Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qorxdum
Qorxdum
Göndərən: Tomris Müslümova
Şərhlər: 7
Baxılıb: 323
Səs ver:
Qorxurdum... Zəifliyimdən çox qorxurdum. Birinin məni yıxmasından, qalxmağa çalışdığım zirvədən düşəcəyimdən qorxurdum. Dost satqınından, sevdiyim şəxslərin məni itələyib darda qoyacaqlarından qorxurdum. Həyatımın böyük yalan olmasından qorxurdum. Daha qalxmayacağımdan çox qorxurdum.
Qorxum arxamda dayanmışdı. Hər addımımda izləyirdi məni. Mən bir az zəifləyən kimi canıma hopmağa çalışırdı. Budur, taqətdən düşürəm, dostlarım gülərək mənə baxır, tarazlığımı itirərək yıxılıram, sevdiyim şəxslər qəhqəhə çəkərək məndən uzaqlaşır. Qorxu isə sanki hər şeyin belə olacağını əvvəlcədən bilirmiş kimi mənə yaxınlaşırdı. Yox, mən buna imkan verə bilməzdim. O mənə qalib gələ bilməzdi, cəhd etməliydim, onunla mübarizə aparmalı idim. Gözlərimdən yaş axsa da, gülümsədim. Mənim paxıllğımı çəkənlərin, məni yıxanların acığına güclü olmalı idim Qollarıma qüvvət gələrək bədənimi qaldırmağa çalışdım. Yenə və yenə.. Aha alınır, deyəsən. Yox, yox, yenə yıxıldım, qorxum məni itələmişdi. Durmalıydım. Məğlub olmayacaqdım mən! Cəhd, yenə cəhd. Alınır, aman Tanrım, alınır. Yarı oturaq vəziyyətdə durdum. İndi ayağımla durmağa çalışmalıydım. Qorxuya baxdım. Təəccüblənmişdi, gözləmirdi bunu, amma yenə iyrənc dişlərini göstərərək məni itələməyə çalışdı. Bu dəfə bu üsul işə yaramayacaqdı. Artıq öz ayaqlarım üstdə idim və güvənim özümdən başqa heç kimə idi. Geniş təbəssümlə ona yaxınlaşıb divara sıxdım. Nəhayət, qalib gəlmişdim qorxuma. O bunu gözləmədiyi halda uduzmuşdu. Barmağımla bədəninə toxunduqda gözlərim önündə yanıb közərməyə başladı. Qışqırıb ah - nalə edirdi. Mən isə zəfərimlə şadlıq edirdim. Yanan qorxudan qığılcımlar yaranmışdı, rəqs edə - edə uçuşurdular. Onlar mənim yeni uğurlarım, qələbələrim, sevinclərim, xoşbəxtliklərim idi. . .
" Uğura çatmaq istəyirsən? Bu o qədər də asan deyil, dost. Uğura gedən yolda çoxlu səhvlərin olacaq, lakin qətiyyən yoldan dönmə. Doğruların da olacaq və yenə yanlışlar edəcəksən, hansı ki doğrularının üstündən xətt çəkəcək. Səni yıxıb darda qoyan, zərbə endirən dost, yaxınların olacaq. Amma sən təslim olma, dur! Yol hələ qabaqdadır... Gözlərini qapa və aç.. Budur, uğur sənindir!"


Şərhlər: 7
Baxılıb: 323
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
qaranliq1
ugur elde etmek ucun ozunden basqa hec kime inanmamali ve cox calismalisan
29 may 2016 12:03
# 7
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
vipbetul
cox gozel insani ruhlandiran yazidir ne olursa olsun gerek hec vaxt doqru bildiyin mubarizeden geri donmeyesen
28 may 2016 22:41
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dj_Vampir
Amma sən təslim olma, dur! Yol hələ qabaqdadır... Gözlərini qapa və aç.. Budur, uğur sənindir!"

-Məndə uğura doğru gedirəm.Vəə əsla vazkecmiyəcəm
28 may 2016 14:43
# 5
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
heyatim_menim
Amma sən təslim olma, dur! Yol hələ qabaqdadır... Gözlərini qapa və aç.. Budur, uğur sənindir!"
28 may 2016 14:07
# 4
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
___Jasmin___
Gözlərini qapa və aç.. Budur, uğur sənindir!"
28 may 2016 11:41
# 3
I remained behind now the mother of 14 spring -Big

qanadli melek
Her kes qorxusunun ohtesinen gelmeyi bacarmalidi.qorxu insani ireliye getmeye qoymur
28 may 2016 11:09
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Heyatda hec neden qorxmuram. Cunki bilirem qorxsam meglub olacam
28 may 2016 08:55
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz