Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İndi yox oluram..
İndi yox oluram..
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1202
Səs ver:
alt

İndi yox oluram..
 Səni sevmədiyim üçün deyil,
 Əksinə səni çox sevdiyim üçün yox oluram..
 Sənsiz yaşaya bilməyəcəyimi anladığım üçün yox oluram.

 Sökübdə ürəyimi öz əllərimlə,
 Qanaya qanaya yox oluram
 Ürəyimin qanı gözlərimə vurur..
 Damlayır yavaş yavaş ciyərimə..

 Sanmaki xoşbəxtəm,

 Sanmaki xoşbəxt olacam sənsiz..
 Amma sən həmişə xoşbəxt ol..
 dözə bilməm gözlərində qaranlıqlar görməyə..

 İndi yox oluram
 Sanmak istədiyim üçün..
 Sanmakı başqa göz dəydi gözlərimə..
 Sanmakı ağılıma düşdü başqa biri..
 Səndən başqa ad yox ürəyimdə

 Çox istədim halbuki,
 Uzadıb sənə əllərimi
 "nə olar gəl mənimlə " deməyi..
 Deyə bilmədim..
 Bilirsən ki kilidləməliydim dilimi
 Bunu diləmək acı verəcəkdi çünki..
 Tapançadan atılan güllədən fərqsiz olmayacaqdı..
 Diləyim səni yaralayacaqdı..
 Çarəsizliyinə bir düyündə mən atmış olacaqdım..
 Qanayacaqdın..

 Qorxma istəmişdim kimsəsiz gecələrdə..
 Kimsəsiz hiss etmə özünü..
 Təkliyin qoxusu bulaşmasın üzərinə..
 Sən həmişə xoş ətirli iy ver sevgimlə..
 Dəstəyə ehtiyacın olduğunda,
 Məni, həmişə taparsan yanında..
 Çiyinindəki sevgi dolu,
 Şəfqət dolu əllərimi hiss et daim..
 Edə bilmədim..
 Mən sənə bəlkə də,
 Heç doya doya sarıla bilmədim..

 Zamana qarşı bir yarışdı həmişə bizimki..
 Həmişə dəqiqələrlə məhdud idi qucaqlaşmalar..

 İndi yox oluram
 Sanmakı istəyərək..
 Sevərək getmək,
 Nə demək bilərsənmi sən?
 Necə bir ağrıdır bu?
 Necə bir yanmaqdır ki,
 Çarə yox söndürməyə..

 Mən bütün yanğınlarımı alıb yox oluram
 Daha qanı qurumamış yaralarımı..
 Oxuduğum bir şeirin tək bir misrasında..
 Təkrardan qanayacağını bilərək yox oluram
 O yaranın heç bağlanmayacağını bilərək yox oluram

 Yox oluram

 Həyatının bitməyə məhkum dəhlizindən çıxıb
 Sonsuza çatacaq yollarında
 Yenə sənin yanında gedə bilmək üçün yox oluram
 Səni itirməyə dözə bilməyəcəyimi bildiyim üçün
 Səni həmişə qazanmaq üçün yox oluram
 Mən səni bitirmək üçün deyil..
 Mən sənə yenidən başlamaq üçün yox oluram.


Şərhlər:
Baxılıb: 1202
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz