Ürəyini yaralarlar qoyma, çirklətməsinlər, mənim kimi bir məhəllənin qarışıq küçəsinin birində oğurlayarlar sevgilərini, yıxılarsan.
Mənim evimdəki şüşələrin buxarı heç keçməz bilirsənmi, sanma yağış yağar həmişə, gözyyaşlarım evimin şüşələrinin yaşlığını qurutmur. Ona görə kimsə gəlmir ürəyimin məhəllinə, islanmaqdan qorxurlar. Həmişə palçıqlı su atdılar üstümə, bayramlarım palçıqla keçdi. Bayramlarımda həmişə bir ölü hüznü oldu. Baxma sevgini eşqi bilmirmiş kimi danışıram bəlkə də, sevgini o qədər dərin bilir, düşünürəm ki, ona görə boğuldum dərinliyində sevginin; heç bir təcili yardım görmədi məni sevginin dənizində; boğuldum,
öldüm..
Sevgimi itirdim, hökümsüz idi onsuz da.. Amma çox qiymətli idi bir zamanlar, həm də çox.. Baxma indi bir anda oğurlandığına, ağırlığını hər kəs daşıya bilməzdi sevgimin..Qoy getsin, başqa , başqa sevdalarda axtarsın..

Sevgini oğurlatma, nə olursa olsun sahib ol ona, onu heç kimin çirkləməsinə, palçıq atmasına icazə vermə. Və işığını kimsə söndürməsin, yağışları yağdırma heç üstünə...



Şərhlər:
Baxılıb: 1018
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz