Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir sən bil deyə...
Bir sən bil deyə...
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 598
Səs ver:
Düşün deyə…
Yalnız bir dəfə olsun məni düşün, çəkdiyim ağrını bir dəfə olsun hiss et deyə!!!

Qorxuram... Hər keçən saniyə sanki sənsizliyə bir addım daha yaxınlaşıram. Hər gedişində daha çox acı çəkirəm və hər dönüşündə bəlkə bu səfər getməz deyirəm. Xoşbəxtlik odur, ondadır deyirəm.. Xoşbəxtliyə dair nə varsa ondadır deyirəm… Nəfəs almaqdırsa yaşamaq yaşayıram, amma havanı tənəffüs etməyə bənzəmir; sən olmazsansa nəfəs ala bilmirəm... Gecələri gözlərimi bağlayıb xəyallar quruyuram, hər səhər səni görmə xəyali ilə oyanıram...

Bilirsənmi??? Heç peşman olmadım səni sevdiyim üçün, bəlkə həyatımda verdiyim ən doğru qərar idi səni sevmək… Kaş ki səni başqa zaman tanısaydım... Bəlkə o zaman həyat qarşısında bu qədər yorğun dayanmazdım... Ağlayarkən gülməyi öyrətdin mənə, ən pis anımda gülməyi və heç kimin bacara bilmədiyini etdin... Sevməyi öyrətdin...

Əvvəldən heç düşünməzdim bir gün gedəcəyini və bir daha dönməyəcəyini... Amma onu da öyrətdin... Bu günə qədər sənə qal demədim... Ürəyimin dediklərini heç söyləmədim... Çox sınadım söyləməyi amma bacara bilmədim... İndi bunları söyləməm axmaq gələ bilər sənə çünki buradasan, yanımdasan amma bilirəm yenə gedəcəksən...

Sən qorxularını sevirsən... Mənsə qorxularımın üzərinə getməyi, döyüşməyi. Hətta gülməyi İTİRƏRKƏN BELƏ… Artıq bilirəm, bir daha getsən son gedişin olacaq…...

Və mənim son gözləyişim… Mənə qoyub getdiyin son ağrı...
Çəkdiyim bu ağrını tək sən duy, sən anla deyə.…


Şərhlər:
Baxılıb: 598
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz