Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kimsəsiz Hisslər
Kimsəsiz Hisslər
Göndərən: Lola_Maya_
Şərhlər:
Baxılıb: 606
Səs ver:
Bəzən səbəbini bilmədən özünü çox yalnız hiss edərsən və ya tanımadığın bir kimsə üçün darıxarsan. Ya da heç bir anlam verə bilmədiyin hisslər yaşamağa başlayarsan. Kimsə ilə birlikdə olmadığın halda tərk edilmək duyğusu, məsələn. Yalnız bir nəfər yox, sanki, dünyadakı bütün insanlar tərəfindən. Və bəzən də, səni ən çox anlamasını istədiyin birinin səni anlamaması, səni anlaya biləcək qalan bütün insanlardan uzaqlaşdırmağa başlayar. Bu isə hərkəsdən uzaqda qorxunc bir tərk edilmişlik hissi içinə atar insanı. Nə etsən belə keçməyəcək olan.
 
"Bir gün unudacaqsansa, bir gün yarı yolda buraxıb gedəcəksənsə boşuna yorma məni" deyərdi. "Mən bu həyata öyrəşmişəm. Boş yerə yaşamımdan uzaqlaşdırma məni - alışqanlıqlarımı, ən əsası yalnızlığa alışqanlığımı itirmə boşuna."
 
Çox zaman yaxşı adamlar ətrafında yalnızlıq, yaxşı qadınlar ətrafında pis adamlar dolaşan yaşamdan danışıram.
 
- yaxınlaşıb "Çəkmə bu siqaretləri, səndən çox mən ölürəm" dedi qadın. Sanki, çox vecinəymişəm.
 
Hər nə qədər qaçmağa çalışsaq da, bəzi problemlərdən heç qaça bilmirik. Məsələn, problem əslində olduqları kimi görünməyə çalışmayan insanları daha başqa cür tanımaq idi. Problem bir çox yalanların doğrudan daha yaxşı hiss etdirdiyi üçün yalanlara inanmaq idi. Problem dəyərə layiq olmayanlara daha çox dəyər vermək idi. Problem səni hərkəsdən fərqli bilib, sonradan hamı kimi olduğunun fərqinə varmaq idi
 
Söyləmədiklərini, söyləyə bilmədiklərini söyləməlisən, adam. Hansı vəziyyətdə olursa olsun. İçində yığılaraq içini yeyib bitirmədən öncə. Deyilməsi gərəkən zamandan çox keçib, hər şeyə gec qalmadan öncə. Hər şeydən uzaqlaşmadan, ölmədən, unudulmadan öncə söylə içində olanları. Çünki onların eynisini anlatacaq ikinci sən yoxdur.
 
- Sonra gülümsəyərək "nə qədər içərsən iç, yalnız başın dönər, gedən deyil" dedi qadın.
 
Deyirəm çağırsa insanı uşaqlığı, "gəl, qartopu oynayaq" desə, məsələn. Nə gözəl olardı bir neçə dəqiqəlik də olsa uşaqlığa qayıtmaq
 
Sevgi var, heç mümkün, kimsə ilə eyni olmayacaq kimi. Heç kimsəsi olmayan yalnız biri kimi. Sevgi var, qadın, səni axtarmaq və sənin ola biləcəyin küçələrdə dolaşmaq kimi.
 
Bəlkə, səndə çox kiçik bir iz belə buraxmışam deyə ümid etmişdim mən. Sonradan anladım ki, biraz belə mən yoxmuşam içində, içim sənlə doluykən. Bunun ağrılığını bilməzsən sən.
 
Qarşınızdakı insana "digərləri ilə o qədər məşğul idi ki, mənə ancaq sıra gəldi" düşüncəsi verməyin.
 
-deyir, bu aralar qar dənələri kimiyik, bir-birimizdən uzaqda əriyən.


Şərhlər:
Baxılıb: 606
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz