Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cavabsız sevginin nəticəsi…
Cavabsız sevginin nəticəsi…
Göndərən: Tomris Müslümova
Şərhlər: 12
Baxılıb: 800
Səs ver:
Ətrafdan keçənlərə gülümsəyəndə mülayim simaları görmək insanın əhvalını yüksəldir… Kiməsə SMS yazanda cavab almaq səni sevindirir… Etdiyin hansısa gözəl jestə qarşılıq görməyəndə isə narahat olursan. Ən pis hal isə sənə vacib olan hisslərinin həyatda cavabsız qalmasıdır. Narahatlıq, küsülülük, qəzəb – bütün bunlar boğazına tıxanıb, səni nəfəs almağa qoymur. Və düşünürsən ki, əgər sən bu insana lazım deyilsənsə, demək, heç kimə lazım deyilsən. Cavabsız sevgi ilə necə yaşamalı?

Sən eşqə düşmüsən
Uzun müddətdir ki, sevgilin yox idi. Heç kimi bəyənmirdin. Amma qəfildən kiməsə aşiq oldun.  İndi sən anlayırsan ki, «sevən kəsin dincliyi yoxdur» ifadəsi heç də məcazi mənada deyilmir. İndi sən saatlarla səhər nə geyinəcəyini düşünürsən, onu görüb-görməyəcəyin isə heç məlum da deyil. Saatlarla Facebook-da onun səhifəsini axtarır, yeni məlumatlar əldə etməyə çalışırsan. Tək qalanda eyvana çıxır, saatlarla ulduzlara baxır və xəyalar qurursan. İndi sən dərslərinə və ya işə uyğunlaşa bilmirsən. Ondan başqa heç nə haqqında danışmaq istəmirsən. İndi sənin hər nəfəsin, addımın, hərəkətin odur: sevgi. Amma nədənsə, sevgin cavabsız qalıb.

Məsləhət: «Sevməyə davam etməli, yoxsa unutmalı»?
«Bəlkə mən onun xoşuna gəlirəm? Bəlkə o, məni heç bəyənmir? Bəlkə nə vaxtsa bəyənər?» - düşüncələri səni məhv edir. Əlbəttə, bu düşüncələr depressiyaya düşməkdən yaxşıdır. Amma əgər sevgin indi cavabsızdırsa və onun reallaşacağına ümidin yoxdursa, onda bu sevgini unutmaq ən yaxşı variant olar. Cavabsız sevgi həm insanı depressiyaya salır, həm də həyatına mane olur. «Onu unutmaq bu qədər asan deyil» fikirlərinə qapılma. Uzun müddətdir aludə olduğun bu haldan xilas olmaq üçün başını seriallara baxmaqla, rəfiqələrinlə harasa getməklə qata bilərsən. Əmin ol, bir gün sən də qarşılıqlı sevgi yaşayacaqsan.

Heç nə baş vermir

Əslində, münasibətləriniz çox yaxşıdır. Amma siz sevgili yox, dostsunuz. O sənə dost gözü ilə baxa bilər. Sənin içində ona qarşı sevgi hissləri var. Vaxt keçir, hisslərin daha da alovlanır. Onun qəlbində isə nələr baş verdiyi hələ də sənə məlum deyil. Səbrlə gözləyirsən, görəsən, o nə vaxt sənin məhz onunçün yaradıldığını anlayacaq? Əminsən ki, o, həqiqətən də sənin ikinci yarındır, siz mütləq bir yerdə olmalısınız.

Məsləhət: «Delete» düyməsini bas   
Ola bilsin ki, sən əvvəllər hisslərini gizlətməyə çalışırdın. Bilirdin ki, o, heç vaxt ilk addım atmayacaq. İndi isə hisslərini gizlədə bilmirsən. Elə düşünürsən ki, bunları biləndən sonra o, sənə yaxınlaşacaq və həqiqətən də sevgi münasibəti qurmaq istədiyini deyəcək. Amma ümidlərin boşa çıxır. İndi bu cavabsız hisslərindən xilas yolunu düşün. Sadəcə, onu bir neçə həftə görməməyə çalış. Uzaq bir yerə gəzməyə get. Həmişəki mühitdən kənarlaş. Keçmiş həyatını, düşüncələrini tamamilə silməyə çalış. Beləcə, tezliklə həqiqətən də səni sevən biri ilə qarşılaşacaqsan. Ən əsası isə sənə sevgi etirafı edənlər arasından birini seçmək imkanın olacaq.  

Lazımsız sevgi

Çoxdandır sevgilisiniz. Amma onun hərəkətləri, sənə qarşı münasibəti sevmədiyini göstərir. O, saatlarla «Facebook»da oturur, sənə isə bir «salam» da yazmır. Başqa qızlara təriflər yağdırdığı halda, sənin zənglərinə isə cavab da vermir. Şübhələnirsən: yəqin onun həyatında artıq başqa biri var?! Ona ayrılmaq istədiyini bildirəndə isə səni getməyə qoymur. Bir-iki gün münasibətiniz yaxşı olur, onun davranışları müsbət tərəfə dəyişir, artıq hər şeyin yolunda getdiyini düşünməyə başlayırsan. Bir müddət sonra isə hadisələr yenidən təkrarlanır: soyuqluq, diqqətsizlik və xəyanətlər… O, səni çox yaxşı insan hesab etdiyini deyir. Amma bununla yanaşı onun ürəyi titrəmir. Görüş isə… Bu, yalnız onun görüşməyə heç kəsi tapmadığı halda baş verir. Görəsən, bütün gücünü lazımsız sevgiyə sərf etməyə dəyər?

Məsləhət: Bəli, bu, mümkündür
Ürək sevgi ilə dolanda onun cavabsız qalacağını ağlına belə gətirmirsən. «Onun xoşuna gəlirsən, yoxsa yox?» düşüncəsi günlərlə beynindən çıxmır. Amma qəbul etməlisən ki, sevgi həqiqətən də dərin hisslərdir və o da cavabsız qala bilər. Qəbul etmək lazımdır ki, sevgini ilk addımdan tapmaq hamıya qismət olmur. Əsl sevgini tapmaq səhvlərdən və yanlışlıqlardan sonra mümkündür. «Söz vermək – evlənmək demək deyil» filminin qəhrəmanı Aleksin sözlərini xatırla: «Əgər kişi hansısa qadını bəyənirsə, onunla birlikdə olmaq üçün əlindən gələni də, gəlməyəni də edəcək». Əgər onun sənə qarşı olan hərəkətlərinin məcburi olduğunu görürsənsə, özündə onun qərarsızlıqlarına cavab axtarmağa çalışma. Fikirləşmə ki, sən gözəl deyilsən: hətta zövqüncə olmağı belə düşünmə. Və ya… Onun işi çoxdur, sənə vaxt ayıra bilmir… Bunlar hamısı bəhanələrdir. Sənin getməyinə imkan verməməsinin səbəbi isə onun özünəgüvənməməyidir. O, sənin sevginlə güc alır, sən həyatda ona dəyər verən yeganə qadınsan. Səni itirsə, özünü lazımsız əşya kimi hiss edəcək. Buna görə də onun səndən istifadə etməsinə imkan vermə. Onun həyatının sevgisini tapmasını gözləməkdənsə, özünə yeni sevgi tapmaqla məşğul ol.

Gərəksiz sevgi

Onu ilk görəndə səni əsməcə tutmağa başladı: yəqin ilk baxışdan məhəbbət elə budur… Onu tanıyandan dincliyini unutmusan. Dəfələrlə onun e-mail ünvanının parollarını sındırmağa çalışmısan. Hətta gələcək uşaqlarınızın adını, qocalanda harada yaşayacağınızı da planlaşdırmısan. Amma bir şeyi unutmusan: onun sənə qarşı hissləri ciddidir? Ətrafındakı insanların onun haqqında mənfi fikirlərinə aqressiv yanaşırsan. Bütün bunları gələcək xoşbəxtliyinə maneə kimi görürsən. Onu pisləyən hər bir kəsdən uzaqlaşmağı düşünürsən. Bu da azmış kimi, sən bütün qürurunu və  fərdiliyini itirirsən. Səncə, cavabsız hisslər bu qədər itkiyə dəyərmi?

Məsləhət: O, nəyə lazımdır?
«Yalnız sevən yaşayır» ifadəsini yəqin ki, eşitmisən. İnsan sevəndə ətrafda hər şeyi başqa cür görməyə başlayır: mehriban olur, hadisələrə müsbət tərəfdən baxır, gördüyü hər işdə bir məna axtarır… Oxumaq, işləmək, bəzənmək və gəzmək üçün stimul yaranır. Bütün bunlara görə, gələcəyini məhv etmə. Ondan əl çəkməkdən qorxursan. Amma cavabsız sevgi sonda səni lap çox incidəcək. Unutma: dahi insanlar sevgidən ilham alıb əsərlər, şeirlər yazırmışlar. Sən də sevgidən ilham ala bilərsən. Amma hazırda yaşadığın bu hisslər sənin məhvinə səbəb olur. Onu unutmaq üçün depressiyaya düşmək də lazım deyil.

Yoruldum, sevgi istəyirəm!
Hərdən, həyatında həqiqi sevdiyin bir insanın olmamasından şikayətlənirsən. Hər dəfə kimisə sevməyə cəhd edəndə uğursuz son səni özündən çıxarıb. «Mən artıq hər şeyi başa düşürəm. Artıq hər şeyi öyrənmişəm» düşüncələri səni yorub. Sənin hisslərini başa düşmək o qədər də çətin deyil, axı sən də əsl sevgi hisslərinin qarşılıqlı olmasını yaşamaq arzusundasan. Qəlbində soyuq qış şaxtasıdır. Bütün bunlar səni «tezliklə sevgilim olmalıdır» düşüncəsinə yönəldir. Görəsən, tənha qalmamaq üçün atılan addım uğurlu alınacaqmı?

Məsləhət: Qətiyyən olmaz!
Sadəcə, əyləncə üçün kiminləsə münasibət qurmağa çalışma.
Əyləncəli gecə partilərinə qoşularaq təsəlli tapma.
Depressiyaya düşüb, başını balışdan qaldırmamaq, işlərini ləngitmək kimi hərəkətlər etmə.
Kiməsə acıq vermək məqsədilə davranma.  
İmicini dəyişərək bəyəndiyin oğlanın diqqətini cəlb etməyi düşünmə. Sən olduğun kimi gözəl görünə bilərsən.
Başqasını incidəcək, ən əsası isə özünə ziyan verəcək bir addım atma.
Unutma: bir gün sən də yarını tapacaqsan. Ən vacibi odur ki, özünə olan inamını və güvənini itirməyəsən.
Bütün günü oturub, «niyə mən bu qədər bəxtsizəm?» deməkdən əl çək.


Şərhlər: 12
Baxılıb: 800
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Milawka18
ilk sevgimi unutmamiwam ve hec vaxtda unutmayacam unutmaramda ...Kaw zamani geri qaytara bilem kaw kaw 15 15
3 avqust 2015 17:55
# 12
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
aliceWOnDer
Hec vaxt unuda bilmerik , hec munkunde deyil, sadece el cekirik..
14 iyul 2015 14:53
# 11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
ya sevgi filan bos seylerdi o cur fikirlerle beyninizi yormuyun oz heyatinizi yashiyin
14 iyul 2015 13:53
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ell.nell
Boş verin getsin kimicunse üzülmeye deymez qoşun musiqi reqs edin stress atın......qoy sizin ucun uzulsunler deyerinizi bilin......
14 iyul 2015 13:25
# 9
Dosta_inam
Sevmekde lazimdir heyatda, bezen sevdiyini unutmaq da lazimdir, hansina emel edesen, Allah butun sevenleri qovusdursun, hec bir sevgi cavabsiz qalmasin, tesekkur.
14 iyul 2015 05:56
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
xeyalperest
Sevgi qarsi cinse beslenen sevgi boş şeydi tez alişir tez de sonur.
14 iyul 2015 02:54
# 7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
SENI SENSIZ SEVDIM
hec ne ,hec kim unudulmur..
14 iyul 2015 01:14
# 6
"Varliqim bezilerine darliq edir, bu da mene lezzet edir"
GünƏşimƏ_AiD_
Eh bu sevgi bashimiza beladiye
13 iyul 2015 23:49
# 5
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
aziz a
Heqiqetende her kesin heyatinda unudulmasi vacib olan insanlar var.unutmaq zorda olsa, ezabda verse vacibdi, ama urek bu ezablara tab getirmir, partlayir, darixir.....neise unutmaq lazimdi unutmaq.....
13 iyul 2015 23:47
# 4
Qelbim doludu !!!!
BARBI
Unutdum cox cetindir. Her sey zaman isteyir zamanla her kes unudulur
13 iyul 2015 22:34
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
eıiyeva gülmaye
Dogrudan bezi hallar mendede olur ancaq calissamdaki unudum bacara bilmirem. Onda daha cox ozume qapaniram, evden cole cixmiram, pencereden onu izleyirem, basqa qizlarla danisanda eseblesirem axirda ise esebimi evdekilere tokurem. Dalasiram haminin qelbini qiriram sorada pesman oluram gedirem otaga ozume qapaniram off cox cetindi bilmirem neyniyim
13 iyul 2015 22:28
# 2
yaz_yamuru
Menalidi twk
13 iyul 2015 22:20
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz