Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevənlərin davranış mədəniyyəti
Sevənlərin davranış mədəniyyəti
Göndərən: Fialka
Şərhlər: 8
Baxılıb: 838
Səs ver:
Məhəbbət  elə  bir hissdir  ki,  o,  yaşından,  cinsindən  asılı  olmayaraq  hər  kəsin  könül  qapısını  açır. Sizin  aranızda  da  elələri  var  ki,  bu  hiss  artıq  onun  varlığına  kövrəkcəsinə  qədəm  basmışdır. Sən  də  gec-tez  məhəbbəti  xoş  bir  duyğu  kimi  salamlayacaqsan. Budur,  artıq  nəsə  səni  narahat  edir,  gecələr  yuxun  qaçır,  baxışlarını  tavana  zilləyib  fikrə  gedirsən. Yadına  həmin  qız  (oğlan)  düşür. Axı  niyə  onunla  danışanda  səsin  titrəyir,  üzbəüz  gələndə  özünü  itirir,  görməyəndə  darıxırsan?Hərdən  oğrun-oğrun  baxışırsınız,  qəflətən  nəzərləriniz  toqquşur,  yanaqlarınız  xəfifcə  allanır..... Bəlkə  bu  məhəbbətdir?
Əlbəttə,  sevirsən.  Amma  yadında  saxla  ki,  məhəbbətinizin  uğurlu  olması  əsasən  özünüzdən  asılıdır.  Hisslərinizin  möhkəmliyindən,  qarşılıqlı  münasibətlərinizin  xarakterindən  asılıdır.
Yüksək  davranış  mədəniyyətinə  yiyələnmək,  ünsiyyət  prosesində  müəyyən  əxlaq  qaydalarına  əməl  etmək  sevgililərin  bir-birinə  münasibətini  daha  da  yaxşılaşdırır.  Qıza  qarşı  kobudluq  oğlan  üçün  bağışlanılmaz  səhvdir.  Oğlan  başa  düşməlidir  ki,  bu  gün  onunla  eyni  parta  arxasında  oturan  qız  sabah  ər  evində  bir  anadır!
İlk  gənclik  məhəbbətində  hiss  əsas  rol  oynayır,  gənclər  sevgilini  çox  vaxt  gözəl  olduğu  üçün  seçib  bəyənir.  Yetkin  məhəbbətdə  tərəflər  çox  vaxt  ölçüb-biçir,  götür-qoy  edir.Bu  dövrdə  onların  seçicilik  duyumu  və  tənqidi  yanaşma  qabiliyyəti,  məntiqi  təfəkkürü  formalaşır.
Sevənlər  bir-birinə  qarşılıqlı  tərbiyəvi  təsir  göstərirlər. Biri  digərinə  öz  nöqsanını  düzəltməkdə,  çətinlikləri  aradan  qaldırmaqda  lazımi  məsləhət  verir. Bir  sözlə,  oğlan  və  qız  seçdiyi  şəxsin  xatirinə  özünü  təkmilləşdirir.  Buna  görə  də  deyirlər  ki,  məhəbbət  insanı  nəcibləşdirir,  xeyirxah  və  səmimi  edir.Lakin  bəzən  oğlan  və  qız  sevgilisinin  haqlı  iradlarından  nəticə  çıxartmır,  öz  qüsurlarını  aradan  qaldırmaq  istəmir.
Məhəbbətdə  mühüm  cəhətlərdən  biri  öz  hissini qorumağı  bacarmaqdır.  Oğlan  sevgilisi  ilə  küçədə,  kinoteatrda,  nəqliyyatda  və  digər  yerlərdə  müəyyən  həddi,  normanı  gözləməklə  rəftar  etməlidir.  Yersiz hərəkətlərə  yol  verilməməlidir.  Bəzən  parklarda,  dənizkənarı  bulvarda  hamının  gözü  qarşısında  qızla  oğlanın  bir-biri  ilə  qol-boyun  olduğunun  şahidi  olursan.
Əlbəttə,  bir-birinə  həqiqətən  könül  vermiş  gənclər  belə  iş  tutmaz,  pak  və  ülvi  bir  hissi  təhqir  etməzlər.  Lazım  gələn  təqdirdə  oğlan  qızın,  qız  oğlanın  şərəf  və  ləyaqətini  qorumalıdır.  Həqiqi  məhəbbət  əxlaqsızlıqla,  əks  cinsə  hörmətsiz  münasibətlə  bir  araya  sığmır.  O,  « gün  keçrmək »  zövqünə  sığınan  yalançı  məhəbbətdən  əsaslı  fərqlənir.  Həqiqi  məhəbbət  əbədi,  sönməz,  yalançı  məhəbbət  ötəri,  aldadıcı  və  mənafegüdəndir.  Belə  məhəbbətdə  tərəflərdən  biri  digərini  şüurlu  aldadır,  vədlər  verir,  şirin  sözlər  söyləyir.  Qız  yalan  vədlərə  inanır, şirin  sözlərdən  xoşlanır  və  səhv  edir.
Gənclər  münasibətin  mahiyyət  etibarilə  nə  ilə  nəticələnəcəyini  qabaqcadan  təsəvvür  etməyi  bacarmalıdır. Fiziki  yaxınlıq,  xüsusilə  qızlar  üçün  ağır  nəticələr  törədə  bilər. Qızlar  nikah  bağlanana  və  gərdək  qurulanadək  öz  ismətlərini  qorumalıdır.Ər  evinə  qızların  pak  və  alnıaçıq  getməsi,  ailə  həyatının  pozulmaz  qanunu,  gələcək  ailə  təməlinin  mohkəmliyinin  rəmzidir. 


Şərhlər: 8
Baxılıb: 838
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqsiz xeberdir

maraqsiz xeberdir
19 aprel 2016 02:24
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Melek5
Sitat: es_ka
teesufki sevende kor olmaq meselesi heqiqetende duzdu. sevgi insani kor kar axmaq edir. ama bu en cox qizlara aiddi oglanlarin bacardigi yalan vedler yalan sozlerdi

Raziyam
18 aprel 2016 20:07
# 7
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Jafarzadeh96
Maraqlı mövzu üçün təşəkkürlər sizə haqq verirəm ancaq hər yaxınlığı da səhv anlamaq düzgün deyil məncə hər şeydən əvvəl biz insanığ və insanın hisləri ilə bacarmadığı an ola bilər xüsusilə də əks cinsin. Qadın düzgün şəkildə qarşı tərəflə davranıb düzgün şəkildə hər şeyi izah edə bilsə belə problem də olmaz. Qarşı tərəfin niyyəti pisdirsə bunu artıq ağıllı olan hər kəs görməlidir eşqin gözü kordur deyib də hər səhvə göz yummaq da olmaz
17 aprel 2016 22:20
# 6
Fi-Ra
Hər iki tərəf bir-birinə dürüst olmalıdır məncə. Məhəbbətlə yalan bir yerdə olmur. Mövzünü bəyəndim təşəkkür
17 aprel 2016 22:14
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
es_ka
teesufki sevende kor olmaq meselesi heqiqetende duzdu. sevgi insani kor kar axmaq edir. ama bu en cox qizlara aiddi oglanlarin bacardigi yalan vedler yalan sozlerdi
17 aprel 2016 21:17
# 4
Antikvar
Dənizkənarı bulvarda subaylıqda skamekada oturub göz yaşı tökən onun göz yaşını silmək üçün oğlanın axmaq hərəkətlərinin ucabtından normal gəzintiyə çıxa bilməzdik,valdeynlərimiz elələrinin axmaq tərbiyəsizliklərinə görə bizi o tərəflərə qoymazdılar getsəydikdə mütləq ailəmizdən ya anamız ya xalamız yada qardaşımız bizimlə olmalıyıydı.Həqiqətən bir sözlə razılaşıram ki,bir parta arxasında oturduğu qız gələcəkdə evində ya xanımı yada övladlarının anası ola bilər,sizcə bu gələcəyi düşünən oğlan öz sevdiyi qadınına qarşı iyrənc hərəkətlər nümayiş edərmi?Onunla cəmiyyət içində qol qola gəzib bir birinə toxunmasını gözləyərmi?Əlbəttdə yox niyyəti saf təmiz olan oğlanın gələcək qadınına nəinki toxunmaq adına pis ləkə gəlməsin deyə çalışmalıdır.Allah hər bir insana cinsindən fərqi olmayaraq təmiz saf sevgi məhəbbət qismət eləsin və sonu xoşbəxtliklə davam etsin.təşəkkürlər maraqlı mövzu oldu.
17 aprel 2016 20:51
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
narmiwka_15
umumiyyetnen oglan qizla kobud daniwmamalidi..eger mennen kimse kobud daniwsa cok gozel cvbni verirem cunki o da admdi mende adamam
17 aprel 2016 20:45
# 2
Be Happy))
BARBI
Seven insanlar bir biriyle mehriban reftar etmekidir bir birinin qelbini qirmamalidir. Seven oglan sevdiyi qizin leyaqetini dusunmelidir. Onun namusunu qorumalidir
17 aprel 2016 20:42
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz