Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Son nəfəsim də belə mənimlə qalacaq səni istəyirəm!
Son nəfəsim də belə mənimlə qalacaq səni istəyirəm!
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 970
Səs ver:
Uzun müddət düşünürdüm ki,mən sənsiz qala bilərəmmi?Sonra yenə düşündüm 2 gün, 3 gün sonra öyrəşərəm sənsizliyə. Mən sənə sadəcə bağlanmışam.Sevmirəm axı səniii. Sənin yerini başqaları da əvəz edə bilər.Səninlə keçirdiyim vaxtı ailəmlə,dostlarımla da keçirə bilərəm.Sənin yerini başqaları da əvəz edə bilər. Gəzərəm,əylənərəm səni unudaram.Yeni-yeni münasibətlər quraram.Necə deyərlər mən sənsiz də yaşaya bilərəm əsas mənim var olmağımdır...
Kənardan bu sözlər necə də asand görünür. Bu cümlələri mən dilimlə dedim.Bəs ürəyim???Ürəyimdəmi bu sözləri deyir?Yox bu sözlərin heç biri düz deyil əzizim.İndi anlayıram sənsiz həyatın necə sıxıcı,qaranlıq,mənasız olduğunu. Sənsiz həyat çox pisdir mənə.Sən yanımda olmayan da sanki ölmüşəm,sanki mən heç var olmamışam.Sənsiz həyat çox qəmgin keçir mənim günlərim sənsiz yalnız ağlamağla keçir sevdiyim mənim. Sevdiyim mənim??? Az öncə mən sənə sevdiyim dedim!!! Axır ki,mən də qəbul etdim bu sevgiyi. Mən səni sevirəm deyə qışqırmaq istəyirəm,amma bacarmıram... çünki bilirəm bu sözü özüm deyib,özüm eşidəcəm... mənim səsimi bəlkə bütün dünya eşidər,amma sən heç vaxt eşitməzsən,inanmazsan mənə,sevməzsən məni... Amma üzülmürəm buna görə,bunları yazarkən də heç ağlamıram. Çünki mənim sevgim ikimizə də bəs edər. Mənim sevgim o qədər böyükdür ki,qəlbimə belə sığmır.Sevgimi kağızlara yazsam sığmaz,sevgimi bütün dünyaya bəyan etsəm yenə sakitləşmərəm.Çünki mənim sevgim yalnız səninlə həyat tapır. Mənim qəlbim yalnız səninlə vurur. Mənim o kor gözlərim yalnız səni, yalnız səni görür. Mənim o heç kəsin səsini eşitməyən kar qulaqlarım yalnız səni eşidir.Mənim o boş daş qəlbimi yalnız sənə olan sevgim doldurur. Bunları deməkdə məqsədim sevgimi sənə sübüt etmək deyil.Mənim sevgimin heç sübüta ehtiyacı da yoxdur. Bəlkə də indi inanamaya bilərsən amma vaxt gələcək sən mənim qəlbimin səsini duyacaqsan. Sənin də qulaqların yalnız məni eşidəcək. Sənin də gözlərin kor olub yalnız məni görəcək.Bax mən də bunu istəyirəm yalnız gözlərin məni görsün.Bilirəm bunları oxuyan kimi mənə eqoist deyəcəksən.Hə mən eqoistəm. Mən mənim olanı paylaşmaq istəmirəm. Səni də paylaşmaq istəmirəm.Çünki sən də mənə aidsən!!!
Sənsiz qaldıqdan sonra mən özümdəki yen xüsusiyyətləri kəşf etmişəm.Mən heç vaxt qısqanc olmamışam amma ilk dəfədir ki,bir insanı hər şeyə hətta özümə belə qısqanıram.Mən səni qısqanıram etiraf edirəm sevgilim özü də dəlilər kimi qısqanıram səni.Yanımda olanda belə qısqanıram səni.İstəyirəm hər an,hər saniyə mənim yanımda olasan.Səni heç kəsə göstərməyim yalnız mən səni görüm.Yalnız mən sənə toxunum.Bəzən fikirləşirəm də nə yaxşı ki,sən mənim həyatımdasan.Görəsən sən olmasaydın mən necə olardım axı.Bəzən sənə səni sevirəm belə deyə bilmirəm.Çünki bu sözlər artıq bir çoxlarının dilində adi sözə çevrilib.Mən sənə daha fərqli sözlər demək istəyirəm.Elə sözlər ki,sən bu sözləri eşidəndə mənə baxıb mən də səni sevirəm deyil də,daha fərqli bir söz deyə biləsən.Mən də sənin sözlərini qəlbimdə hiss edə bilim.Çünki mən sevgimi heç vaxt dil də deyil də,ürəkdə hiss etmək istəyirəm.Mən saxta sevirəmlər istəmirəm..
Son nəfəsim də belə mənimlə qalacaq səni istəyirəm!!!


Şərhlər:
Baxılıb: 970
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz