Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“SAĞ OL” kəlməsini sevmədiyim halda mənə “ƏLVİDA” deməyi
“SAĞ OL” kəlməsini sevmədiyim halda mənə “ƏLVİDA” deməyi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1575
Səs ver:

alt

 

Su kimi axıb gedirsən əllərimin arasından, tuta bilmirəm. Əllərimdə buraxdığın istiliyi də al get.........Axsın gözlərimdən gözlərin göz yaşlarım kimi..........

Mənə yoxluğunu öyrət..............

Heç nə gözəl olmayacaq bundan sonra” de. “Sən yoxsan” de. “Mən yoxam” de. “Bundan sonra heç gəlməyəcək baharların, yazların həsrəti ilə üşüyəcəksən” de.....
Köhnəlmiş bir həyatın içindən aldığın məni burax aldığın yerə.

Mənə getməyi öyrət...............

Zənn etdim ki, çox asan olacaq. Dönüb arxamı ağır addımlarla gedəcəkdim sadəcə. Heç nə köhnəlməmiş kimi, həyat davam edir kimi tutub həyatın bir ucundan ovudacaqdım özümü, özüm özümə dediyim yalanlarımla. Bilmədim ki, daha öyrənməmişəm getməyi. İlişdi ayağım illərə, sarsıldım, yıxılıb qaldım yerdə. Bir addım belə ata bilmirəm indi. Nə gələcəyə, nə də keçmişə. Gözləyirəm eləcə.

Mənə tənhalığı öyrət............

İnsanların arasında eşitmirəm heç bir səsi. Nə bir yeni sevda, nə bir dost əli çəkib çıxara bilmir məni tənhalığımdan. Bu nəhəng dünyada təkcə mən qalmışam sanki. Amma həyat hər kəs üçün davam edir, zaman axıb gedir. Gün yenə doğur bir yerdə, axşamlar olur. Şəhərin işıqları aydınlaşdırır bir-bir küçələri. Yağışlar yağır. Dərin bir nəfəs alıb içimə çəkmək istəyərkən, görürəm ki, artıq torpağın qoxusunu belə hiss etmirəm.

Bilirsən, heç sevmədim “ƏLVİDA”ları. Neçə dəfə sənin mənə “SAĞ OL” deməyini də saymadım.
İndi tək kəlmə belə demə, susaq sadəcə.

Son dəfə “ƏLVİDA” deməyi öyrət getmədən əvvəl.


Şərhlər:
Baxılıb: 1575
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz