Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çiçəklə suyun sevgisi
Çiçəklə suyun sevgisi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2439
Səs ver:

alt

 

Çiçəklə Suyun Sevgisi
Günlərin bir günü çiçəklə su qarşılaşıb dost olurlar. Əvvəllər gözəl bir dostluq olaraq davam edər bərabərlikləri. Bir-birlərini tanımaq üçün təbii ki onlara vaxt lazım olur. 
Günlər, aylar bir-birini əvəz edər və çiçək o qədər xoşbəxt olur ki, xoşbəxtlikdən içi içinə sığmır və yalnız o zaman anlayır ki suyu sevir. İlk dəfə aşiq olan çiçək ətrafa gözəl qoxular saçar ”Sənin üçün, ey su!” deyə. 
Vaxt gəlib keçər və bir gün su da çiçəyə qarşı nə isə hiss etməyə başlayar. Çiçəyə aşiq olduğunu zənn edər. O da ilk dəfə kimi isə sevirdi... 
Çiçək getdikcə “Görəsən su məni sevirmi?” deyə daha çox düşünməyə başlayır. Çünki su çiçəyə heç diqqət yetirmir. Halbuki çiçək belə sevgiyə öyrəşməmişdi və özünü saxlaya bilməyib suya “Səni sevirəm”deyər . 
Su “Mən də səni sevirəm” deyə cavab verər. Aradan vaxt ötər. Çiçək yenə də “Səni sevirəm”deyər. Su yenə də eyni “Mən də” deyir. Çiçək səbirli idi. Gözləyir, gözləyir, yenə də gözləyir. 
Artıq elə bir vəziyyətə düşər ki qoxu saça bilməyir ətrafa və son dəfə suya “Səni sevirəm”deyir. Su isə ona “Dedim ki Mən də səni sevirəm” deyir. 
Və gün gələr çiçək yataqlara düşər. Xəstələnibdir çiçək artıq. Rəngi solmuş, çöhrəsi saralmışdır. 
Artıq çiçəyin öləcəyi bir həqiqətdir. Və həyatında son dəfə çiçək çətin də olsa başını döndürərək “Səni mən doğurdan da sevirəm” deyir... 
Su çox kədərlənir və son çarə olaraq həkim çağırır. Həkim gələr və çiçəyi müayinə etdikdən sonra deyir ”Xəstənin vəziyyəti ümidsizdir, artıq əlimizdən heç nə gəlmir”. Su sevgilisinin ölümünə səbəb olan xəstəliyin nə olduğunu soruşar həkimdən. Həkim suya baxıb “Çiçəyin bir xəstəliyi yoxdur, dostum. O sadəcə susuz qalıb...
 Su yalnız o zaman başa düşdü ki sevgi sadəcə SƏNİ SEVİRƏM DEMƏK DEYİL..


Şərhlər:
Baxılıb: 2439
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz