Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Burax hər kəs sussun sən susma
Burax hər kəs sussun sən susma
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 472
Səs ver:
Bax yenə sənsizliyə gəldi cümləm. Bu günlərdə həmişə belədi, nə varsa hamısı sən. Ehtiyac olur yanımda olmağına, buramda solumda. Harda əl üstündə əl görsəm, ağlıma sənin əllərin gəlir həmişə. İçimdə də ovuc içlərindən öpmək arzusu. Belə. Darıxdım əllərinə.. 

Əda ilə, naz ilə qəlbimə elə bir gəlişin var ki, 'sən soluma, mən sonuma' deyirəm. Yadından çıxıb 'gül ətirlim', bir də ağlıma gəldikdə əliboş gəlmə. İki çay süz, qəmzəsi səndən şeiriyyatı məndən olsun..

Və sevməkdəndir biləsən. Hər yağış damlasında, hər əzan sonrasında, hər namaz arasında yerləşdirilən dua'ların 'ona heçnə olmasın'la qurtarması. 

Lakin hər qədəhdə səni içdim. Adın nə vaxt keçsə 'ehh, o içimdə' dedim. Mən bir tək sənə sevdiyimi söyləyərkən, sən mənə kimləri sevdiyini söylədin. Mən bunu bişərəfinə içdim. Sən həmişə məşuq oldun mən isə aşiq. Bunun bişərəfinə içdim. Məni yoxsul, məni yurdsuz, məni ruhsuz buraxdın. Bunun da bişərəfinə içdim. Sonra başa düşdüm ki, içdikdə başın dönər 'gedənlər deyil'..

Hə əzizim bilirəm. O getdikdə, artıq başqa sevgilərə dua etməyə üzün olmaz..

Susma, burax hər kəs sussun sən susma. Onsuz da iki cümləyə sığıb eşqimiz. Bir də sən hecamdan vurma məni. Sən, hə sən sevgili hərhansı biri deyilsən ki. Necə unudaram səni..

Olmadı bu. Bir 'şənbəni' yalnızlıq etdim özümə. Çayım və kitabım, onlar da yalnız. Əllərim ayaqlarım üşüyür, onlar da yalnız. Qış biraz da bunun üçün var deyəsən. Yalnız yerlərimizi sızıldatmaq üçün..

İndi bir qəribəm bu Gecələrdə. İnsanların iki üzlülüyündən, yalanı doğru sayan fanilərdən, nəfsinə hakim olmayan bəndələrdən təngə gəlmiş bir qərib. Cahi cəlalla sevmək varkən, sözlərlə aldadılan yerin tən ortasından gedirəm. Səhradır buralar sevgili səhra. Nə bir göz bulaq, nə də bir söz ağac var burda..

Nə etsən içindəki boşluğu doldura bilmərsən. Hansı yolu seçirsən seç, yenə özünü o boşluqda taparsan. Bir 'bəlkə' də ilişib qalarsan. Halbuki bir yol deyə 'sevmək' var, yox sənə tərs. Sən niyələrdə boğulub gedərsən. Eyni ilə dənizdə boğulanlar kimisən, 'xilas edənidə ən dibə çəkirsən'.. 


Şərhlər:
Baxılıb: 472
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz