Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səni sənsiz sevəcəm!
Səni sənsiz sevəcəm!
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 627
Səs ver:
Sən mənim hər şeyimdin,bir dəqiqə belə özümü sənsiz təsəvvür edə bilməzdim. Amma sən nə etdin. Məni buraxıb getdin. Həm də ən çətin anımda. İnanmazdım ki,bir gün sən mənim qəlbimi param-parça edib gedərsən..Sənə çox güvənirdim. Qəlbimi sənə etibar etmişdim. Halbuki sənin veycinə belə olmadı. Tərk etdin. sənə inanmayanları haqlı çıxardın. Hər kəs bilirdi bir gün məni atıb gedəcəyini. Hər kəs bilirdi. Məndən başqa. .. sən mənim özümü özümə düşman elədin!..Bacardın belə insafsız olmağı. Amma yenə də sənə olan sevgim bitmədi.

O xatirələrimiz var idi. Hər bir xatirələrimizi yada saldıqca acıyır ürəyim. Hər biri param-parça edir ürəyimi. O mənə xoş sözlər dediyin an.. Əvvəllər sevinirdim ki,belə sözlər demisən mənə. Amma indi yalan olduğunu dərk etmişəm. Kaş sevməzdim sənə. Ən gözəl günlərimi alıb getmisən. Gecələr ulduzları seyr edirəm. Çünki hər biri mənə səni xatırladır. Hər biri xoşbəxtliyimi xatırladır. O günləri xəyal tək seyr edirəm. Həzin bir musiqi dinləyirəm. Birdən o xoş xatirələrdən nə isə məni ayıldır. Axı bu qədər əzab vermisən?! Hələ də niyə sevirəm.. Boğuluram,nəfəs ala bilmirəm. Artıq ağlamaqdan birtəhər olmuşam mən. Əvvəllər yaşama səbəbim idin. İndi bəs nə edəcəm?! Nəyə görə yaşayacam?!

Səni unutmamışam!Unutmayacam. Sevəcəm hər zaman..Gözləyəcəm. Gəlməyəcəm demişdin amma yenə də gözləyəcəm .. Çünki sevirəm .. Dünən səni heç təsəvvür edə bilməyəcək qədəriylə sevdimsə,sabah səni ondan da çox sevəcəm. Görmədikcə bağlanıram. Kim bilir hardasan. Nə edirsən kim bilir. Mən ki bilməzdim ki,bir gün yarı yolda məni tərk edəcəksən. İndi sənin zəngini gözləyirəm. Bəlkə zəng edərsən deyə fikirləşirəm .. Unutdum deyirəm .. Amma bir adını eşitdikdə ürəyim tir-tir əsir .. Heç kəsə icazə vermirəm sənin haqda danışmağa .. O əzabı mənə xatırlatmalarını istəmirəm çünki .. Hər bir xatirə necə də əzab verirmiş mənə .. İndi isə "görən niyə tərk etdin" deyə pıçıldayıram öz-özümə .. Ulduzlara baxdıqda adın gəlir dilimə .. Xoş xatirələrimiz keçir gözümün önündən .. Bil.. Unutmamışam.. Unutmayacam .. Hər zaman ulduzlara baxdıqda düşünürəm səndə onları seyr edirsən .. Mümkünsüz olsa belə .. Yadına düşsəm bil ki,tək tənha oturub yolunu gözləyirəm ..
 
P.S. Xanımlar, bu məqalənin, cümlələrin müəllifi mən deyiləm 12 Bəzən bəzi userlər elə bilir ki, yazılanlar öz qələmimdəndir.


Şərhlər:
Baxılıb: 627
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz