Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ömrümün beşinci fəsli (özəl)
Ömrümün beşinci fəsli (özəl)
Göndərən: guler19
Şərhlər: 20
Baxılıb: 811
Səs ver:
Ömrümün beşinci fəsli...

Sənə Günəşimmi deyim?!
Səhərlər dünyanı əvəz olunmaz nuruyla işığa qərq edər Günəş... Hər kəs onu doğarkən görəndə gülümsəyər... Təbəssüm edər... Bir-birlərinə gününüz aydın deyər. Amma di gəl ki, zamanı gələndə o da axşamlar qüruba enər... İnsanlarla vidalaşır... Yenidən dünya üzərində qaranlıq çökər...
Yox, sən ancaq günəşim deyilsən, çünki sən səhərlər yuxudan duranda nurunla düşüncələrimi işıqlandırıb məndə təbəssüm yaratdığın kimi gecələr də bu təbəssümü tamamlayırsan... Sən mənim alternativ Günəşimsən...

Sənə Baharımmı deyim?!
Bahar gələr, ağaclar-çiçəklər açar, təbiət yaşıllaşar, canlanar.... Sonra, sonra isə yenidən... yenidən bu çiçəklər yoxa çıxar... Oysa sənin ruhuma gəlişin ağaclar yarpaqlarını saraldıb tökəndə belə, çiçəklər solub torpağa qovuşanda belə, mənim qəlbimdə çiçəklər açdırar, könlümdə təravətlilik yaradar, damarımda qanımı canlandırar... Sən mənim sadəcə Baharım deyilsən....

Sənə Qızmar Yayımmı deyim?!
Yay gələr... Yer-göy istidən yanar... Meyvələr yetişər... Bolluq olar... Sən isə, sən isə qışın oğlan çağında, ayazın qılınc kimi kəsən anında belə, bir hənirtin buzlarımı əridər, ömrümün qarlarını suya çevirər... Səninlə sevincim, təbəssümlərim bol olar... Sən mənim bircə Qızmar Yayım deyilsən...

Sənə Payızımmı deyim...?!
Payızda hər yer sarıya boyanar, xəzanlar olar...! Sən mənim ruhumdakı mənfi düşüncələri xəzan elədin... Sən mənim düşüncələrimdəki pis qoxulu kol-kosların xəzanını gətirdin...! Payızda yağışlar yağar, payızda yer göy yuyunar...! Sən mənim payız yağışlarında Ruhumun Göy Qurşağını yaratdın..! Sən mənim yalnız xəzanlı, yağmurlu Payızım deyilsən!

Sənə Qarlı Qışımmı deyim...?!
Qış gələndə havalar soyuyar, çaylar sular donar, təbiət ağ don geyər...! Oysa səninlə mən baharda da, yayda da, payızda da, bəyazlar içindəyəm... ləkəsiz, ağappaq bir həyat içindəyəm... sən mənim təkcə ağ qarlı, soyuq bir Qışım da deyilsən..?!

Sən Ömrümün Beşinci Fəslisən..
Bu fəsildə ciggilti vurub sevincək uçan qaranquşlar hər zaman vardır, bu fəsildə rəngarəng, gözəl ətirli güllər hər zaman vardır, bu fəsildə güllərdən ilham alıb cəh-cəhlə nəğmələr oxuyan bülbüllər əkshik olmur, bu fəsildə çaylar donmur, bu fəsildə yağışlar ancaq valehedici əzəmətli göyqurşağı yaratmaq üçün yağar, bu fəsildə qar şıltaq balacaların bir birlərinə qar topu düzəldib atması, deyib, gülüb əylənməsi sevinc qığıltılarını aləmə yayması üçün yağar, bu fəsilin sona yetmə təhlükəsi yoxdur..! Zaman yoxdur, bir gün bitər deyə dəqiqələr, saatlar, günlər aylar, illər yoxdur...! Bu fəsildə əbədilik vardır..!

Ömrümün beşinci fəsli!
Sağ ol ki, varsan..! Sağ ol ki, ömrümə gəldin...!

(MG)


Şərhlər: 20
Baxılıb: 811
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
yaxsidi
25 iyun 2015 15:45
# 20
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
GünƏşimƏ_AiD_
Ay cox gozel sozlerdiyeee hi duyqulandim
25 iyun 2015 03:08
# 19
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
yaz_yamuru
Coox gozeldi...Allah sevginizi daim etsin bacimi
24 iyun 2015 20:40
# 18
Catwoman666
anladigim qederile bu xeber Guler19un heyat yoldasi miryusife hesr olunub. Allah xosbext elesin sevginiz daimi olsun
24 iyun 2015 18:15
# 17
"All men must die, but we are not men"

Daenerys Targaryen
WiRiN BaLaM
Sitat: guler19
Sitat: WiRiN BaLaM
GÖZƏL SÖYLƏNMİŞ .... BACI BAĞIŞLA AMA MƏNƏ MARAQLIDIR Miryusif həyat yoldaşınızınmı adıdı????

Hə canım heart Miryusif heart həyat yoldaşımın adıdır

Ayyy nə gözəl hər dəfə profilində xəbərlərində baş hərifləri və adı görəndə elə bilirdim müğənninin fanatısız deyə yazmısız 23 ama sonda öyrəndim canım Allah daima xoşbəxt etsin sizi adınız qəlbinizdən və dilinizdən heç zaman düşməsin......səhv anlaşmaya görədə bağışlayarsanda hər halda 09
24 iyun 2015 16:07
# 16
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
guler19
Sitat: WiRiN BaLaM
GÖZƏL SÖYLƏNMİŞ .... BACI BAĞIŞLA AMA MƏNƏ MARAQLIDIR Miryusif həyat yoldaşınızınmı adıdı????

Hə canım heart Miryusif heart həyat yoldaşımın adıdır
24 iyun 2015 15:48
# 15
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fialka
Bir insanı hər şeydə görə bilmək və hamısını onda cəm etmək çox gözəl olsa gərək və nə xoş sizlərə) Allah ömrünüz boyunca qarşılıqlı hisslərinizi daimi edib, günü - gündən çoxaltsın inşAllah amin.
24 iyun 2015 15:44
# 14
WiRiN BaLaM
GÖZƏL SÖYLƏNMİŞ .... BACI BAĞIŞLA AMA MƏNƏ MARAQLIDIR Miryusif həyat yoldaşınızınmı adıdı????
24 iyun 2015 14:50
# 13
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
aliceWOnDer
Co....x gozel sozler idi. Allah siz qorusun.
24 iyun 2015 14:28
# 12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
naz_vefa
Cox gozel menali sozlerdi cox tewekurler
24 iyun 2015 14:20
# 11
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Tomris Müslümova
Allah sizi bəd nəzərdən saxlasın gülər bacı super alinib
24 iyun 2015 11:51
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Dosta_inam
Çox gözel yazıdır,menalı sözleri var,Allah bütün sevenleri xoşbext etsin.Amin.
24 iyun 2015 10:36
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ulduz
sənə Qarlı Qışımmı deyim...?!
Qış gələndə havalar soyuyar, çaylar sular donar, təbiət ağ don geyər...! Oysa səninlə mən baharda da, yayda da, payızda da, bəyazlar içindəyəm... ləkəsiz, ağappaq bir həyat içindəyəm... sən mənim təkcə ağ qarlı, soyuq bir Qışım da deyilsən..?!
nece bele xos illere ..xosbext olun bir omur boyu mucux
24 iyun 2015 10:26
# 8
yasemin
Çox gözəl mənalı cümlələrdir həmişə belə xəbərlər görən kimi o dəq bilirəm gülərimin xəbərlərindəndir… halaldı canım həqiqətən halaldır sənə… ALLAH səni həmişə xoşbəxt etsin canım AMIN
24 iyun 2015 09:56
# 7
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
BARBI
Omrumun dord fesli var hele besincini yasamaq nesib olmayib .
24 iyun 2015 09:26
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Ayselina
Sən mənim payız yağışlarında Ruhumun Göy Qurşağını yaratdın..! Bu setirleri cox beyendim...sevginin mehebbetin gozelliyinin, fusnkar fesillerle ifadesi...maraqli alinib..kicik esse adlandirardim.
24 iyun 2015 09:24
# 5
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
yarpaq33
Ne deyir desin qedrimi bilsin yeter
24 iyun 2015 09:17
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
tatyana
Cox gozel,menali yazilib,kim kime deyibse,yazibsa bu sozleri ne xosh ona
24 iyun 2015 05:17
# 3
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
aziz a
Cox gozel , cox menali....tesekkur
24 iyun 2015 04:15
# 2
Qelbim doludu !!!!
Niquw Abdulayeva
Heyatimda her zaman baharim olan insan Canim Anamdi. Seni cox isteyirem.
24 iyun 2015 02:22
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz