Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu mənəm...
Bu mənəm...
Göndərən: Tomris Müslümova
Şərhlər: 4
Baxılıb: 360
Səs ver:
Bir öpüş..
Onu bir parkda yelləncək sırası gözləyən bir qız uşağı olaraq tanıdım.
Cibində bir ümid xəyallarının küləklə rəqs etməsini gözləyər bir halda idi.
Düşüncələri gözlərindən buludları oğurlamış, üzünü örtən saçları qara ağ bir film kadrında bir öpüş olaraq qalmışdı. 
Həyatın mənasız tavıralarına qarşı güclü olduğunu göstərən baxışları və yaşadıqlarını ürəyinə yavaşca basdıran bir çarəsiz kimi idi.
Ağlamaq iki cür deyirdi həyat; ya ölənin ardından ya da çarəsizliyindən.

O içində öldürdüklərini çarəsizliyin kəfəninə sarmalamış ağlamaları yağışlara duaların bəxş etmiş biriydi. O gəlib keçən illərin arasında bir uşaq olaraq qalmış və böyüməyi qəbul edə bilməmiş bir böyük idi.
Güclü, əzmli, qərarlı, romantik, kövrək… 
kim bilər hansı yollarda çıxmaz xəyallar saxladı da qaranlıq dünya bu dənlə təbəssümlərinə məsafə qoymuşdu.
Susdu bir an, səmaya baxdı; Yağış yağır dedi səssizcə, yağan torpağın qoxusu idi, gözlərini bağlayıb eləcə düşünməyə başladı.
Kimsə məni mən qədər anlamayacaq bəlkə amma Tanrım bir az daha səbir diləyirəm səndən dedi və dizləri üstünə çömüb itirdikləri adına verdiyi itkin elanları bir-bir yandırdı səssizcə.
Bir rəssamın fırçasından tökülən həyatın rəngsiz yanı kimi idi bütün rənglərin birləşib rəngsizliyi qurduğu bir dünya.

Şeirlərin adına yazılmasında gecikilmişlik və ilhamın adı ilə qaynaşdığı ürəkləri öpən bir öpüş idi.
Bəlkə də mənə bu dinclik verən tək gerçək idi ki həyata baxan gözlərim bir pərdə ilə aralanmış və çarəsizliyin içində çarə olaraq parlayan gözlərdə yazan böyük bir məna vardı.
İtib gedənlər, gələnlərdən üstün deyildirlər… 
Əslində gözləri uşaqkən itirdiyim palıdlarımı xatırladardı mənə, ona baxdıqca heç bir şey hiss etməyən duyğularım uşaqlığıma aparardı məni, əllərim cibimdə uçurumun sahilində izlədiyim həyat idi onun adı. 
O bir parkda düşüncələrini yelləndirmək üçün sıra gözləyən kiçik bir qız uşağı idi.

Tanrının yaratdığı bir əsər idi.
Və bu əsər həyat səhnəmdə ən üst yerdə bıçaqlı qalmışdı.
Bir yer var deyirdi oraya gedəcəyəm bir gün, özümdən kənara, içimdə bir yerlər var.
Susurdu.
Gözlərində saxladığı zamanın mərhəmətsiz yanını və bir tərəfindən axıb gedən an gəlib dəli olmasına səbəb olurdu. Qurbağanı bir öpüş ilə şahzadəyə çevirən nağıl qəhrəmanı kimi idi.
Kəslərin oxumadığı, oxuduğu anlarda belə qorxub yarıda buraxdıqları.
O tanrının yaratdığı bir öpüş idi.
Ürəklərdən öpənlərin nəsili tükəndiyi həyat parkında xülyalarını yelləndirmək üçün sıra gözləyən kiçik bir qız uşağı o.
Haradasan deyə zamanı sorğuladığım kiçik uşaq. Səssiz, narın, güclü, özündən böyük…
Bu mənəm...


Şərhlər: 4
Baxılıb: 360
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
11 mart 2016 23:03
# 4
_TəHLuKə_
Tanrının yaratdığı bir əsər idi..
Bu mənəm...(^_-)
11 mart 2016 19:54
# 3
Özün ol!Qəti özənmə özgələrinə!
Dj_Vampir
Səssiz, narın, güclü, özündən böyük…
Bu mənəm...
11 mart 2016 19:12
# 2
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
vipbetul
maraqli hekayedi
11 mart 2016 16:03
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz