Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nə gözəldir sevmək ...
Nə gözəldir sevmək ...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1339
Səs ver:

Nə qədər gözəldir bir sevdiyinin olması, ən çətin anında, heç ümid etmədiyin bir zamanda bir salamıyla içini istilətməsi. Ağlayarkən səsini eşidər-eşitməz bütün mənfilikləri həmin an unutmaq, yağan qarda başını pəncərəyə qoyub onu xəyal etmək, yağışlı havalarda soyuqdan deyil onun üçün darıxdığına görə ta dərinlərdə bir yerinin sızlaması nə gözəldir. Bir salamıyla bütün qaranlıqların işıqlanması, 'gəl' demədən yanında olduğunu bilmək, getdiyin hər yerə onu da ürəyində, mənliyində, yanında aparmaq ..

Ona aid mahnılar zümzümə etmək, yazılar yazmaq səhifə-səhifə. Ən gözəl cümlələri belə bəyənməmək, ən gözəl sözləri belə ona yaraşdırmamaq nə gözəldir. Hiss etmək, yox olmaq, yanmaq, yandırılmaq, özünü onda tapmaq nə gözəldir. Səhər oyandığında, gözlərini gözbəbəyinin içində görmək nə gözəldir. Sonunu bilmədən özünü atəşə atmaq, amma onsuz da atəşdə olduğunu bilmək nə gözəldir. Qərar vermədən, fikir yürütmədən, məntiqli düşünmədən, yalnız sevmək nə gözəldir. Adı xatırlandığında səssiz olmaq, qızarmaq, utanmaq nə gözəldir. Dəfələrlə andlar pozmaq, ürəklər qırmaq, qırılmalar, bağışlamaq, əfv diləmək, məğlub olmaq, sevgiyə boyun əymək nə gözəldir.Getmək, dönmək, darıxmaq, gözləmək, unutmamaq, unutulmamak, eşq uğrunda ağlamaq, qısası eşq içində özünü itirmək nə gözəldir.Qorxduğunun başına gəlməsindən ürkmək, acı çəkmək, yas tutmaq, qısası ziddiyyət içində qalmaq, peşman olmaq; amma keçmişi sorğulamadan başlamaq, yenə yenidən sevmək, sevdiyindən imtina etməmək nə gözəldir...
İlk olmaq, tək olmaq, son olmaq nə gözəldir. Dualar etmək, yalvarmaq, amma heç ümid etmədiyin bir anda "aha O" deyə bilmək nə gözəldir. qüruruna yenilmeyip 'kal' deyə bilmək nə gözəldir.Hər şeyi boş vermək, hər şeyi dərd etmək, yenə də üsyan etməmək nə gözəldir. Şəkilinə baxdığında sanki qarşındaymış kimi gülümsəmək, eşq qədəhini son damlasına qədər içmək, könül dənizində boğulmaq, azad ruhumuzu bir tək adama zəncirlərlə bağlamaq nə gözəldir. Gəlməyəcəyini bilərək gözləmək, onsuz bayramların zəhər olması, sevinclərin kədərə qarışması, bir sevdanın tək başına hökmdarı olduğunu bilmək nə gözəldir. O olmayanda yetim uşaqlar kimi üşümək, "kaş ki etməsəydim" deyə bilmək, günəşi görə bilməmək, yaşadığını hiss edə bilməmək, ac qalmaq, tək qalmaq, başqa gözlərə kor olmaq nə gözəldir. Onun qoxusundan başqa qoxu hiss etməmək, ondan başqasını görməmək və hər yeni gün bir şeylərin olmasını gözləmək nə gözəldir. Qiymətini anlamaq sevdiyinin, artıq köhnə günlərə dönməyəcəyini bilərək yenə də bəs etməmək bu həyatdan nə gözəldir. Gözlərini xəyal etmək, dənizin dalğaları kimi saçlarını oxşamaq, əllərindən tutmaq.Telefonunun çalmasını gözləmək, yaşadığın şəhəri tərk etmək, başqa yerə yerləşmək, amma eşqdən qaça bilməyəcəyini bilmək, hara gedərsənsə get ürəyini, ağılını, ürəyindəkini də yanında apardığını bilmək nə gözəldir. Heç bir sevdada eyni dadı tapa bilməmək; dünənin, bu günün, sabahın və bir tərəfinin həmişə yarım qalacağını bilmək, həmişə qürbətdə qalmaq, nə gözəldir ağrını dadmaq.
Həyat uzun və bitmək bilməyən bir filmdir...Rejissor isə mərhəmətsiz, insanı ən can alan nöqtələrindən vurandır. Bax, o rejissorun sən olduğunu bilmək belə nə gözəldir. "Mən gedirəm.” dediyin kimi "Mən gəldim.” deyə bilmək nə gözəldir.
Onu yuxularda görmək, bitəcəyini bilsən də bu gözəl yuxunun, səhər qalxdığında gerçək olması üçün dualar etmək, ilk onu düşünmək nə gözəldir.
Mən yalnız səni "məndəki sənlə” sənə izah etmək istədim. Bu yazını bir gün oxusan bil ki içimdə o qədər söz var səni sevməyə həsr etdiyim…
Daha nə deyilə bilər ki sevgi və eşq adına ... Deyilmiş nə qədər sözlər var ki hələ də deyilməkdədi, amma sonu tapılmamaqda, çünki dünya sevgi üzərində dayanmaqdadı...


Şərhlər:
Baxılıb: 1339
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz