Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgi üçün bir gün yoxsa hər gün?
Sevgi üçün bir gün yoxsa hər gün?
Göndərən: Tomris Müslümova
Şərhlər: 4
Baxılıb: 362
Səs ver:
"Məhəbbət nəşələndirici qəzadır: bilirsən ki, düz divarın üstünə gedirsən, yenə də qaza basırsan. Öz ölümünün üstünə dodağında gülüşlə uçursan; maraqla məhv olacağın anı gözləyirsən”. Bu bədbin sözləri qarşılıqsız sevgidən əziyyət çəkən tanınmış bir yazıçı öz romanında yazmışdı. Sevgi, doğrudan da, insanları bəzən xoşbəxt gələcəyə, bəzən isə məşəqqətli günlərə aparır. Məhəbbətin iztirablarından qorxaraq kənara çəkilənlər isə əsl sevginin olmadığını deyirlər. Bəlkə də, sevgini elə ən çox ona ehtiyac duyanlar inkar edirlər.
Cəfalarına və səfalarına baxmayaraq, insanı dünyada xoşbəxt edə bilən hiss, doğrudan da, sevgidir. O, insanların həyatının hər sahəsinə sirayət edir. Hətta insanlar bunun üçün xüsusi gün də düşünüblər -14 fevral Sevgililər Günü.
Məlum olduğu kimi, Sevgililər Gününün tarixi Qədim Roma İmperiyasına gedib çıxır. İmperator 2-ci Klaudius ordusunda döyüşəcək əsgər tapa bilməməsinin səbəbini romalı kişilərin ailələrinə çox bağlı olmasında görürdü. Buna görə də hakimi olduğu imperiyada evliliyi qadağan etmişdi. Valentin adlı bir keşiş isə qadağalara baxmaraq, gəncləri gizlin şəkildə evləndirirdi. Müqəddəs Valentin insanları evləndirməyə davam etdiyi üçün həbs olundu və etdiklərinin cəzası olaraq çubuq ilə döyülərək öldürüldü. 270-ci ilin 14 fevralında dəfn edildi. Bundan sonra 14 fevral Sevgililər Günü kimi qeyd edilməyə başladı və zamanla bütün dünyaya yayıldı.
Sevgililər Günü qərb sivilizasiyasının məhsulu olduğundan, bəzi İslam və şərq ölkələrində bir qədər çətin qəbul edilir. Konservativ düşüncəli şəxslər xristian cəmiyyətində mövcud olan bayramların şərq ölkələrinə ixracının qəti əleyhinədirlər. İnsanlar qəlblərinin dərinliyində sevgilərinə həsr edilmiş bir günün olmasını istəsələr də, aşkarda bunu büruzə etməkdən qaçırlar
Mental və dini dəyərlər həmin duyğuları bəyan etməyə imkan vermir.
Azərbaycanda da Sevgililər Gününün tərəfdarları və əleyhdarları az deyil. Bu günün əleyhdarları da ənənəvi olaraq xristian bayramının müsəlman ölkəsində qeyd edilməsinə qarşıdırlar. Bu günün tərəfdarı olanlar isə ümumbəşəri dəyərlər prizmasından çıxış edərək "Sevgililər Gününün” tək xristianların deyil, ümumilikdə insanlığın bayramı olduğunu deyirlər. Çünki Müqəddəs Valentin insanların ailə qurmasına qarşı çıxan zalım padşaha qarşı üsyana çıxmışdı. O padşah ki, bütün dinlərin insanlar qarşısında şərt kimi qoyduğu evlənmək öhdəliyini qadağan edirdi.

Bəzi cavanlara isə, sadəcə romantik gün keçirmək üçün bəhanə lazımdır deyə Sevgililər Gününün gəlişinə sevinirlər."Sevgililər Gününün” dini və ideoloji tərəfi ilə yanaşı, psixoloji problemləri də mövcuddur. Həmin gündə müxtəlif səbəblər üzündən sevgilisinə, nişanlısına, həyat yoldaşına hədiyyə ala bilməyən və yaxud bayramın mahiyyətini qəbul etməyən insanlar həm fərdi, həm ictimai qınaqla qarşılaşırlar. Bu da onların əlavə stres və depressiya yaşamalarına səbəb olur. Qlobal medianın kütləvi təbliğatının təsiri altında düşənlər belə insanları xəsis və sevgisiz insan kimi qiymətləndirirlər. Digər tərəfdən, sevgilisi və yaxud həyat yoldaşı olmayan insanlar da bu günün başqaları tərəfindən təmtəraqla qeyd olunduğunu gördükdə nisgilli bir gün yaşayırlar. Bu da onların psixologiyalarında əlavə problemlərin və komplekslərin yaranmasına səbəb olur


Şərhlər: 4
Baxılıb: 362
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Seven insan.bir-ömür sever.SevGi buduR.Sevgi mufeqqeti dayanacaq deyil ebedi siginacaqdir.
4 iyun 2016 13:59
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
cox maraqsiz yazidir
4 iyun 2016 10:31
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Bəzi cavanlara isə, sadəcə romantik gün keçirmək üçün bəhanə lazımdır deyə Sevgililər Gününün gəlişinə sevinirlə
4 iyun 2016 10:09
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Seven insan ucun bir gun yox her gun var. sevgi budur.
4 iyun 2016 08:53
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz