Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sonuncu addımlar...
Sonuncu addımlar...
Göndərən: Denizimm
Şərhlər:
Baxılıb: 522
Səs ver:
Bəzən elə gecələr olurdu ki içim çox sıxılırdı və mən bu sıxıntını aradan necə qaldıracağımı bilmirdim. Bəlkə də bu sıxıntıya səbəb monoton həyat tərzidir , bilmirəm. Tək bildiyim , belə anlarda içimdən ölməyin keçdiyi idi. Amma buna belə ərinirdim. Düşünün, siz ölmüsüz bir ruh şəklində öz məzarınızın başına gəlmisiniz və yaxınlarınız sizi məzara qoyur. Dəfninizə sizi tanıyan yüzlərlə insan gəlib ( bu gün tanınmış memar olduğum səbəbdən yüzlərlə deyirəm) , lakin görəsən o yüzlərlə insanın içindən hansının gözyaşı həqiqidir? Hansı həqiqətən sizin ölümünüzə üzülüb də ağlayır? Əvvəllər də bu fikirlər gəlirdi beynimə hardasa 10-15 il olar və bu fikirlər nəticəsində mən öz ölümüm təsvir edərək belə bir şeir yazmışdım, indiyə qədər unutmuram bu şeirimi. Bura qaranlıqdır, qalx şam yandır Bu nə səsdir? De, kim ağlayır? Bir dəqiqə sən dayan, bir dəqiqə sən dur... Bu səs ki, anamın səsidir elə?! Burası haradı? Bu məzar kimin? Qohumlar toplaşıb niyə ağlarlar? Qohumlar içində niyə mən yoxam? Bir dayan, nə edir söylə , de atam? O qumu məzara niyə boşaldır? Və niyə gözündən de yaşlar axır? Bir dəqiqə, məzara baxım mən gərək. Baxım mən, bilim ki, kim ölüb görək. Allah, bu nə işdir? Bu nədir belə? Ölən mənmiyəm? Ağ kəfən içində söylə mənmiyəm? Bu yüzdən ağlar de, qohum - əqrəba? Yalandı o yaşlar, gözdən axanlar. Mən yaddan çıxacam bir dəmdən sonra, Göz yaşı quruyub gözdə qalacaq. Dur, Anam, ağlama! Dur sən ağlama! Sənin göz yaşına qıya bilmirəm. Dur Atam, sən də dur, sən də ağlama! Dəstək ol anama, qoyma ağlasın. Qardaşım, bəlkə də mən ölüb getdim. Amma ki, sən varsan hələ dünyada. Sən hələ gərəksən ata-anaya. Qoyma sən onları heç ağlasınlar. Həyatı onlara elə yaşat ki, Bir müddət sonra ikisi də... Məni unutsun... Bu ağır dərdləri, qəmi unutsun. Onların göz yaşı mənə əzizdir. Üzülməyin! Əksinə sevinin! Xoşbəxtəm artıq! Dərd verən yox burda... Dərd çəkmək də yox... Gerçək bir sevginin qollarındayam, Məni Yaradanın mən yanındayam. Bu dünya kədərdi, bir də zillətdi. Bilin ki, bu Əhəd burda bədbəxtdi! Amma ki, orada, indi orada Bu Əhəd xoşbəxtdir , lap çox xoşbəxtdir! Bu şeiri 15-16 yaşımda yazmışdım. Keçid dövrüm idi və ancaq ölməyi düşünürdüm. Düzdür, yaşım artdıqca bu fikirdən daşınırdım bəzən, düzgün düşünmədiyimin fərqinə varırdım, lakin bəzən də elə bu fikrin düzgün olduğunu düşünürdüm. Əslində ölüm həqiqətən də əsl xoşbəxtlikdir. Düzdür, əgər günahların çoxdursa ölüm sənin üçün zülümdür, bədbəxtlikdir. Günahların ucbatından ölümdən qorxursansa bax bu artıq daha ağır məsələdir. Amma Allahın sənə buyurduğu yolla gedirsənsə ölümdən qorxmağa nə ehtiyac? Elə deyil mi? Əşşi... Yenə aləmi qatdım bir-birinə. Bilirsiz hal-hazırda bu gün mənim doğum günümdür. Masa arxasında əyləşmişəm və qarşımda balaca bir tort var, onu da az öncə çıxıb aldım. Evim də çox böyükdür, 5-6 otaq olar. Amma nə olsun? Təkəm öz ad günümdə. Nə oğlum yanımdadır, nə Səbinəm nə də anam. Mənim üçün həyat mənasını itirib artıq. Tək yaşama səbəbim məni Yaradandır. Bu qədər... Ürəyim sıxılır nəsə öz ad günümü tortla birgə oturub evdə qeyd etmək istəmirəm, bayıra çıxım ən yaxşısı. Kapüşonumu taxıb bayıra çıxdım. Küçələrdə heç kəs yox idi , bir tək mən idim. Çox güclü yağış yağırdı , amma mən yağışı sevirdim. Yolda getdikcə , yağış üzümə vurduqca keçmişə qayıdırdım. İnsan çox ağılsızdır , həqiqətən. Mən də insanam, amma ağılsız olduğum qədər həm də çox alçaq biriyəm! Bilirsiz niyə? Çünki sevdiklərimin ölümünə özüm səbəb oldum. Bəlkə mən Günəşi sevməsəydim o ölməyəcəkdi, bəlkə mən o gecə Səbinəyə içkili halda ağzımdan çıxanı deməsəydim Səbinə yaşayacaqdı. Bəlkə Mehdimlə gəzintiyə çıxanda maşın sürdüyüm halda arxa oturacağa, Mehdiyə tərəf əyilməsəydim o avto-qəza olmayacaqdı və bu gün öz ad günümü Mehdimlə qeyd edəcəkdim. Və anam, ondan heç danışmaq istəmirəm. Nə isə... 30 illk ömrümdə bir şeyi çox dəqiq anladım. Mən əslində insan deyiləm. ƏSLİNDƏ MƏN ÇOX ALÇAQ BİRİYƏM... Əslində mən, olmaq istədiyim kimi ola bilməyib də tam tərsi olan biriyəm. Bu qədər sadə..

Müəllif: Əhəd Əhədli


Şərhlər:
Baxılıb: 522
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz