Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsan sevmək fəlakətinə düşdüsə, əsir kimi bir şey olur
İnsan sevmək fəlakətinə düşdüsə, əsir kimi bir şey olur
Göndərən: Tomris Müslümova
Şərhlər: 8
Baxılıb: 440
Səs ver:
Dibi görünməyən quyulara atılan daş çıxardığı səslə dərinliyi göstərdiyi kimi başqalarının kədəri də bizim ürəklərimizə düşəndə çıxardığı səslə bizə insanlığımızın dərəcəsini öyrədir.

Nə istədiyini və nə edəcəyini bilən səkkiz-on işıqlı insan qaranlıq fikirli, qaranlıq məqsədli cahil sürülərini istədiyi kimi idarə edə bilər.

Məncə, ömrümüzün gəmisini istədiyimiz sahilə aparmaq üçün onun sükanını ələ almaq kifayətdir.

Yollar görünməz qayalarla doluymuş. Onlara dəyməmək lazım imiş...

Gizli rüzgarlar var ki, insan onlara qapılanda yolunun necə dəyişdiyini, getdikcə yolundan uzaqlaşdığının fərqinə varmır. Ta ki başqa sahillərdə özünü görməyənə qədər.

Ən qədim zamanlardan bəri din həmişə zülm və ziyana vasitə olub.

Nə qədər acı olur-olsun, insan bir məcburiyyəti qəbul edəndən sonra içinə sükut və təvəkkül gəlir.

Haqsızlığa, təhqirə qoyun kimi dözməmək insanlığın başlanğıcıdır.

İnsan sevmək fəlakətinə düşdüsə, əsir kimi bir şey olur.

Quşlar nə istədiklərini bilməyən, yazıq, ağılsız məxluqlardır. Qəfəsdən qaçana qədər kədər içində qıvrılırlar. Ancaq, elə bilirsiniz, azadlıqda xoşbəxt olurlar?

Çirkinin ağzındakı gözəl söz acizin ağzındakı haqlı söz qədər boş və lazımsızdır.

Mənzərələr, xatirələr, çöhrələr insandan uzaqlaşanda gözəlləşir, şairanələşir, fərqli buludlara, rənglərə bürünür.

"İnsan yeddi yaşında necədirsə, yetmişində də odur!” deyirlər. Ancaq yeddisində nədirsə, on yeddisində, iyirmi yeddisində o deyil. Məsələn, yeddisində qorxaq olana, on yeddisində bir cəsarət gəlir, qanı qaynayır. Amma qırxdan sonra damarlar qalınlaşdıqca əvvəlki qorxaqlıq yenə deşiyindən burnunu göstərir.

Yeriməyə başlayan fikirləri yollarından döndərmək mümkün deyil.

Deyirlər ki, eşq birinə səni yox etmə qüdrəti verib, bunu istifadə etməyəcəyinə etimaddır.

Kədərdə gizli bir şəfqət var. Şikayət etməyənlərə, onu gülər üzlə qarşılayanlara qarşı daha az zalım olur.

İnsan yaşadığı insanlara görünməz incə tellərlə bağlanırmış. Ayrılıq vaxtı bu bağlar gərilməyə, qopan kaman telləri kimi ağrılı səslər çıxarmağa başlayır. Hər insan çıxdığı qəlbə ayrı bir ağrı qoyub gedirmiş. Bunu yazan şair nə qədər haqlıymış!


Şərhlər: 8
Baxılıb: 440
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gulay..
Gizli rüzgarlar var ki, insan onlara qapılanda yolunun necə dəyişdiyini, getdikcə yolundan uzaqlaşdığının fərqinə varmır. Ta ki başqa sahillərdə özünü görməyənə qədər.
Teşekkurler...
24 may 2016 23:21
# 8
Sən xiristianlar ölkəsində tək müsalaman, Mənsə sənə həsrət qalmış `azan...
___Jasmin___
Yeriməyə başlayan fikirləri yollarından döndərmək mümkün deyil.
18 may 2016 18:39
# 7
وكنت للتو في الحب
vipbetul
qeseng cumlelerdir
18 may 2016 13:49
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Məncə, ömrümüzün gəmisini
istədiyimiz sahilə aparmaq
üçün onun sükanını ələ
almaq kifayətdir.
18 may 2016 11:42
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Sevmek fealketine dusdum. Hisslerimin esiri oldum. Sevmek insani esir edir
18 may 2016 09:17
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Narın Yağış
Nə qədər acı olur-olsun, insan bir məcburiyyəti qəbul edəndən sonra içinə sükut və təvəkkül gəlir. - Şirin (kimi görünən) yalanı qəbul etməkdənsə,acı həqiqəti qəbul etmək daha məntiqlidir məncə.Amma həmişə o məntiqə riayyət etməkdə olmur pff

İnsan sevmək fəlakətinə düşdüsə, əsir kimi bir şey olur. - Elədir heçnəyi özünü,həyatını,hisslərini,düşüncələrini və s. İdarə edə bilmirsən.Nəticədə hərgün daha çox ölürsən ama bəlkədə fərqində olmur ətrafındakılar.Odurki kef eliyin sevgiyə baş qoşmuyun adamın canı çooo....x yanır(
18 may 2016 02:35
# 3
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Barbaris
Çirkinin ağzındakı gözəl söz acizin ağzındakı haqlı söz qədər boş və lazımsızdır.
18 may 2016 02:14
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Nemka Matata
aynen sevgi ishte boyle bishey hem insani hayata tutar yada hayatdan soyudar 128
18 may 2016 02:13
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz