Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevginin bəxş etdiyi gözəlliklər
Sevginin bəxş etdiyi gözəlliklər
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 764
Səs ver:
Qəlbi Allah sevgisi ilə döyünən insan hər şeyə sevgi ilə yanaşar. Aləm gözündə gözəlləşər. Yaranan hər varlıqda Rəbbindən bir dəlil axtarar. Onu tapdıqda isə heyrət onu bürüyər, gözləri yaşla dolar və düşünər ki, "Ey Rəbbim, mən sənə necə səcdə edim ki, rahat olum.” Allah kimə lütf edib doğru yola yönəldərsə, o insan özü də hiss etmədən günbəgün gözəlləşər. Bu, həm zahirən, həm də daxilən baş verən dəyişiklikdir ki, bunu da yalnız iman sahibləri görə bilər. Belə insanlar düşdükləri çətinliklərə və əziyyətlərə baxmayaraq, özlərini çox xoşbəxt və rahat hiss edərlər. Bu səbəbdən də, ətraflarındakı insanlara da mərhəmət və sevgi ilə yanaşar və onları Allahın buyurduğu gözəl din əxlaqı ilə yaşamağa dəvət edərlər. Bu əxlaqda olan insan gözəl davranışı ilə hər kəsə nümunə olar. Ona qarşı edilən kobud və sərt münasibətdə belə, Mərhəmətli Rəbbimizi düşünürək səbir və təmkinlə davranar. Öz gözəl əxlaqı ilə qarşı tərəfi utandırar. Belə davranış həm də əxlaqi-tərbiyyəvi əhəmiyyət kəsb edir. Belə ki, Allahı sevən və Ondan qorxan insan hər addımında Uca Rəbbimizin Ondan razı qalması üçün əlindən gələni əsirgəməz. Sahib olduğu nemətləri Allah rizası üçün xərcləyər və özü də bundan razı qalar.

Allahı sevmək...! Bunu sözlərlə ifadə etmək kifayət deyil. Bu hissi yaşamaq lazımdır. Çoxları deyə bilər ki, "Allahı biz də sevirik.” Lakin kor-koranə həyat yaşayar, dil vərdişi olaraq bu ifadəni dillərinə gətirərlər. Allah sevgisini yaşayan insan səmimi, mehriban, mərhəmətli, qayğıkeş, səbirli, təvazökar, inamlı, düzgün qərarlı olar və bu gözəl hissi yaşamaq ona çox böyük hüzur və rahatlıq gətirər. Bu, Allahın çox böyük lütfüdür. 

Hər kəs bu gözəl hissin zövqünü duymaq üçün səmimi cəhd etməlidir. Allaha yönəlməklə, dua etməklə, özü üçün bağışlanma diləməklə ümid edə bilər ki, Mərhəmətli Allah bu ülvi hissi ona da lütf edər və Özünə yaxınlaşdırar. Lakin əlbəttə ki, bunları edərkən insanın niyyəti səmimi olmalıdır və Allahın yaratma sənətini dərin təfəkkür etməlidir. İnsan yalnız Allahı tanıyaraq sevə bilər. Bu yolla, insanın qəflət pərdəsi aradan qalxar, qəlbi yumşalar, bəsirət gözü açılar.
Unutmayaq ki, Uca Rəbbimiz bağışlayan, çox mərhəmətli, çox lütfkar və sevilməyə ən çox layiq Olandır!

...De: "Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (Ali İmran surəsi, 73)


Şərhlər:
Baxılıb: 764
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz