Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Necə bacarırsan bu qədər yaranı aça bilməyi?!
Necə bacarırsan bu qədər yaranı aça bilməyi?!
Göndərən: emis
Şərhlər:
Baxılıb: 624
Səs ver:
Birini , əsəbləşdikdə əlləriniz titrəyəcək qədər sevməyin . Bitdi dediyində , nəfəsiniz kəsilənədək küçələrdə qaçacaq qədər sevməyin . Qaranlığa ehtiyac hiss edəcək qədər sevməyin . Arxasından baxacaq , gözyaşı tökəcək qədər sevməyin . Beyniniz uyuşacaq , Tanrıya isyan edəcək qədər

Necə bacarırsan bu qədər yaranı aça bilməyi ?!
Get artıq çaldım mən ayrılıq zəngini... Nə görmək istiyirəm üzünü,nə də səsini eşitmək... Get artıq dünyamdan sildim səni... Sənə çox şans verdim amma artıq yetər... Verdiyin ağrılara daha çox dözə bilməz bu ürəyim... Çıx artıq həyatımdan məni mənimlə burax...

Getməyinə icazə verdim ..
Amma yarım səni heç cür silə bilmədim ..Hələ içimdəsən, ürəyimdəsən, aldigim nəfəsimdəsən ..Bu bədən sənsizliyə dözə bilmir .. Ürəyim sanki atmır .. Nəfəs ala bilmirəm .. düşünə bilmirəm ..Sevə bilmirəm .. Yaşıyıram amma necə .. sanki yaşayan bir ölü ..
Öləcəksəm mən əgər səni son dəfə görüm .. İstə məndən bu canimi .. sənə düşünmədən verim ..Onsuz da bu can sənsiz yaşamır .. Bu ürək sənsiz atmır ..
Bu gözlər səndən başqasını görmür .. Həmişə düşünürəm axı mən getməyinə necə icazə verdim

Dünyaya sığdıra bilmədiyim səni üreyimə sığdırmaq istəyirəm. İçimdən sənə doğru minlərcə yollar keçir. İçimdən əgər xoşbəxt olacaqsansa ölmək keçir.Yenə də qorxmuram səni sevməkdən. Səni yanlızca sən olduğun üçün sevirəm, mən səni ən çox özüm üçün sevirəm. Gözlərimi hər açdığımda səni düşünməyi sevirəm, hər gecə yatmadan əvvəl səni sevdiyim ağlıma gəlincə, sənsiz oyanmağı belə sevirəm.

..alçalmaq üçün yox,böyümək üçün səhv edirik..qorxmayın.niyə hirslə baxırıq ki,keçmişə? niyə keçmiş deyəndə insanların ağlına ancaq qara buludlar dolur? bu günki "biz" im var olma səbəbimiz deyilmi keçmişimiz?keçmişdəki səhvlərimiz olmadan gələcəkdəki doğru qərarlarımız ola bilərdimi? sizi hər hansısa səhvinizə görə qınayan insana sadəcə bir söz deyin:öz saflığını mənə sübut et!

..ayrıldıqdan sonra qarşı tərəfi pisləyib,arxasınca danışan insanlar da var məsələn..elə bil,günlərlə həmin insanlar üçün ağlayan,darıxan,ən çox onların sözünə gülən,mesaj gəlməyəndə narahat olan bunlar deyildi..adam olun, bir az..qarşı tərəfə olmasa da öz şəxsiyyətinizə,öz seçimlərinizə hörmət edin..və bu sualı özünüzə verin; əgər o bu qədər pis biri idisə niyə onu seçmişdim?

..əvvəllər tək bir söz bəs edərdi ki,insan sevdiyini illərlə gözləsin..tək bir söz on cümləyə bərabər idi..titrəyən əllərlə yazılan məktublar var idi,məsələn..indiki yüz mesaja dəyərdi..inkişaf nə etdi bizə? hissiyatımız öldü,insanlığımız öldü..texnologiya insanları yaxınlaşdırmaq üçün kəşf edildi.radio,telefon,video..daha yaxın olaq deyə..amma insanoğlu bunun tam əksini etdi..robotlaşdıq biz..sevgi ego ilə yer dəyişdirdi zaman keçdikcə..əmrlərimizi yerinə yetirən kölə axtaranlar olduq.

Hər şeyi bağışlamaq olardı..amma gecələr bagışlamadı səni.. gecələr qoymadı bagışlayim səni.. gündüzləri bulud kimi dolub özünü axşama saxlamağın nə demək olduğunu bilirsən sən?sırf hər kəs yatınca səssiz ağlamaq nədir bilirsən sən? bax gecələrim bilir.Onlar heç vaxt səni bağışlamayacaq. artıq heç kim,heç nə vecimə deyil..nə səbəb yazdığımın,necə qarşılanacağımında fərqi yoxdu mənim üçün.. daxilimdən nə gəlir edirəm.. bircə özümü öldürməyi edə bilmirəm..amma bu aralar daxilimdən çox gəlir .. bircə bu istəyimə əlim qalxmır.. bilirsən? bəzən bilmək bəs etmir..nəyinsə səhv olduğunu bildiyin halda.. fərqli hiss edə bilmirsən.. hisslərin bilməyə söykənmir heç. sən isə nələrinsə düzgün olmadığından danışırdın..nə bilim.. saatlarla yanaqlarını leysana qonaq etməyin nə olduğunu bilməmişdim heç bu günə kimi.. ardıcıl 4 saat aglamamışdı bu gözlər.. sən vecimədə deyilsən..qəlbim sızlayır sadəcə.. yenidən yaşama dönə bilmirəm o qədər.. ölmüş insanın ruhu kimiyəm.. nə o dünyada qəbul edildim..nə bu dünyadayam..hardayam? hansı zamanda,hansıməkanda?..hansı agrıda ?
hər kəsin dərdini dinləyirəm..insanları çox sevirəm..onlara kömək etməyi..amma bu aralar bacarmıram. ölürəm. daşıya bilmirəm. sildim..sildiyimi düşündün.. ..dost anlamır.. dost çıxıb gedir.. .gedirlər eynii yollardan..qalmışam yolun qırağında..gedə bilmirəm.. amma geri dönənlərdə həmin yerdə tapa bilmir məni.. görünməz oluram..yox oluram.. öz daxilimə həbs oluram.susuram.. susduqlarımı eşidəcəklərini düşünərək..amma bu çox gülməlidir..çox qəribə varlığam..bu qədər sızlasamda. getmiş birini geri dönəndə heç vaxt qəbul etmirəm).. bəs bütün bunlar niyə.. sadəcə bütün göz yaşlarımın əvəzini ödəyəcəyini düşünürəm..içimdəki ağrını sənin ödəyəcəyin cəzanı artıraraq sakitlik tapıraM...


Şərhlər:
Baxılıb: 624
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz