Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Və biz ölənlərdən öyrəndik, gedənlərin geri gəlməyəcəyini...
Və biz ölənlərdən öyrəndik, gedənlərin geri gəlməyəcəyini...
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 634
Səs ver:
Çox şeyi qazanarkən bəzi şeyləri itirəcəksən. Həyatda elə seçimlər etməlisən ki; qazandığın şeylər, itirdiklərinə dəysin.

Gülə bildiyin qədərdir xoşbəxtliyin.. Üzülmə bil ki, ağladığın qədər güləcəysən...

`Sevirəm amma, gəl deyə bilmirəm` deyən insan, böyük ehtimalla yalan deyir inanmayın ona..! Çünki, sevən insan, gəl deyər, hətta `Səni sevirəm` deyə inləyər.. Bağırar sevgisini bütün dünyaya..

Bitib tükənməyən eşq ilə səni sevən mən, hələdə bir ümid içində döyünən ürəklə yaşayıram..

Dünyanın ən gözəl şeyi sən deyilsən, amma, dünyamın ən gözəl şeyi sənsən..

Səni həmişə xəyal qırıqlığına uğradan birini sevməkdən çətin şey yoxdur..

Sevgilim olmaya bilərsən amma söz verdiyim kimi son nəfəsimə qədər sevdiyim olacaqsan...!

Səni həyata bağlayan insanı tapanda fərqli biri olursan:
Daha yaxşı biri ...

Möcüzəvi və möhtəşəm olan, çox şey görmüşəm. .
Çözə bilmədiyim tək şey, mənim hələ də ondan vazkeçməməyimdir.

O sənə xəyanət edir..
Amma sənin sevgin elə böyükdür ki bunu hiss etmirsən...

Səni mənim əlimdən almaq üçün, deyil bütün qadınlar, hətta bütün şeytanlar da bir araya gəlsələr, bacarmazlar! ;)

O insanlar ki, hər dəfə bagışlayırlar və hamıdan çox dözürlər, adətən onlar qəfildən və həmişəlik gedirlər..

Qorxursan..
Çünki, mənim olsan qalan seçimləri itirəcəksən…

Səni elə sevdim ki sən gülsəndə mən ağlasamda sevdim

Sevginin nifrətidə, cəzasıda, əzabıda sevgini yaşada biləcək qədər güclüdür..

Əgər aglınızdan çıxara bilmirsinizsə bəlkə də yanınızda olmalı insan "O"du

Bu qədər əzab və kin olmuş qəlblə, xəyalını qurmaqdan başqa çarəm yox idi. Çünki, sən gəlməyəcəkdin. Ümidsiz bir sevda idi bu.

O, bu qəlbə sahib çıxmadıqdan sonra, bu qəlb gərəksiz bir ət parçasından başqa bir şey deyildir...

Bəzən bir baxışından, bir sözündən o da məni sevir zənn edirdim, elə olsun istəyirdim, çox istəyirdim, hələ də istəyirəm..

Sənin doğru söylədiyinə inanan birinə yalan söyləməyin ən böyük xayinlikdir…

Sarılınca keçməyən şeylər varsa, hər şey bitmiş deməkdir.

Ürəyimdəki ağrını izah etmək üçün uzun cümlələr gözləməyin məndən, yalnız 'O' deyib susayar bu bədən..

Bəlkə də, mən sənin üçün darıxmaqdan nəfəssiz qalarkən, sən bir başqasının qoynunda unudursan məni… Kim bilir…

Getmək üçün çox səbəbim var idi, amma mən həmişə qalmaq üçün bir bəhanə axtardım..

Baxa qaldım arxandan.. Nə gözümü alabildim, nə gözə ala bildim…

Bəzən həqiqətən qaçmaq istəyirəm, heç bir kimsənin olmadığı bir yerə...

Əvvəlcə danışmaqdan qorxarsan sevdiyinlə, Sonra ona aşiq olmaqdan.. Bunlar nəysə də, ən son itirməkdən qorxarsan..

Kim nə deyirsə desin, tək bir gerçəyi vardır eşqin.. Qarşındakının insan olub olmadığını, sevərkən deyil ayrılarkən anlarsan..

Bir zamanlar səni görmək üçün bilərəkdən sənin olma ehtimalın olduğu hər yərdən keçərdim, indi səndən gizlənməkçün sənin ola biləcəyin heç yərə getmirəm

Uzaqdan sevirəm səni, qoxunu ala bilmədən, boynuna sarılamadan, üzünə toxuna bilmədən, sadəcə sevirəm..

Bir tək insanın bizə `yaxşı ki, varsan` deməsi, var olduğumuz üçün xoşbəxt olmağımıza yetər..

Sən artıq, bir başqasının sevgilisisən`...
Yalnızca, bu cümləni qurmamaq üçün belə ölmək istərdim..

Ağzımda çörək varkən, danışmaq asandır, amma ürəyimdə `sən` varkən susmaq çox çətindir, sevgilim…

Qismət bəzən, iki aşiqi qovuşdurar..
Təkrar ayırmaq üçün…

Vəə biz ölənlərdən öyrəndik, gedənlərin geri gəlməyəcəyini…!!!


Şərhlər:
Baxılıb: 634
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz