Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səssizcə yol gedirəm
Səssizcə yol gedirəm
Göndərən: Angela7
Şərhlər: 15
Baxılıb: 514
Səs ver:
Səssizcə yolda gedirəm.Beynimdə fikirlər,qulağımda qulaqcıq,amma daha diqqətli baxıram ətrafa.Məsələn ətrafdakı tək ağaca, tək daşa,uçan tək bir quşa.Niyə tək olduğunu düşünürəm,bir az pis oluram sanki hüzünlü baxırlar mənə. Qulağımda qulaqcıq davam edirəm qarşıma çıxan bütün binalar,bütün hasarlar bir xatirəyə çevrilir gözlərimdə.Düşünürəm görəsən neçə həyatın şahidi olmuş bu daşlar? Beynimdə dəli fikirlər yene gedirəm. Bir anlıq hər şey gözlərimin önündən keçir,qarışır bir-birinə.Nədənsə ilk rəfiqemle keçən həftə oxuduğum kitab ikisi birdən canlanır gözümün önündə.Nə əlaqə deyə düşünüb unutmağa çalışıram bir an.Amma sonra o kitabdakı cümlələrdə rəfiqəmi axtarmağa başlayıram.Beynimin eyni səhifəsinə yazıb onların hər iksini hansısa bir səhnə.Nədənsə. Davam edirəm bəlkə daşlarda özümü axtara-axtara bu dəfə gələcək haqda düşündüm.Ola bilsin bu daşlarda bir gün mənim də xatirələrim olacaq.Elə bu gün getdiyim yollar,yollardakı düşüncələr və qulaqcıqdakı musiqi. Birdən hiss edirəm ki, sən demə hal-hazırda ən sevdiyim mahnı səslənir.üzüm gülür.Qüsursuzca. Mən o mahnını qoymadan özü səslənir. Bu mahnını mənə sevdirən səbəbi axtarıram.Niyə sevmişdim axı bu mahnını? O an heç vaxt fikir vermediyim bir cümlənin fərqinə varıram.Niyə eşitməmişdim axı bu cümləni? Yenə düşünürəm. Əgər bu şəhərdə yaşamasaydım,bu məktəbdə oxumasaydım,bu ailədə böyüməsəydim,bu insanları tanımasaydım necə olardı həyatım? Yeni bir qəhraman yaradıram bu dəfə.O yeni həyatlar yaşadıqca mən gedirəm.İlk olaraq tərk edirəm bu şəhəri. Başqa bir şəhərin azadlığını çəkirəm ciyərlərimə qədər. Bu dəfə tək getmirəm ətrafımdə minlərlə insan amma məni tanımıyan. Bir məktəbə çatıram ətrafımda başqa dildə danışan uşaqlar. Tamam başqa dərslər ,başqa bir insan olaraq yetişdirilirəm.Playlistimdə fərqli mahnılar. Gedirəm. Bir bloka çatıb evin qapısını döyürəm. Bir qadın açır və "xos gəldin,qızım” deyir. Fərqli bir ev,ferqli aura. Bu aurada böyümüş mən. Bir az başqa hiss edirəm ama ruhum eyni.Yene asi. Maşın məni görüb əyləci basır. Düşüncələrdən ayrılıram. Yenə qayıdıram o tozlu küçələrə. Bir anlıq doğmalıq hiss edirəm. Nə çox mahnı ötüb keçib sən demə mən başqa şəhərlərdə gəzərkən. Evə çatıram.Söndürürəm qulaqcığı və anam” xoş gəldin,qızım” deyir...


Şərhlər: 15
Baxılıb: 514
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Maraqlidir tesekurler
25 aprel 2016 15:30
# 15
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Aysu Tagızadə
Yazılanların 70%i hər insaNın beyninden keçir...Çox maraqlı gəldi mənə..
26 noyabr 2015 20:18
# 14
heyatim_menim
Evə çatıram.Söndürürəm qulaqcığı və anam” xoş gəldin,qızım” deyir...
25 noyabr 2015 22:57
# 13
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Denizimm
Niyə tək olduğunu düşünürəm,bir az pis oluram sanki hüzünlü baxırlar mənə.
25 noyabr 2015 20:39
# 12

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
milano
Her seyi ciddiye almamaq lazimdir, yoxsa tez qocalariq
25 noyabr 2015 15:36
# 11
evli.mutlu.cocuklu
cox gozel maraqli idi
25 noyabr 2015 15:05
# 10
Dosta_inam
Sanki başqa bir ölkəni gəzib gəldim, bəzən olur insan bir musiqi dinlərkən xəyalən çox uzaqlara gedir, ancaq özünə gələndə heç də yerindən tərpənmədiyini görür.
25 noyabr 2015 13:53
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
gozel yazidi beyendim bu tip olmasada buna berkemde oxsar fikrlerle yerimeyi xoslayiram qulaqimda naushnik hezin mahni sesli yollar her tip insanlar bu heyatin ozu sozu ne olagey dey
25 noyabr 2015 13:51
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Hər kəs bunu bacararmı deyirəm?Yox əlbəttdə, biz istəsəkdə alınmaz çevrədə olan şəxslər buna imkan yaratmaz,içləri qeybət dede-qodu ,kinlə,paxıllıqla, alışıb yandığı üçün sakitliyi əldə etmək qeyri mümkün.Bəzən insanlar bezir hər şeyi bıraxıb getmək istəyir amma dərindən düşündükdə hər şey bununla bitirmir?yox arxada qoyduqlarını unutmaq istəsəndə onlar hər zaman səninlə birgə davam etməyə çalışar.Təhlil edirsən özünü insanları,sonra müqayisə,daha sonra ətrafa nəzər yetirirsən diqqətlə sonda düşündüyüm bu dünyada hər insanın bir dərdi vardı,dərdsiz insan yoxdu var dərdləri ilə başa çıxıb sakitliyi qorumaq, birdə var dərdlərindən bezib qaçmaq istədikdə özünü ələ almağı bacarmamaq.Birincinin qazancı daha uğurlu olur nəinki özünü ələ almağı bacara bilməyənlər.Unutmamaq lazım hər nə olur olsun sonda girəcəyimiz qapı bizim gələcəkdə ümidlı addımlamağımıza səbəb olan şəxslərdi.Buna görə həyatla (insanlarla)mübarizə aparıb gülümsəməyə dəyər.
25 noyabr 2015 13:43
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Grsu
Gozel sozledi,her insanin teknqalmaq isteyi vardir,sakut sakut dusunmek ucun
25 noyabr 2015 13:17
# 6
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Happy
Oxuduqca sanki özüm gəzirdim başqa şəhərləri.
25 noyabr 2015 13:09
# 5
Lola_Maya_
Səssizcə yolda gedirəm.Beynimdə fikirlər,qulağımda qulaqcıq,amma daha diqqətli baxıram ətrafa.Məsələn ətrafdakı tək ağaca, tək daşa,uçan tək bir quşa.Niyə tək olduğunu düşünürəm,bir az pis oluram sanki hüzünlü baxırlar mənə.

Sanki öz həyatımı oxudum yazıda.

Təşəkkürlər.
25 noyabr 2015 12:19
# 4
Roza
Men sakitliyi sevenem, tekliyi. Amma heyif ki, mumkun deyil tek yasamaqim:(((Cox gozel sozlerdi
25 noyabr 2015 11:46
# 3
....
naz_vefa
Mende uzaqlara getmek isteyrem herkeseden her weyden uzaq bir yerde yawamaq isteyrem ...
25 noyabr 2015 11:22
# 2
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
arzum-aysum
Offff, men de bidenem ve qızlarım ve ailem her şeydən uzaqlaşmaq, tek qalmaq, həyatımı sakit yaşamaq istəyirəm. Bezmişəm iki üzlü, qurdlu, sozbaz insanlardan. Men kimlerin içində yasayiram deye soruşuram cox vaxt. Ozumu gunahlandiriram bu heyati secdiyime gore. Bidenem olmasa, sevgimiz olmasa uşaqlarimi da götürüb gedərəm. Bacardiqca uzaqlara... Cox uzaqlara... Qiybetden, haqsiz sohbetlerden, etrafimdaki insanlarin qarınlarının qurdlarindan cox uzaq olacagimiz bir yere gederdim...
25 noyabr 2015 11:15
# 1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz