Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sənsiz çox pisəm sevdiyim
Sənsiz çox pisəm sevdiyim
Göndərən: Lola_Maya_
Şərhlər:
Baxılıb: 934
Səs ver:
Hərgünüm sənsiz.. Qəmli.. Həyatın heçbir gözəlliyi məndə özünə qarşı maraq oyatmır. Əvvəllər mənə xoşbəxtlik bəxş edən, üzümdə təbəssümlərə səbəb olan tanışlarımın artıq mənə bir xeyri olmur. Sən özünlə birgə mənim bütün sevinc və xoşbəxtliyimi apardın. Məni sənsizliyə atdın.

Hər günümü səni düşünməklə keçirdirəm. Hər anımda sən varsan sevdiyim. Ah bu sənsizlik necədə zoruymuş, səni görməmək, sənə toxunmamaq, sənin nəfəsini hiss etməmək.. Ölsəm bəlkədə daha yaxşı olardı.. Sən həmişə mənə mələyim, şirinim, həyatım deyərdin. Ama mən sənə təkcə sevdiyim deyərdim. Bir gün mənə belə bir sual verdin sevdiyim bilmirəm yadındadırmı : "Sən mənə niyə sadəcə sevdiyim deyirsən? Mən də sənin canın deyiləm?”.. Mənsə sadəcə gözlərinin içinə baxıb gülümsünmüşdüm. Ama sən hardan biləsənki sənin mənim canım nədi büsbütün nəfəsim olduğunu.

Həmin o xoş günlərimizdə də içimdə bir qorxu vardı sevdiyim, o qorxuki birdən sənə canım olduğunu desəm canımı çox incidərsən.. Qorxularım boşa deyilmiş sevdiyim hamısı gerçək oldu. Başa düşmədiyim səbəblərin mənim canımı çox incitdi. Bilirəm bu sevginin əzabını çəkən təkcə mən deyiləm səndə çəkirsən ama nə olardıkı mübarizə aparardıq. Alınmayacağını başa düşsəkdə ən azından biz mübarizəmizi apardıq deyərdik... Ehhh.. Kimə deyirəmki mən bu sözləri sən yenədə "sən məni başa düşmürsən balacam” deyib üzünü çevirəcəksən məndən...
Ama sənə bir şey deyimmi sevdiyim?... Mən açılan sabahımda ümid edərək sənin dönəcəyini gözləyirəm. Çünki, sənində məni sevdiyinə adım kimi əminəm. Buda mənə hərgün sənə görə yaşamağa ümid verir. Səndə məni çox gözlətmə xaiş edirəm tez dön gəl mənə.. Sənsiz çox pisəm sevdiyim.


Şərhlər:
Baxılıb: 934
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz