Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sənsiz qalacağam deməyə gəlmir dilim!
Sənsiz qalacağam deməyə gəlmir dilim!
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 466
Səs ver:
Əgər istəsən...
Bir gün qaranlıq gecə səni darıxdırsa ,işıq istəsən gözümün işığını istə, verərəm! Mən ki, sənsiz heç nə görmürəm. Bəlkə kor olduğumu ondan sonra biləm.
Xatirələr olar əl ağacım, əgər istəsən...

Yalqızlıq bir gün səni üşütsə, qorxma, ürəyimi istə. Verərəm ürəyimi oduyla, atəşiylə. Soyuyaram, payız yarpağı kimi quruyaram, ümidsiz-ümidsiz əsərəm. 
Bəlkə onda yalqızlığımla barışam.... 

Bir gün sakit həyatından yorulub sevinc, gülüş istəsən-dayanmaram, yanına uçaram qanadlı quş kimi. Dodaqlarına tapşıraram bir ömrümün şəlalə sevincini. Sonra sakit axan çay kimi susaram. Kədər külək kimi qanadlarımı sındırsa da nə qəm, sən ki sevincimlə qəm bilmirsən. Bu mənə bəsdir...

Məhəbbət bağçasında bülbülü eşitmək istəsən, tələsmə. Ürəyimdə məhəbbətimin yanıqlı laylası var. Dodaqlarımda həzin-həzin səsi var. Bülbül eşitsə ağlayar. Sənə bağişlayaram məhəbbətimin səsini.
Bəlkə onda lal ollam, kədərli mahnılar oxumağı unudaram...

Bir gün insafa gəlsən məndən xatirə istə.Sənsiz keçən günlərimi kitab kimi vərəqləsən halıma yanarsan.Bir gün öz ədalət taxtına çıxıb məni həqiqət kimi çağırarsan.Bir insaflı günündə məni həyata qaytararsan, qüdrətinə inandırarsan, əgər istəsən...

Məndən həyatımı istə, sənindir. Yol ayrıcında tələsib dəsmal istəmə, onsuz da nəmdir. Mənə ölüm dilə ,ayrılmaq demə...
Bir gün mənsiz qalacaqsan.Sənsiz qalacağam deməyə gəlmir dilim!


Şərhlər:
Baxılıb: 466
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz