Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məsələn?!
Məsələn?!
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 734
Səs ver:
Məsələn axı nə?Səninlə nə edə bilərəm mən görəsən?Məsələn nə etsəm səni güldürə bildirərəm görəsən?Səni necə xoşbəxt edə bilərəm görəsən?
Məsələn səninlə çərpələng uçura bilərəm doyunca.Sən əlində çərpələngin ipini saxlaya bilərsən,mən isə o əllərini bərk-bərk tuta bilərəm,heç yerə getməyəsən deyə,bir saniyə belə yanımdan ayrılmayasan deyə.
Məsələn səninlə dənizə gedə bilərik.Sahildə dayanıb yan-yana dəli kimi çırpışan dalğaları seyr edə bilərik.Yəqinki bilmirdin mən dənizi necə sevirəm.Dəniz eynilə sənin kimi huzur vericidir.Dalğaların səsi,sənin səsin qədər də ola bilməsə sakitləşdirir insanı,ruhunu qidalandırır.Dalğaları seyr etdikdə sənə qəlbimdən nə keçsə söyləyə bilərəm,nə keçərsə.Bir az sevgimizdən,bir az keçmişimizdən,bir az xoşbəxtliyimizdən,bir az gələcəyimizdən,bir az hər şeyimizdən,bir az da həyatımızdan.Düşünsənə sevdiyim sənə aid olanlar həm də mənə,mənə aid olanlar isə həm də sənə aiddir.Nə olsa 1-ci şəxsin cəminə olur yəni "Bizə".
Məsələn sənin nazını çəkə bilərəm hər an.Qısqanclığını özümə fəxr saya bilər,sənin hər cür tərsliyinə dözə bilərəm.
Məsələn bəzən səmaya baxa bilərik sənlə.Ulduzları saymağa cəhd edərik və ya özümüzə ən parlaq ulduz seçərik,həmçinin digər ulduzların da kim olmasını müəyyənləşdirə bilərik.
Məsələn istəsən balıq da tuta bilərik səninlə.Tilov sənin əlində,mənim əllərim isə sənin əllərinin üzərində ola bilər.Harada olmamızdan asılı olmayaraq tuta bilərik balıq,Antaraktidadan başlayaraq İstanbuldan keçib Kürə qədər hansı yerdən istəsən.Lap istəsən sənin üçün bişirə bilərəm onu.Sahildə birgə oturub şam işığında yeyə bilərik onu.Sənin üçün balığı sümüklərindən diqqətli-diqqətli ayıra bilərəm,rahat yeyəsən deyə.
Məsələn səninlə ağlımıza gələn istənilən dəliliyi,çılğınlığı edə bilərik.
Məsələn səninlə filmə baxa bilərik.Bəzən səni sinemaya apararam,bəzən isə evdə.Baxdığımız filmlər qorxulu və ya sevgi filmləri ola bilər.Sevgi filmi olduqda bizə aid olan əlamət göstərildikdə şirin səsinlə "canım,bax eynilə bizim kimi" deyə bilərsən mənə.Qorxulu film olduqda qorxduğun zaman demərsən,ancaq mən əlimi möhkəm tutmağından anlaya bilərəm qorxduğunu və "Nəfəsim,qorxma yanındayam"-deyə bilərəm sənə."Canım,görürsən məni heç bir qorxulu film qorxuda bilmir?!Mənim qorxduğum bir film var ki,o da sənsiz həyatdır,o da ki,çox şükür ki çəkilməyib"-deyə bilərəm sənə.Filmə baxdığımız zaman popkorn yeyə bilərik.
Məsələn səninlə parkda doyunca gəzə bilərik.Sonra yorulub bir yerdə otura bilərik və sənə dediyim sözlərlə yorğunluğun bir anda keçə bilər.Səninlə şirin pambıq yeyə bilərik,istəsən kraks da yeyə bilərik,axı sən acı şeyləri xoşlayırsan.Müxtəlif atraksiyonlara minə bilərik sənlə.Dövr edən çarx kimi."Canım,bir zaman özümə sual vermişdim ki,görəsən mən Prensesimlə bir yerdə çarxda fırlana biləcəmmi?!"-deyə bilərəm sənə.
Məsələn dizlərində yata bilərəm sənin,sənsə mənim saçlarımla oynayarsan o vaxt.Bir-birimizə sarılı şəkildə yuxuya gedə bilərik sənlə.Sən oyanmayasan deyə nəfəs belə almaya bilərəm.
Məsələn bağ evimizdə səhərlər erkəndən qalxıb velosiped sürə bilərik sənlə.Sən arxada oturub məndən tuta bilərsən,mənsə sevgini əllərindən hiss edib,xoşbəxtliyin dibinə enə bilərəm.
Məsələn ən böyük istəklərimdən biri olan səni xoşbəxtlikdən ağlada bilərəm bəlkədə.O təmiz gözlərindən qəlbinin saf olmasını sübut edən göz yaşları axdıqca mən də o göz yaşlarını əlimlə silə bilərəm.Bu damlaların səbəbinin "xoşbəxtlik" olduğunu eşitdikdən sonra isə bir andaca səndən sonra dünyanın ən xoşbəxtinə çevrilə bilərəm.
Məsələn sənə mahnı oxuya bilərəm,ürəyimdə səslənilən notlar ilə.Sənin üçün gitara çalmağı da öyrənə bilərəm.Sənsə mənə bir qədər pıçıltılı səslə "Sən yarim idun" mahnısını oxuya bilərsən.Sən ki,bilirsən necə sevirəm o mahnını.
Məsələn səninlə rəqs edə bilərəm doyunca.Bir-birimizə sarılı şəkildə qulaqlarımızın qəbul etdiyi səslərin ürəkdə səslənməsi ilə xoşbəxtliyin dibinə enib,o səsləri ilahiləşdirə bilərik.
Məsələn hər günlərini unudulmaz süprizlərlə təəccübləndirə bilərəm səni.Bəlkədə hər gününü ad günün kimi əziz edə bilərəm.
Məsələn hər gecə sənlə birgə Tanrıya əldə etdiklərimiz üçün şükür və əldə etdiklərimizi itirməyək deyə dua edə bilərik.Birgə Tanrı ilə söhbət edə bilərik.Sən ki,bilmirsən Tanrı ilə söhbətin necə maraqlı,anlamlı,ilahi olduğunu.Öyrədərəm sənə Tanrı ilə söhbət etməyi."Canım o dəyərli varlığım olan ürəyindən nə keçirsə de Tanrıya,düzdü Tanrı dediklərinə cavab verməsədə ancaq dinləyir səni"-deyə bilərəm sənə.
Məsələn səninlə yağışda islana bilər,göy guruldamasını dinləyə bilər,ildırım çaxmasını müşahidə edə bilər,qar dənəciklərini hiss edə bilərik.Aramızdan küləyin belə keçməsinə icazə verməyə bilərik.
Məsələn bütün ruhum,daxili orqanlarım sənin qoxunla əhatə olunana qədər qoxulaya bilərəm səni.
Məsələn sən mənim üzərimdə o şirin əllərin ilə demək istədiyin,ürəyindən gələn sözləri yazarsan,mənsə yazdıqlarını tapmağa cəhd edə bilərəm.
Məsələn birlikdə oturub sənin dəmlədiyin çayı içə bilərik,çox sevdiyin qırmızı moruq mürəbbəsi ilə.
Məsələn o qədər xoşbəxt ola bilərik ki,probləmləri birgə bir heç hesab edib,xoşbəxtliyi iliklərimizdə hiss edə bilərik."Canım,mənim iki seçimim var idi,ya səni seçib xoşbəxtliyi iliklərimdə hiss etməli,ya da ki,sənsizliyi seçib kədərə sarılmalı olacaqdım və mən səndən başqa heç kimə və ya heç kəsə sarılmadığım üçün səni seçdim"-deyə bilərəm sənə,sənsə "Mənə qarşı sevginə,mənə verdiyin dəyərə və dediyin sözlərə cavab tapmaq çox çətindir"-deyə bilərsən mənə.
Məsələn övladlarımızla və ya ikilikdə şəkillər çəkdirə bilərik,"bəs olar?!" deyənə qədər.Bəzilərini çərçivəyə yerləşdirə bilərik.Düşünsənə sevdiyim birgə yan-yana çəkdirdiyimiz şəkilimiz bir çərçivəyə necə yaraşa bilər,necə gözəl görsənə bilər.
Məsələn sənlə övladlarımızı əzizləyə bilərik.Mən ki,bilirəm sənin necə uşaq əzizləməyi sevdiyini.Əzizlədiyin vaxt üzündə olan təbəssümü izləyə bilərəm.Uşaqlarımızla maraqlı oyunlar oynaya bilərik.Yellənçəkdə yelləyə bilərəm sizi.Övladlarımızla keçirdiyimiz hər saniyə heç bir xəzinə,heç bir sərvət qədər əhəmiyyətə,dəyərə malik ola bilməz.Bir qədər vaxt keçdikdən sonra isə sənə ilk və son olan yalanımı etirafım edə bilərəm."Canım,sənə bir zaman demişdim ki,ilk sevdiyim sənsən və son sevəcəyim qız da elə sən olacaqsan.Ancaq indi mən sənlə bərabər qızımızı da sevirəm.Çünki səndə olan mükəmməllik ona keçib,hər cəhətcə.Yalanıma görə bağışla"-deyə bilərəm sənə,sənsə heç bir söz deməyib gülümsəyib,qucaqlaya bilərsən məni.
Məsələn "məsələn nə edək?"-deyə verdiyim suala cavab verə bilməyəcəyin qədər çox şey edə bilərik səninlə.

Müəllif: M.Fariz


Şərhlər:
Baxılıb: 734
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz