Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bəlkə də əbədiyyətə kimi susacaqdım
Bəlkə də əbədiyyətə kimi susacaqdım
Göndərən: Tomris Müslümova
Şərhlər: 5
Baxılıb: 407
Səs ver:
Elə susdum ki, bəlkə də əbədiyyətə kimi susacaqdım. Çünki susmaq mənim kiçik dünyamda atamla qurduğum ünsiyyət tərzi idi. Atam axşamlar evə yorğun gəlirdi. Mən bütün gün darıxar, evdə sıxılardım. Səbirsizliklə atamı gözləyirdim ki, o gələr oynayarıq. Atam qapıdan içəri girən kimi boynuna sarılır, onu öpürdüm. Atam da məni qucaqlayıb öpər, sonra buraxıb deyərdi ki, "hə, get oyna”. Yemək hazır olanda masaya çağırılar, oturardım. Atam anamla söhbət edirdi, mən də səsimi eşitdirmək üçün qışqırar, müxtəlif səslər çıxarardım. Atam, "bütün gün insanlarla beynim xarab olub, indi də sən başlamısan! Sus, səsin başıma düşür!”, - deyirdi. Anam da, "atan yorğundur, get burdan”, - deyib atamın tərəfində durardı.

Bir gün anladım ki, susanda atam məni daha yaxşı başa düşür. Bu dəfə səssiz oyunlar oynamağa, səssiz məşğuliyyətlər tapmağa başladım. Bilirsiz nə etdim? Rəsm, rəsm çəkməyə başladım. Atam da baxıb, "ay sağ ol, sakit-sakit oyna balam”, - deyirdi. Çox rəsm çəkirdim, bir vaxt başımı qaldırıb hər tərəfi vərəqlər, rəsmlər, rənglər karandaşlar görürdüm, dağınıq şəkildə. Anam acıqlanırdı. Düzü başım rəsmə o qədər qarışırdı ki, otağın dağınıqlığının fərqinə varmırdım. Anam bir gün qəzəblənib, "bu otağın halına bax, bu gündən sənə rəsm çəkməyi qadağan edirəm”, - dedi. Aman Allah, susqunluğumu, danışmamağımı dinclik kimi qiymətləndirən ailəm, indi də rəsm çəkməyi əlimdən alsaydı nə edərdim?! Elə bu fikirlə bir ailə tablosu işlədim. Atam evə gələndə münasib vaxtı gözlədim. Atam oturan kimi çəkdiyim rəsmi ona göstərdim. Atam baxıb, "hmm, qəşəngdir”, - dedi. Əli ilə işarə edib, "bu böyük adam anandır yəqin”, - deyə sual etdi. Mən, "yoo, o böyük adam mənəm, bu uşaq sənsən”, - söylədim. Atam, "a, yoox, bu adam anan, bu qız sən, bu kiçik oğlan da dostundur”, - dedi. Mən yenə, "xeyr ay ata, bu adam mən, balaca qızla oğlan da səninlə anamdır”, - deyə təkrar etdim. Atam dedi ki, "yaxşı, bəs özünü böyük, bizi niyə kiçik çəkmisən?” Mən həyəcanla izah etməyə başladım: mən böyüyüb, böyük adam olacağam. Siz yaşlanıb kiçiləcəksiniz, beliniz büküləcək. Əsgər baba ilə Nargilə nənə kimi balaca olacaqsız. Mən də işdən gələndə yorğun olacam, siz mənimlə danışmaq istəyəndə, iş məni yorduğuna görə sizinlə danışmaq istəməyəcəm. Siz mənə nə isə göstərmək istəyəndə, mən deyəcəm ki, "get otağına, başım şişib”.
Anamla atam məni diqqətlə dinləyirdilər indi, gözləri dikilmişdi mənə. Birdən ikisi də məni elə qucaqladılar ki, elə bil heç buraxmayacaqdılar, həm də sanki indi bu an nə qədər danışsam, məni dinləməyə hazır idilər.

İnsan bəzən bəzi şeylərin fərqində olmalıdır...
Özünün, həyatın, hadisələrin...
Gedişatın fərqində olmalıdır...
Üç günlük dünyadır...
Dünən oldu keçdi, sabah məchuldur...
Elə isə ömür dediyin bir gündür...
O da, bu gündür


Şərhlər: 5
Baxılıb: 407
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
2 mart 2016 20:27
# 5
_TəHLuKə_
Bu cür valideynlərində soruşandaki; nə üçün övladınıza vaxt ayırmırsız.?..
"Biz hər şeyi onların gələcəyi,yaxşılığı üçün edirik" deyirlər..Sözsüz bütün valideynlər övladlarının yaxşılığın istəyər..Ancaq övladada zaman ayırmaq lazımdır...Xəbəri çox bəyəndim
2 mart 2016 17:26
# 4
Özün ol!Qəti özənmə özgələrinə!
vipbetul
cox gozel meanli yazidir
2 mart 2016 12:03
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Tesirli yazidir. Bezen usaqlar valideynlerine duygularini ifade etmekde cetinlik cekirler.

Valideyn anlamalidirki qarisisndaki usaqdir. Onunda hisleri duygulari var
2 mart 2016 09:36
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
İnsan bəzən bəzi şeylərin fərqində olmalıdır...
Özünün, həyatın, hadisələrin...
Gedişatın fərqində olmalıdır...
Üç günlük dünyadır...
Dünən oldu keçdi, sabah məchuldur...
Elə isə ömür dediyin bir gündür...
O da, bu gündür

Elədir yaşadığımız həyat bu günümüzdür buna görə bəzi şeyləri ikinci plana atmaq yerinə biraz fərqinə varmalıyıq ki, olacaqmı yoxsa yox ...
2 mart 2016 09:28
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz