Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgi
Sevgi
Göndərən: Denizimm
Şərhlər:
Baxılıb: 760
Səs ver:
Sevgi …Sevgililər .Necə gözəl , necə məlahətli səslənir elə deyilmi? Axı bizim uzaqdan baxdığımız çox şeylər bizə gözəl və asan görünür. Bəli, sevgi unudulmaz, ülvi, pak bir hissdir. Fəqət yaşamağı , sevməyi bilənə...Amma iki ayrı insanın əl-ələ verib eyni yolda, cığırda irəliləməsi və həyatın saysız-hesabsız oyunlarına tap gətirə bilməsi heç də asan iş deyil , ümumiyyətlə sevgi , sevmək asan iş deyil .Axı hər gözəllik, hər qələbə qurbanlar tələb edir. Sevgi –Məhəbbət həyatın ən böyük qələbəsidir .

Dünyanın qitələr qədər, ucsuz-bucaqsız torpaqlarını fəth edən sərkərdələr , hökmdarlar olub. Amma bir qəlbi fəth etmək bütünlüyü ilə fəth etmək o ruha , qəlbə sahib olmaq bax bunlardan belə daha böyük bir qəhramanlıq , qorxmazlıq tələb edir...Torpaq , Vətən sədaqət, sevgi ,fədakarlıq tələb edir. Fəth etdiyin qəlb də sənin şəxsi Vətənindir. Ona sədaqət verməsən , əsil saf sevgi, cana bərabər fədakarlıqlar etməsən itirərsən onu ...həyatda sənə verilən ən dəyərli hədiyyəni...Əgər bir şeyi əldə ediriksə, bu bizə verilirsə, itirmək nəyə lazım axı. Uduzmaq , onu itirmək-bu gücsüzlükdür.... Sevdinsə daim mübarizə aparmalısan onun uğrunda, onu qorumalısan bütün bəd əməllərdən, qırıcı sözlərdən yad əllərdən , pis gözlərdən ... Mübarizə aparmalısan bütün əleyhdarlarla sizə sevginizə qarşı çıxan hər kəslə həyatla, taleylə onu səndən ala biləcək hər şeylə bəlkə də bu ən böyük imtahanlardan biridir.

Çox adam bağçasında güllər əkir, amma hər kəs o güllərə eyni qayğı ilə mi qulluq edir. Onu ayazlardan, qardan, soyuqdan hər şeydən qoruya bilirmi , onu eyni təravətdə gözəllikdə saxlaya bilirmi...Kiminsə gülləri baxımsızlıqdan yanıb məhv olur , kimin gülləri isə vaxtından tez solur... Çalışın sevgini qoruya bilin bir Vətən kimi, bir ana həsaslığı ilə, bir sevgili gözü ilə , bir həyat sevgisi ilə, bir cənnət arzusu , bir nəfəs zərurəti ilə....Ona həyat bağçanızın ən zərif , ən nadır qönçəsi kimi baxın. Daim ona qayğı göstərin , qoruyun ...Əgər gül soldusa , ləçəkləri quruyacaq töküləcək həyatınıza əbədi payız gələcək ....Sevgisiz bir həyat çılpaq quru ağaca ləçəkləri tökülmüş bir gülə bənzər .Həyat bağçanızda daim bahar nəsimi əssin , çiçəkləriniz hər gün yeni doğulmiş kimi başlasın həyata

Sevgini bir çox şeylərə bənzətmək olar, axı həyatın hər parçasında sevgi var ,ama heç biri ilə müqayisə edilməz. Sevgini qeyd etmək üçün hər gün yeni bir şansdır , hər bayram bir bəhanə... Fərqi yoxdur nə vaxt hər zaman bu fürsətləri qiymətləndirin, qeyd edin , bir- birinizə sevginizi ifadə edən gözəl sözlər deyin, amma unutmayın bu o qədər də vacib deyil sevgi dolu unudulmaz bir baxışda yetər. Bütün sevənlər Sevgililər hər birinizi təbrik edirəm , sevginizi qoruyun , onu doya-doya yaşayın , heç nəyə macal vermədən heç həyatın özünə belə...

Ay Dünyanın sevgisindən pərvanətək onun başına dolanır. Günəş də bu sevgini alqışlayıb onlara əbədi işıq saçır. Siz də sevginlinizin eşqindən onun yanında pərvanə olun pərvanə tək vəfalı olun , taleyiniz isə bu sevgiyə günəştək işıq saçsın....!


Şərhlər:
Baxılıb: 760
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz