Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgi münasibətlərində edilən - 7 SƏHV
Sevgi münasibətlərində edilən - 7 SƏHV
Şərhlər: 14
Baxılıb: 970
Səs ver:
Ehtiyatlı olun! Sizin qeyri-adi romantik münasibətiniz başlamamış bitə bilər. Necə? Sadəcə mənasız, kiçik səhvlərə görə! Biz bu səhvləri sevgi və qayğıkeşliyin əlaməti kimi dərk edirik. Halbuki kişilər bundan oddan qorxan kimi qaçırlar.
 
Səhv 1: Kişilərlə rəqabətə girmək
İstənilən kişi düşünür ki, ən yaxşı qızla görüşməyə layiqdi. Ən ağıllı, ən gözəl, cavan, evdar, cazibədar… Bu siyahını sonsuza qədər uzatmaq olar. Əslində həqiqət də elə budur. Amma bir şərtlə ki, o xanım öz gözəlliyinə, ağlına, biliyinə görə kişi ilə rəqabətdə olmasın. Qız öz ünvanına tərif gözlədiyi qədər oğlan da bunu gözləyir. Münasibətlərinin ilk günlərində təriflərin bir ünvana getməsi digər tərəfi qane etsə də, zamanla bezdirəcək. Ona görə də, hər görüşdə ancaq öz uğurlarından, ağıllı davranışlarından danışmaq doğru deyil. Düzdür, bunu o, pis niyyətlə etmir, o, öz uğurlarını sevdiyi insanla paylaşmaq istəyir. Amma artıq digər tərəf bundan xəbərdardır. Və həmin məqamlarda onun öz uğursuz davranışları mövcud ola bilər. Əgər onunla şahmat, domino, bouling və s. oyunlar oynayırsızsa, hər zaman udmağınız doğru deyil. Arada uduzmaq da lazımdır. Sizin özünüzə əminliyiniz kifayətdir. Bunu göstərmək lazım deyil. Sizin üçün nə vacibdir? Oyunda udmaq, yoxsa sevdiyiniz insanı yanında saxlamaq?
Əksinə, siz görüş zamanı onunla necə fəxr etdiyinizi, onun varlığının sizin həyatınızda önəmini və s. göstərməlisiz. Amma ifrata varmamaq şərtilə. Yəni tərifiniz real şərtlərə uyğun gəlməlidir. Sadəcə, bir fikrə əmin olun ki, ailəniz olandan sonra öz bacarıqlarınızı daha rahat şəkildə istifadə edə biləcəksiz.
 
Səhv 2: Əmin olmaq ki, hər şey əladır  
Ola bilər ki, siz artıq toy haqda, hansı üzüyü almaq haqda, toyu harda keçirəcəyiniz haqda planlar qurursuz. O, sizə eşqini etiraf edib və sizdə əminlik hissi yaranıb. Vacibdir ki, bütün bu xəyallarınızı ürəyinizdə yaşayasız, açıq şəkildə qarşı tərəfə deməyəsiniz. Çünki, siz əmin olsanız da ola bilər ki, qarşı tərəf öz hisslərinə əmin deyil və cavabdehlikdən qorxur. Əsasən kişilər hər zaman müstəqilliyə daha meyilli olurlar və kiminsə onların şəxsi ərazisinə daxil olmalarına nifrət edirlər. Ümumiyyətlə, kişilər özləri qərar verməyi xoşlayırlar. Hətta fikir qadın tərəfdən verilsə belə. Əsas da öz ailə və qohum problemlərinizi evlənənə qədər ondan gizlin tutmağa çalışın.
 
Səhv 3: Onu keçmiş sevgililərinizlə müqayisə etmək  
Kişilər sevmir ki, onları keçmiş sevgili və ya həyat yoldaşlarınızla müqayisə edəsiz. Əsasən ağrıdıcı o olur ki, siz onu əvvəlki sevgilinizdən daha çox səriştəsiz və bacarıqsız hesab edirsiz . Çalışın hətta görüşdüyünüz insanın çatışmayan cəhətlərini bu şəkildə bildirməyəsiz. Çalışın dilinizi dişləyin. Keçmiş keçmişdə qalıb. İndi yanınızda olan vacibdir. Çünki, nəticədə bir gün o sizə deyə bilər ki, yaxşı idisə niyə ayrıldın? Düzdür, siz bu yolla onu özünüzə uyğunlaşdırmağa çalışırsız. Amma anlamalısız ki, o körpə deyil, siz də anası. Zamanla, səbirlə istəyinizə çatma ehtimalı daha çoxdur.
 
Səhv 4: Tez-tez ”Sən məni sevirsən?” deyə sual vermək  
Kişilər sevərkən bunu bütün emosional və idraki tərəflərinə əsasən dərk edir və ona görə də sevgini etiraf etmək onlar üçün çox çətindir. Sevdikləri xanım onlar üçün vacib olan parametrlərə görə 100-də 100 olmalıdır. Əsas parametrlər uyğundursa, digər tərəflər onlar üçün vacib deyil. Ona görə də, sevgi etiraflarını onlar bütün iradə və səylərini toplayaraq bir dəfə etiraf edirlər. Bu zaman böyük həyəcan və stress yaşayırlar. Əks tərəfin tez-tez bunu tələb etməsi həyəcan və stressi tez-tez yaşadır. Eyni zamanda kişiləri əsəbləşdirir. Qadınlar isə qulaqları ilə sevdikləri üçün tez-tez kompliment eşitməyə ehtiyac duyurlar. Ona görə də çalışın ki, sevdiyiniz şəxsin sizə olan davranışlarına diqqət yetirib qiymətləndirin. Əsas davranışdı.
 
Səhv 5: Səhnəyə çıxmaq və nümayişkarlıq  
Kişilərin xoşlamadığı bir xüsusiyyət də qızın rəfiqələrinin nümayiş obyektinə çevrilməsidir. Yəni qız öz nişanlısını rəfiqələrinə göstərərək lovğalıq əks elətdirir. Kişilər bu zaman özlərini muzey eksponatı kimi hiss edirlər. Nəzərə alın ki, kişilər özləri ovçudurlar. Antikvar əşya deyillər. Unutmayın ki, sizin yerinizdə rəfiqələrinizdən biri ola bilər. Yaxşı olar ki, sevgi həyatınız özünüzə aid olsun.
 
Səhv 6: Nəzarət və komanda vermək hissi  
"Bu gün biz ora gedəcəyik. Sabah isə filan yerə… yoxsa səndən inciyərəm”. Sizə elə gəlir ki, bu sözlərlə onu özünüzə bağlaya, onun həyatının bir hissəsi ola bilərsiz. Amma ola bilər ki, sizin bu davranışınız onu qıcıqlandırsın. Onun da öz şəxsi həyatı və keçirtmək istədiyi arzuları var. Bəzən oğlanın hər davranışına nəzarət etmək, onu hər hərəkətinə görə tənqid etmək "belə yeri”, "o tərəfə baxma”, ”filan saatda, filan yerə gəl”, "maşını belə sür”, "yanıma gələndə belə geyinmə” kimi kəlimələrlə onu əsla yanınızda saxlaya bilməzsiniz.
 
Səhv 7: Qəsdən gəzinti yolunuzu bahalı dükanlardan salmaq  
Ola bilər ki, siz bir-biriniz üçün yaranmısız. Amma bu münasibətləri pul, ticarət, fayda çərçivəsinə salmısınız. Özünüzə sual verin, nə vaxt ona demisiz ki, "əzizim bax bu köynək sənə çox yaraşır”.
Sonda deyə bilərik ki, yaşadığınız sevgi münasibətləri zamanı öz zəif və güclü tərəflərinizi qəbul edib uyğunlaşmağınız vacibdir. Bir-birinizi məcburən dəyişməyə çalışmayın. Zamanla xasiyyətləriniz uyğunlaşacaq. Səbirsizlik göstərib münasibətlərinizin çatışmayan tərəflərini düzəltməyə çalışmayın.


Şərhlər: 14
Baxılıb: 970
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Tez-tez ”Sən məni sevirsən?” deyə sual vermək

duzdur, bele olanda adam bezir uje
2 iyul 2015 15:51
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
Menlik deyil..
30 iyun 2015 20:26
# 13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
menge kisiler sehneye cixib numayish olunmaqi xosluyur
30 iyun 2015 18:54
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Narın Yağış
Tez-tez ”Sən məni sevirsən?” deyə sual vermək - Bu sual böyük səhvdi soyudur aradakı sevgini bu sual)
30 iyun 2015 18:43
# 11
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Tomris Müslümova
7 sadalananlardan heç birini qətiyyən nə mən nə də o eləmir
30 iyun 2015 17:56
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Faydalı məlumatlar ola bilər münasibətdə olanlar üçün ancaq hər iki tərəf qarşılıqlı olaraq bir - birini nəzərə almalıdırlar . Daima bir tərəfli gözləntilər düzgün deyil)..
30 iyun 2015 15:32
# 9
Mrs.Pianist
Faydalidi amma menlik deyil
30 iyun 2015 14:36
# 8
Acısı çox olan qizların guluşu gozel olur.!
Ayten666
Menasiz
30 iyun 2015 13:10
# 7
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Antikvar
Faydalı ola bilər,burda qeyd olunanlarda bir qadın tərəfdən düşünülən yazı olmadıki,kişiləri bütünlükdə şad edək,sevindirək,istəklərini yerinə yetirək,onu düşünək,bəs bizim istəklərimiz ,fikirlərimiz?Burda yazılanları kişilərə göstərsək inanın özündən çıxarlar hələ bir çox qadınlıq borcumuzi yerinə yetiririk yenədə dillərindən düşmür "Bu qadınları anlamaq"olmur kəlməsi"Ahh bu qadınlar"fikirləri ...Biz qadınlar nə etsəkdə kişilər yenədə öz bildiklərindən əl çəkmirlər daha doğrusu istəkləri hər gün artacaq))Nə lazımdı qarşındakının xarakteri necədisə ona qarşı nə etmək doğru ola ya yox yaxşı bilirik,tamı tamına kişini yuxarıdakı kimi etməklə qudurtmaq olar(nə qədər son cümlə kobud səslənsədə doğru olan fikir budu)Tşk
30 iyun 2015 12:54
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
ell.nell
Faydalıdı........
30 iyun 2015 11:20
# 5
BARBI
Sonuncu bendi hec vaxt etmerem nifret etdiyim seydir ki qadin kisinin pulunnan faydalansin onnan istifade etsin
30 iyun 2015 09:11
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
eıiyeva gülmaye
Bunlar hec mene aid deyil. Tsk
30 iyun 2015 08:26
# 3
Dosta_inam
Faydalı ola biler,sevenler üçün,teşekkür.
30 iyun 2015 08:13
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
qanadli melek
Sevgilisi olanlar ucun lazimli xeberdi oxuyub bu sehvleri etmesinler)
30 iyun 2015 07:41
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz