Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Virtual sevgidə nələr önəmli deyil?
Virtual sevgidə nələr önəmli deyil?
Göndərən: Catwoman666
Şərhlər: 16
Baxılıb: 604
Səs ver:
Müasir gənclər ünsiyyət qurmaqda çox vaxt çətinlik çəkirlər. İnternet vasitəsilə tanışlıq əsasən, real həyatda ünsiyyət qurmağa vaxtı və jəsarəti olmayanları öz imkanları ilə cəlb edir. Təcrübə göstərir ki, internetdə ünsiyyət çox rahat keçir. Ancaq bunun əyləncə, yoxsa əsl hisslər olduğunu necə təyin etmək olar? Bunu bilmək çox asandır: əgər daim fikrinizdə onun sizə yazdığı ifadələr dolaşırsa, mail-ini gördükdə ürəyiniz tez-tez döyünürsə – bu elə virtual sevgi deməkdir.

Müsbət tərəfləri:
1. İnternetdə 90-60-90 bədən ölçülərinə malik olmağınız, boyunuzun 170 sm-ə çatması vacib deyil.
2. Məhz burada siz öz ağlınızı və yumor hissinizi səhv başa düşülməkdən qorxmadan göstərə və sizə mənən yaxın olan insanı tapa bilərsiniz.
3. Şəbəkədə öz tələblərinizi və istəklərinizi açıq-aydın bildirə, deməli ünsiyyətdə olduğunuz adamdan nə gözlədiyinizi gizlətmədən təbii ola bilərsiniz.
4. Onunla istənilən mövzunu on-layn müzakirə edə, istədiyinizi deyə bilərsiniz, bununla belə, onun üçün sirr olaraq qala da bilərsiniz.
5. Hətta öz şahzadənizi tapmasanız belə, real həyata da keçirə biləcəyiniz çoxlu yeni dostlar qazanmış olajaqsınız.
6. Ən əsası – əgər sizə virtual görüş təyin ediblərsə, əyninizdə köhnə paltarın və ya saçlarınızda kəpəyin olmasının dərdini çəkməyəcəksiniz. Sadəjə, ayaq altında qalıb tapdalanmış kedləri və köhnə futbolkanızı geyinib klaviaturada necə cazibədar və valehedci olduğunuzu yaza bilərsiniz.
7. Əvvəllər ünsiyyət yalnız quru yazılarla kifayətlənirdisə, indi mikrofon və veb kamera sayəsində həmsöhbətinizi həm eşidə, həm də görə bilərsiniz. Bu, az da olsa, real ünsiyyəti əvəz edir.
8. İnternet evdən bayıra çıxmadan dünyanın istənilən nöqtəsində yaşayan insanlarla ünsiyyət qurmaq imkanı verir. Xaricilərlə və ya xarijdə yaşayan həmyerlilərlə danışmaq çox maraqlıdır. İnternet xarici vətəndaşla ailə qurmaq və ya xarici dili təkmilləşdirmək istəyənlər üçün çox yaxşı imkanlar yaradır.
9. Kiminlə danışmağa və münasibət qurmağa özünüz qərar verirsiniz. Adətən tanışlıq saytları geniş seçim imkanı verir, sizə yalnız ürəyinizə yatanı seçmək qalır.
10. Münasibətlərinizi tədrijən, tələsmədən qura bilərsiniz. Üstəlik, real həyatdakından fərqli olaraq, virtual aləmdə lazımi anda ani qərar vermə riski olmur. Monitor arxasında oturarkən sizin həmişə düşünməyə, fikirlərinizi analiz etməyə, nə yazmaq istədiyinizə qərar verməyə vaxtınız və imkanınız genişdir.

Mənfi tərəfləri:
1. Virtual obraza vurulan insan, daim öz qəhrəmanının xəyalıyla sanki virtual, uydurulmuş aləmdə yaşayır. Real insanlar, real hadisələr isə həyatında ikinji, hətta üçünjü dərəjəli rol oynayır.
2. Hər an ola bilər ki, çox gözəl şahzadə keçəl, barmağında nişan üzüyü olan «day-day», nəzakətli xəyalpərəst isə tatuirovkalı roker olsun. Hər halda real insan xəyalınızda janlandırdığınız obrazdan uzaq olajaq. Belə ki, bizim təxəyyülümüzdə ideal bir obraz formalaşır, heç bir real kişi isə idealla rəqabət apara bilməz.
3. Həmsöhbətiniz sizdən min kilometr uzaqda – başqa şəhərdə və ya başqa ölkədə yaşaya bilər. Onunla görüşmək sizin üçün əsl problemə çevriləjək.
4. Və hadisələrin ən təhlükəli dönüşü: siz internetdən asılı vəziyyətə düşə bilərsiniz və onda real həyat virtualla müqayisədə sizin üçün daha az önəm kəsb edəjək.
5. Subaylıqda vaxtının çoxunu tanışlıq saytlarında, jhat-da keçirənlər ailə həyatı qurandan sonra bu vərdişlərindən əl çəkə bilmirlər. Həyat yoldaşı ola-ola yeni tanışlıqlar qurur, başqaları ilə ünsiyyət yaradırlar. Bunun da xəyanətdən demək olar ki, fərqi yoxdur.
6. Bəziləri internetə əylənjə kimi baxırlar. Onlar jiddi sevgi axtarışında olmurlar. Belə bir insanla uzun müddət münasibət qurub ona bağlana bilərsiniz. O isə sizin hisslərinizlə oynaya bilər.
7. On-line dostunuz haqqında yalnız onun təqdim etdiyi məlumatları əldə edəjəksiniz. Bunların yalnış və ya doğru olduğunu yoxlamağa imkanınız olmayajaq.
8. Əgər nəyisə düşünmədən və sadəcə zarafat xatirinə yazıb göndərmisinizsə və bu da qarşıdakı tərəfin xətrinə dəyibsə, özünüzə bəraət qazandırmaq çətin məsələ olacaq. Belə ki, virtual aləmdə hissləri, emosiyaları ötürmək çox çətindir. Yenə də yaxşı ki, smaylikləri kəşf ediblər.
9. Britaniya alimləri müəyyənləşdiriblər ki, internet-yazışmada biz insanı sadəcə 3%, real görüşdə isə verbal nitqdən istifadə olunmasa belə 70% tanıya bilərik. Baxış, hərəkətlər və hətta qoxudan çox şey öyrənmək mümkündür.
10. İnternetdə elə birinə rast gələrsiniz ki, o sizin şəkillərinizi, haqqınızda bəzi məlumatları dostlarına yayar. Ona görə də ehtiyatlı olmaq lazımdır.

Nəticədə sonuncu məsləhət: «Virtual romanları ürəyinizə salmayın». Əslində biz hər şeyi çox gözəl anlayırıq. Axı adi həyatda internetdə olduğu kimi söhbət etmirik. Hər halda diskotekada sevgilinizlə Afrikadakı ajlığı müzakirə etməyəjəksiniz ki?
Əlbəttə, chat-da real sevgini tapma şansları da böyükdür. Ancaq yaxşı olar ki, kompüteri söndürüb bayıra çıxasınız və monitordan qızarmış gözlərlə sizi əhatə edən aləmə baxasınız. Bəlkə də real şahzadənizi tapdınız, nə bilmək olar!
Virtual sevginin ən üstün cəhəti: Bilirsən ki, səni xarici görünüşünə görə yox, məhz özünü sevirlər.


Şərhlər: 16
Baxılıb: 604
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Sitat: my_angel
Virtual sevgiyə o qədər də yaxşı baxmıram. Çünki bilmək olmur oğlanın (qızın) fikri ciddidir yoxsa yox. Ola bilər ki oğlan (qız) qızın ( oğlanın) sevgisindən istifadə edir. Yox əgər hər iki tərəfin fikri eynidirsə, onda pis baxmıram.

en gozel ve mentiqli fikir! tamamile raziyam fikrinle01
10 iyul 2015 22:21
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nervicatka
Ehhh cox pos 18
10 iyul 2015 21:19
# 15
Mən atamın qiziyam tanq altinda qalaram soz altinda yox.
Happy
Xarici gorunushu deyilde ureyine gore sevilir virtualda. Gorunushu gormeden sadece vaxt kechirilir. Amma bele tanish olub evlenen cutluklerde var, xoshbextdiler
10 iyul 2015 14:20
# 14
Narın Yağış
İndiki dövrdə realda saf sevgi tapmaq olmur qaldıki virtual 24
9 iyul 2015 21:40
# 13
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
aliceWOnDer
1. İnternetdə 90-60-90 bədən ölçülərinə malik olmağınız, boyunuzun 170 sm-ə çatması vacib deyil.


Guya ki, rial heyatda bele insan var ki.?! (Istisnalari cixaq)
9 iyul 2015 20:30
# 12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
gaye
Virtual sevginin ən üstün cəhəti: Bilirsən ki, səni xarici görünüşünə görə yox, məhz özünü sevirlər.
9 iyul 2015 20:13
# 11
C+G=∞♥
GünƏşimƏ_AiD_
virtulada sevgi olur yani gormushem..sadece her shey insanin ozunden aslidi...amma menace bu duzgun deyil....
9 iyul 2015 17:04
# 10
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Fialka
Virtual və sevgi)) nəsə uyğunluq görmədim) Virtualda özünü inkişaf və məlumat bazanı yarada bilərsən ancaq sevgi virtualda yoxdur adı sevgi olanlar ola bilər amma, lakin kimlər üçünsə ))
9 iyul 2015 15:35
# 9
KRALİCEM
Hec inanmiram virtualda olan sevgiye
9 iyul 2015 14:37
# 8
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
ALESSANDRA
virtual alemde insana o qeder teklifler gelirki tanis olaq, svgili olaq
insan bezir
pis baxiram virtual sevgiye,görüsmeye,evlenmeye falan...
olmaz!
müsbet cehetleride mence yoxdi
9 iyul 2015 13:55
# 7
Don't trust anyone ∆
vipbetul
virtual alem infarmasiya toplamaqcindi insanlarla taishliq unsiyyet ise reallicindi,hec birini qatishdirmaq olmaz
9 iyul 2015 13:31
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Pis baxmıram,ancaq ele tanış olub xoşbext olanlarda var,başlamadan biten sevgilerde var,ancaq real heyatda tanış olub evlenmeye daha çox önem verirem.
9 iyul 2015 13:14
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Sirine
men yaxwi baxiram pis deyil amma ciddi yanawmirlar sevgiye ele bele sevirler
9 iyul 2015 12:26
# 4
....
qanadli melek
Virtual sevgi inanmiramki mohkem heqiqi sevgi olsun
9 iyul 2015 11:01
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
my_angel
Virtual sevgiyə o qədər də yaxşı baxmıram. Çünki bilmək olmur oğlanın (qızın) fikri ciddidir yoxsa yox. Ola bilər ki oğlan (qız) qızın ( oğlanın) sevgisindən istifadə edir. Yox əgər hər iki tərəfin fikri eynidirsə, onda pis baxmıram.
9 iyul 2015 10:36
# 2
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
BARBI
Virtual sevgilere qarsi munasibetim pus deyil. Ama bu munasibet daimi davam ede bilmez
9 iyul 2015 09:19
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz